Sizinlə dünyanızın ən dərininə enməyənlər, dayaz adamlardır, sizi kəşf etməkdən, uçmaqdan və üzməkdən qorxanlardır. Dərinə enməkdən, yıxılmaqdan, boşluğa düşməkdən, üzərək oksigensiz qalıb boğulub ölməkdən qorxanlardır. Qorxaqları, cəsarətsizləri neyləyirsiniz?

Sizinlə işıqda təklikdə qalmayanlar sizin o işıq olmağınızdan, hüzurunuzdan, gerçəkləri görə biləcəyinizdən narahat olub qaçanlardır. Qaçanları bağışlamayın!

Sizinlə birlikdə susmayanlar sizi dinləməyənlər, yalançı insanlardır. Yalançıları, sizi dinləməyənləri silin getsin…