38+ dərəcə kimi 38 + yaş da təhlükəlidir, keçiddir. İnsanın həyatını seçim qarşısında qoyur.

Bu yaşa və dərəcəyə qədər yığdığı təcrübə və bilik bəs edir ki, xəstəliyini sağaltsın, yaralarını sarsın, qalxmış qızdırmasını salsın. Reallığa dönsün. Müdrikləşsin.

Zaman yaxşı insanların deyildir. Zaman yaxşı insanların tərəfində deyildir.

Hər şeyin həqiqi olanı bu, mükəmməl möcüzədir. Ən həqiqi sevgi, ən həqiqi sevinc, ən həqiqi qayğı və diqqət, ən həqiqi güvən, dostluq və sirdaşlıq… Qalan hər kəsin öz həyatı, seçim və prioritetləri var.

Övladınızdan iki əlli yapışın, onu qucaqlayıb öpün, onu sevin!

Doğum günümdə bir daha əmin oldum ki, prioritet özüməm və övladlarımdır, atam və anamdır. Ailəmizdən üstünü yoxdur.

Hər gələn doğum günü insanın ötən il üçün həyat önündə verdiyi hesabatıdır. Qərarların verilməsi, nəticələrin çıxarılması, seçimlərin edilməsi üçün ən gözəl əsasdır.

Ötən ilə nəzər salıb yaşadıqlarından bir nəticə çıxardıb üstünlüklərini müəyyən etməkdir doğum günü.

Verdiyin dəyərin, sevginin, diqqətin, vaxtın, qoyduğun sərmayənin geri dönüb dönməyəcəyini müəyyən etməkdir doğum günü.

Ağlını başına yığıb böyüməkdir. Özünü toparlamaqdır.