Tərəfdarıyam

Balığı tutub verməyi deyil, balıq tutmağı öyrətməyin tərəfdarıyam.

Hər kəsin öz çörəyini özünün qazanmağının və hər növ asılılıq zəncirlərindən qurtulmağının tərəfdarıyam.

Kimsə köməkdən və kimdənsə asılı olmamalıdır. Kimsə kimdənsə nəyisə ummamalıdır.

Hər kəsin öz qərarlarını verməsinin, seçimlərini etməsinin və onlara görə məsuliyyət daşımasının tərəfdarıyam.

Zəif güclü ola bilmir, güclünün zəifləməyə haqqı yoxdur.