Təhlükəli beyin

Mənə görə insanın beyni təhlükəlidir. Elə kəşf edə bilər ki, bəşəriyyəti, təbiəti məhv edə bilər.

İnsanı idarə etdiyi üçün onu uçuruma sürükləyər. İnsanın özü ilə oyun oynaya bilər.

Başqasını öz oyununun qurbanı edə bilər.

Təhlükəli ideyalar verə bilər, fikirlər irəli sürə bilər, iddialara baş vura bilər.


Beyin başda yerləşmir bəzən. Bəzi insanlar üçün beyni iki ayaq arasındadır. Bəzən də heç işlənmədiyindən passivləşib, üstünə zibil yığılıb.


Beyin sağlam qidalanmadığı zaman lap təhlükəli olur.

Təhlükəli insanın beyni də özünün və bəşəriyyətin düşmənidir.