Rusiya-Ukrayna

Statusum Rusiya Federasiyasına qərb ölkəri tərəfindən edilən iqtisadi və maliyyə sanskiyalarına sevinənlərədir. Azərbaycan banklarında Zolotaya Korona və Contact beynəlxalq pul köçürmələri var, sanksiya birbaşa təsir edəcək. Həmin pul köçürmə sistemləri üzrə tərəfdaş olan ölkələrin pul köçürmələri azalacaq, sanksiyaya dəstək olan ölkələrə pul köçürmələri dayandırılacaq.

Rusiyanın iri banklarının sanksiyaya düşməsindən savayı bizim bankların iri maliyyə tərəfdaşları olduğunu unutmayın. Onların qara siyahıya düşüb, sanksiya tətbiq edilməsi bizim bankların müxbir münasibətlərinə və bu müxbir hesablar üzrə beynəlxalq pul köçürmələrinə təsir edəcək. Yeni tərəfdaş axtarışına çıxan banklar maliyyə əməliyyatlarında xeyli zərərə uğrayacaqlar.

Rusiya banklarında, beynəlxalq pul köçürməsi sistemlərinin müxbir hesablardakı vəsaitlərin geri qaytarılması da şübhə altındadır. Bu təkcə Rusiyanın maliyyə institutlarının çökdürülməsi deyil, həm də rus banklarına və təcili pul köçürmə sistemi üzrə tərəfdaşlarına və onların apardığı əməliyyatlara birbaşa mənfi təsir göstərilməsidir. MDB ölkələrinin çoxusu bu problem və zərərlə üz-üzədir. Yəni bu ölkələrin maliyyə institutlarına, bu institutlar vasitəsilə əməliyyat aparan vətəndaşların, hüquqi şəxslərin, fərdi sahibkarların hamısına birbaşa zərər dəyir. Odur ki, ölkənin maliyyə qurumları ən qısa zamanda qərb ölkələrində, Çində, Yaponiyada, Türkiyədə yeni tərəfdaş tapmalıdır.

Sevinməyə davam edin.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.