Tvitlərim

Sevdiyim kitabı əldə etmək mənə daha çox sevinc bəxş edir, xoşbəxt edir, nəinki kiminləsə münasibət qurmağa başlamaq.

Bir insanı olduğu kimi qəbul edə bilmirsinizsə, ya önəmsəməyin, ya da rədd edin. Ən ağıllı seçim budur. Özünüzü olduğunuz kimi qəbul etməyiniz kifayət edir.

İnsanı yaşadan nədir?
Məncə, bu sual səhv sualdır.
İnsanı yaşadan kimdir?
Cavabı isə «insan».

İnsan özünü sevəndən sonra başqa kiminsə sevgisinin dilənçisinə çevrilmir. Əvvəl çox sevdiyi insana da biganə yanaşır, yadlaşır. Nə gözəl imiş. Nə hüzurlu imiş. Nə böyük xoşbəxtlik imiş.

İnsanların səhvlərinə səbr etmək yerinə onlardan vaz keçirəm.

Güvənmədiyiniz insanları sevməyin. Güvənmirsinizsə, bir səbəbiniz var.

Biz bir kişini sevirik ki, sevgimizlə qudurdaq…

Və bir gün görəcəksən ki, susuram… Görəcəksən ki, yoxam…

Bəzən o qədər hüzur və sükunət olar ki, özünü dəli hesab edərsən…