Dağıntılar altından sağ çıxarkən

«Dağılmış binanın altından gəlirdi ağlayarkən səsim. Ağlama səsimi eşidən adam xilaskarım oldu. Neçə gün, neçə saat o dağıntılar altında qaldığımı bilmirdim. Bir az böyüdüm. Böyümüşdüm, mənə dedilər ki, dağıntılar altından ailəmdən tək mən sağ çıxmışam. Məni xilas edən insan isə məni övladlığa götürüb. İkinci dəfə həyatımı xilas etdi. İndi isə mən onun yanmış cəsədini tanımağa gəlmişəm. Mən onu xilas edə bilmədim. Çox gecikmişdim. Sizin tanıdığınız və tanımadığınız, mənim tanıdığım adam bu adamdır.» Bu sözlər verdiyim ilk müsahibəmdə dediyim ilk cümlələr idi. TV jurnalisti mənə özümü təqdim etməyimi xahiş etmişdi. Həyatı xilas edilmiş şəxsin həyatını xilas edə bilməyən şəxsəm. Məni şəxsiyyət bilməyin. Əsla!

Yaxşı yadımdadır, atamı dünyada bir çox insanlar, yaşadığım ölkədə bir çoxu qəhrəman kimi tanıyırdı.  Çünki onun etdiyi qəhrəmanlıqlar mediada canlı yayımda göstərilirdi. O, insanları, həyatları xilas edirdi. Mən də böyüyəndə onun kimi insanları və həyatları xilas etmək istəyirdim.  Atam deyirdi ki, “Xilas etmək, yaxşılıq etmək üçün zamani gəlməlidir. Nə tələsmək olar, nə də gecikmək. Zamanı gəldiyini özün anlayacaqsan”

Övladı olaraq onun haqqında danışmağımı, onu insanlara və dünyaya tanıtmaq üçün mediaya çıxıb müsahibələr verməyimi, onun haqqında kitab yazmağımı xahiş edənlərin sayı çox idi. Sosial şəbəkələrdə atamı məndən çox adam soruşurdu. Hər kəsə maraqlı idi.

Atam.

Onunla tanışlığım yadımda deyildi. Özü də mənə danışmırdı. Böyüdüyüm zaman atamı internetdə, kitabxanalarda və mediada axtaran zaman öyrəndim həqiqəti. Tanışlığımızın hekayəsini.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.