Sevmək olmaz

Təbiəti sevmək olar.
Quşları, heyvanları, ağacları, gülləri sevmək olar.
Təbiətin möcüzələrini sevmək olar.
Dadlı kofe, çayı sevmək olar.
Meyvə, tərəvəzi sevmək olar.
Fəsilləri sevmək olar.
Zövqüncə olan film, mahnı, rəqs, kitabı sevmək olar.
Atanı, ananı, övladlarını sevmək olar.
Ən ümdə olan özünü sevmək olar.
Amma əsla bir kişini, səndən istifadə edən insanları, sevmək olmaz.
Sevmək olmaz. Əsla. Bu cür sevgi ağılsızlıqdır. Bu cür sevgi vaxt itkisidir. Bu cür sevgi özünə düşmən olmaq və özünü sonu olmayan uçuruma atmaqdır.
Sizə və sevginizə layiq olmayanları sevməyin. Onları sevmək olmaz! Əsla! Eşidirsiniz?