Zamanla bağlı

Zaman insanın ən sadiq dostudur. Lazım olan hər kəsi və hər kəsə unutdurur, hər şeyi unutdurur. Zaman insanı dəyişir, öyrədir, formalaşdırır. Zaman insana anladır ki, məni hədər yerə, dayaz insanlara sərf etmə. Zaman insanı güzgü önündə özünə tanıdır, özüylə tanış edir. Zaman elə silir ki, izi də qalmır, yaranın da, xatirənin də. Zaman elə yadlaşdırır ki, təkrar görəndə o insanları, yerləri vecinə olmur, sıraviləşir. Zaman bir zaman ağladığın hər şey, hər kəsə sonradan gülmək imkanını yaradır. Zaman bilik verir, təcrübə verir, səbr etməyi öyrədir. Ona görə də zamanın qədrini bilin. Zamanınızı xərclədiyiniz hər kəsə, hər şeyə yenidən nəzər salın, dəyərmi, ya yox! Çünki məhz zaman insanın sağlamlığının həm də təminatçısıdır.