Bir milyon avronuz olsaydı nə edərdiniz?

Mən:-300 000 avronu manata çevirərəm, 150 000 min manatına təmirli 2 otaqlı ev alaram. Qalanına torpaq alıb kiçik kotteclər tikərəm, bağ, bostan salaram, kənd təsərrüfatı turizmini inkişaf etdirərəm, həm məhsullarını sataram, həm də kottecləri icarəyə verərəm sərfəli qiymətə. Xidmət də özünü xidmət olacaq, öz evlərində olduqları kimi. Ödənişə, adam sayına uyğun xidmət, bağ, bostan məhsullarından…

Mən:-300 000 avronu manata çevirərəm, 150 000 min manatına təmirli 2 otaqlı ev alaram. Qalanına torpaq alıb kiçik kotteclər tikərəm, bağ, bostan salaram, kənd təsərrüfatı turizmini inkişaf etdirərəm, həm məhsullarını sataram, həm də kottecləri icarəyə verərəm sərfəli qiymətə. Xidmət də özünü xidmət olacaq, öz evlərində olduqları kimi. Ödənişə, adam sayına uyğun xidmət, bağ, bostan məhsullarından istifadə etmək imkanları olacaq.- Kiçik bir guşə alıb virtual və real kitabxana yaradaram, book kofe, house edərəm. Uşaqlar üçün də ayrıca guşə olar. Üstəlik bir otağı da studiya mətbəx-zal olacaq ki, həm dincəlsinlər, həm də nəsə hazırlayıb yeyib içsinlər. İcarəyə kitab ilk 10 gün üçün pulsuz olacaq. Kitabxanadan və book kofe, housedan istifadə aylıq abunə ilə olacaq. Hədiyyə kartları da olacaq ki, kim kimə istəyir, hədiyyə etsin.- Manata çevirdiyim puldan əlimdə nəsə qalsa, aztəminatlı, tənha ana tipli ailələr üçün uşaq üçün pulsuz qida və şəxsi gigiyena, onlayn geyim saytı hazırlayacağam. — Biznes obyektlərimdə ancaq tənha analar, ailəsində şiddət görmüş, öz ayaqları üstə durmaq istəyən, işləmək istəyən insanlar, hamilə qadınlar, qadınlar olacaq. İşə də uşaqları ilə birlikdə gələcəklər. Çünki uşaqlar üçün iki otaq ayıracağam, ödənişsiz bağça, körpələr evi üçün.- Çevirmədiyim pula da avroistiqraz ala bilərəm, bir gecəlik maliyyə əməliyyatları apara bilərəm.Pul pulu gətirməlidir. Gələn pul da ona həqiqətən ehtiyacı olanlar arasında bölüşdürülməlidir.

Tags: