Çək

«Çək» deyərdim, şansım olsaydı. Çək, əllərini əllərimdən, gözünü üzərimdən. Çək, kölgəni önümdən. Çək, özünü çək, apar, həyatımdan.
Mən də ki yol çəkim yeni həyata. Mən də ki çəkim xoşbəxtliyimin rəsmini sən öləndən sonra.
Düşünmə ki, səni sevirəm.
Unudulmaz deyilsən.
Səni əvvəl sevirdim, unudulmusan!