Evimiz təhlükəsizdirmi?

Yeni və köhnə hündürmərtəbəli (9 mərtəbə və daha artıq) tikili, binalarda təhlükəsizlik qaydaları pozulur:

  • Yanğın, zəlzələ və ya digər fors-major hadisə, təbii fəlakət, müharibə zamanı təxliyə planı bina ərazisində olmur;
  • Yanğın, zəlzələ və ya digər fors-major hadisə, təbii fəlakət, müharibə zamanı işıq, su, qazı verilməsi dayandırıldığı halda, ehtiyat su çəni, işıq generatorları bir çox binalarda yoxdur;
  • Yanğın, zəlzələ və ya digər fors-major hadisə, təbii fəlakət, müharibə zamanı elektrik enerjisi dayandırılır, bu zaman lift işləmir. Sakinlərin təxliyəsi zamanı pilləkanlarda sıxlıq yaranır. Binanın ümumi foyesində, hər mərtəbədə olan «podyezd»in çölə çıxışı yoxdur, balkon kimi artırması yoxdur, bu isə təxliyə üçün çöldən dəmir pilləkanların (yanğın təhlükəsizliyi zamanı ehtiyat çıxış üçün dəmir nərdivanlar) olmamasına şərait yaradır;
  • Yanğın, zəlzələ və ya digər fors-major hadisə, təbii fəlakət, müharibə zamanı elektrik enerjisi dayandırılır, bu zaman lift işləmir. Əlil arabasında, uşaq arabasında olan şəxslərin təxliyəsi üçün xüsusi pilləkan yoxdur. Lift işləmədiyi halda, bu cür şəxslərin təxliyəsi çətinləşir, qeyri-mümkün olur;
  • Yanğın, zəlzələ və ya digər fors-major hadisə, təbii fəlakət, müharibə zamanı daha yuxarı mərtəbələrdə, mansarda yaşayanların təxliyəsi çətinləşir, oradan insanların tullanaraq hava balonu-yastığına sağlam şəkildə düşməsi, yanğının söndürülməsi, adı çəkilən halların vurduğu zərərin aradan qaldırılması çətinləşir;
  • Yanğın, zəlzələ və ya digər fors-major hadisə, təbii fəlakət, müharibə zamanı təxliyə edilən şəxslərin təxliyə edildikdən sonra yerləşdirilməsi üçün binanın altında yaşayış ərazilərinin olması nəzərdə tutulmamışdır;
  • Yanğın, zəlzələ və ya digər fors-major hadisə, təbii fəlakət, müharibə zamanı hər mərtəbənin foyesində aptek qutusu, eləcə də yanğınsöndürmə tüpü yoxdur, olsa da, onlardan istifadə edilməsi qaydası qeyd edilməmişdir.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.