Piyada (hekayə)

Mən piyada idim, vətəndaş kimi… Keçid yeri vardı avtomobil yolunda. Gəzinti hüququm, dayanacağım məntəqə… Sonra eşitdim ki, şahmat oyunu var. Adıma da bir fiqur. Öyrəndim şahmat oynamağı, özgüvənim artdı.

Öyrəndim ki, piyadanı daha çox önə verirlər. Anladım ki, piyada daha çox ilk addımı atandı. Dərk etdim ki, dayağım və müdafiəm varsa, hücuma keçib kimisə vura bilərəm, yerinə keçə bilərəm. Zəifəmsə, müdafiəsizəmsə, məni vurub yerimə keçəcəklər. Qəbul etdim ki, «qalaqurma»da şahı top deyil, onun önündə dayanan piyadalar qoruyurlar. Bir piyada belə qalsa, rəqibin meydançasındakı son xanaya çatsa, vurulan bir fiqura çevrilə bilər, ən güclü fiqur olan vəzir belə ola bilər. Piyada belə şahı mat edə bilər.

Bax, balacayam. Önəmsiz görsənirəm, önə verilirəm. Amma boz kardinal kimiyəm. Daha çox mən idarə edirəm oyunu, oyunun aqibətini daha çox mən həll edirəm. İndi sualıma cavab ver:

«Göyə əlləri uzatmağın nə faydası var, ey Şah? Buludlara toxunub dağıda bilirsən onları? Ya Günəşi qucaqlayıb sığına bilirsən ona? Yoxsa yaradan sənə ölümsüzlük bəxşişini yollayıb?» Sən də piyada olubsan bir zaman. Keçmişini unutma»

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.