Təhlil-Avropa

Avroistiqraz alanların, Avropa banklarından kredit alanların evi yıxıldı. Avropada təbii fəlakətlərdən ciddi ziyan görən şəhər və ölkələr var. Birbaşa zərərdən əlavə, su altında qalmış şəhərlərin bərpası, onların sakinlərinə kompensasiya hamısı xərcdir. Bu da qiymətlərin qalxmasına, istiqrazların dəyərdən düşməsinə, kreditlərin bahalaşmasına, vaxtından öncə geri tələb edilməsinə, şərtlərin dəyişdirilməsinə səbəb ola bilər. Avropa ölkələri pandemiya və karantindən sonra bir də təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq, dəymiş zərəri hesablamaq, yenidənqurma, bərpa işlərini başlamaq üçün büdcədən gözlənilməz xərclərin çəkilməsinə və ölkə iqtisadiyyatına dəymiş zərərin əvəzlənməsinə səbəb olacaqdır. Çünki iş yerləri su altında, gəlir yoxdur, xərc var. İnfrastruktur məhv olub, işıq, su, qaz, internet böhranı var, vətəndaşlar ev dustağı olublar.