Bax hələ…

Gözlərimi yol çəkir,
Addımımı atıram geriyə,
Ya gözə girməkdən qorxuram,
Ya da ki, gələcəyi görə bilməkdən…
Nə uçmaq istəyirəm burada,
Nə də ki, əllərim qalsın havada…
Nə göylərdə tapsınlar, nə də ki, yerdə
Məni hər yerdə axtaranlar…