Bilirsən?

Bilirsənmi, gözlərimdə yazılmısan?! Silinmirsən. Gözlərimi görən səni oxuyur. Gizlədə bilmirəm. Bilirsənmi, təbəssümümdə gizlətmişəm özüm özümü?! Gizlən qaç oynayırıq onunla. Özümdən qaçıb gizlənirəm, özüm də özümü axtarmağa çıxıram. Unuduram çox zaman özümü harada gizlətmişəm. Bilirəm. Nə olsun ki?! Bilməyim nəyisə dəyişmir. Sən özünü də, məni də çoxdan yola salmısan. Sən çoxdan getmisən. Sən çoxdan sevməyi, sevilməyiПродолжить чтение «Bilirsən?»

Ваша оценка:

Çək

«Çək» deyərdim, şansım olsaydı. Çək, əllərini əllərimdən, gözünü üzərimdən. Çək, kölgəni önümdən. Çək, özünü çək, apar, həyatımdan.Mən də ki yol çəkim yeni həyata. Mən də ki çəkim xoşbəxtliyimin rəsmini sən öləndən sonra.Düşünmə ki, səni sevirəm.Unudulmaz deyilsən.Səni əvvəl sevirdim, unudulmusan!

Ваша оценка:

Bax hələ…

Gözlərimi yol çəkir,Addımımı atıram geriyə,Ya gözə girməkdən qorxuram,Ya da ki, gələcəyi görə bilməkdən…Nə uçmaq istəyirəm burada,Nə də ki, əllərim qalsın havada…Nə göylərdə tapsınlar, nə də ki, yerdəMəni hər yerdə axtaranlar…

Ваша оценка:

Kütlə psixologiyası

Kütlə psixologiyası ilə insanlar digər insanları tənha olmağa, tək qalmağa təhrik edirlər. Di gəl ki, bundan təngə gələndə, darıxırlar. Onların tənhalıq, təklik hüququnu, yaşamaq, ölmək hüququnu əlindən alırlar. İdarəetmə rıçağı ağılsızların əlindədir. Çünki pulları pul deyil, nifrət doğurur.

Ваша оценка:

Oxuyun

Mənə görə yapon ədəbiyyatını beyini aktiv saxlamağa, işlətməyə görə lazımdır: Murakami, İsiquro, Rünesko. Fransız ədəbiyyatı fəlsəfə və həyatı dərk etməyə lazımdır. Latın Amerikası ədəbiyyatı, Avstriya, şərq mühacirlərinin də yazdıqları özünə və öz həyatına şükür etmək üçün lazımdır. Rus və türk ədəbiyyatı ağlayıb rahatlıq tapmaq üçün lazımdır. İngilis ədəbiyyatı da sarkazm, istehza yolu ilə tənqid, özünəПродолжить чтение «Oxuyun»

Ваша оценка:

Bir milyon avronuz olsaydı nə edərdiniz?

Mən:-300 000 avronu manata çevirərəm, 150 000 min manatına təmirli 2 otaqlı ev alaram. Qalanına torpaq alıb kiçik kotteclər tikərəm, bağ, bostan salaram, kənd təsərrüfatı turizmini inkişaf etdirərəm, həm məhsullarını sataram, həm də kottecləri icarəyə verərəm sərfəli qiymətə. Xidmət də özünü xidmət olacaq, öz evlərində olduqları kimi. Ödənişə, adam sayına uyğun xidmət, bağ, bostan məhsullarındanПродолжить чтение «Bir milyon avronuz olsaydı nə edərdiniz?»

Ваша оценка:

Sevmək istəmirəm

Sevmək istəmirəm. Kimisə… Başqasını… Sevmək istəmirəm. Mənə uyğun, layiq olmayanı… Sevmək istəmirəm. Sevərkən çox sevirəm deyə… Sevmək istəmirəm. Sevən, sevilməyən tərəf oluram deyə. Sevmək istəmirəm. İnsanlara olan güvənimi itirməmək üçün.

Ваша оценка:

Ehtiyac (hekayə)

— Salam. — Salam. — Bu yer boşdur? — Bəli. — Sizi narahat etməyəcəyəmsə, əyləşə bilərəm? — Əlbəttə ki. Buyurun. — Bəzən məni tanımayan, bəlkə tanıyan, amma bundan xəbərsiz olduğum biri ilə danışmaq ehtiyacım yaranır. — Təbiidir. Bu ehtiyac hər kəsdə ol bilər. — İnsanlar məndə hər zaman təəccüb hissi doğurur. — Niyə? — EhtiyaclarıПродолжить чтение «Ehtiyac (hekayə)»

Ваша оценка:

Indiki valideynlər

İndiki valideynlər çox tənbəldir. Halbuki evdə işin çoxunu görəcək məişət texnikası var. Biz uşaq olanda valideynlərim işləyirdilər. Evdə ancaq yarıavtomat paltaryuyan maşın, qaz sobası vardı. Qalan hər işi anam işdən gəlib edərdi. Atam da ya anama kömək edərdi, ya bizimlə vaxt keçirərdi. İşdəki iş, evdəki iş, evdə iki uşaq, bununla belə bizə rəsmi, şahmatı, oriqamini,Продолжить чтение «Indiki valideynlər»

Ваша оценка:

Xoşbəxt insanlar 3

Xoşbəxt insanlar kiməsə acıq verməzlər. Qisas almazlar. Kiməsə söz soxuşdurmazlar. Kiməsə haqlı olduğunu sübut etməyə çalışmazlar. Həyatdan şikayət etməzlər. Kimisə özünə borclu bilməzlər. Kiminsə işinə və həyatına müdaxilə etməzlər. Mübahisə və davalara vaxtını sərf etməzlər. Kiməsə ağıl verməzlər. Özünə görə öz həyatını yaşayarlar. Hüzurlu və azad olarlar. Həyat və özünü sevərlər.

Ваша оценка:

Sevmək olmaz

Təbiəti sevmək olar.Quşları, heyvanları, ağacları, gülləri sevmək olar.Təbiətin möcüzələrini sevmək olar.Dadlı kofe, çayı sevmək olar.Meyvə, tərəvəzi sevmək olar.Fəsilləri sevmək olar.Zövqüncə olan film, mahnı, rəqs, kitabı sevmək olar.Atanı, ananı, övladlarını sevmək olar.Ən ümdə olan özünü sevmək olar.Amma əsla bir kişini, səndən istifadə edən insanları, sevmək olmaz.Sevmək olmaz. Əsla. Bu cür sevgi ağılsızlıqdır. Bu cür sevgi vaxtПродолжить чтение «Sevmək olmaz»

Ваша оценка:

Tvitlərim

Sevdiyim kitabı əldə etmək mənə daha çox sevinc bəxş edir, xoşbəxt edir, nəinki kiminləsə münasibət qurmağa başlamaq. Bir insanı olduğu kimi qəbul edə bilmirsinizsə, ya önəmsəməyin, ya da rədd edin. Ən ağıllı seçim budur. Özünüzü olduğunuz kimi qəbul etməyiniz kifayət edir. İnsanı yaşadan nədir?Məncə, bu sual səhv sualdır.İnsanı yaşadan kimdir?Cavabı isə «insan». İnsan özünü sevəndənПродолжить чтение «Tvitlərim»

Ваша оценка:

Nə qədər ki

Kimisə unutmağa çalışdıqca, bir o qədər unutmuruq, xatirələr bizi rahat buraxmır. Nə qədər çox sevməməyə çalışırıqsa, bir o qədər çox sevirik. Nə qədər uzaqlaşmağa çalışırıqsa, bir o qədər bağlanır və yaxınlaşırıq. Odur ki, çalışmayın. Zamana buraxın, həyatınızı yaşayın. Həyat və zaman özü unutduracaq, sevdirməyəcək, uzaqlaşdıracaq.

Ваша оценка:

Təhlükəli beyin

Mənə görə insanın beyni təhlükəlidir. Elə kəşf edə bilər ki, bəşəriyyəti, təbiəti məhv edə bilər. İnsanı idarə etdiyi üçün onu uçuruma sürükləyər. İnsanın özü ilə oyun oynaya bilər. Başqasını öz oyununun qurbanı edə bilər. Təhlükəli ideyalar verə bilər, fikirlər irəli sürə bilər, iddialara baş vura bilər. Beyin başda yerləşmir bəzən. Bəzi insanlar üçün beyni ikiПродолжить чтение «Təhlükəli beyin»

Ваша оценка:

35+ qadınlar

35+ azad, intellektual, ağıllı, işgüzar və tək qadına bir kişinin verə biləcəyi nələr var?- qadının illərlə qazanıb qoruyub saxladığı və dəyər verdiyi hüzur, azadlığına kənar müdaxilənin olmamasını;- komfort zonasına girməməsini;- güvənli, etibarlı olmasına dair əminlik;- təhlükəsizliyin təmin edilməsi;- şəxsi həyatın toxunulmazlığının təmin edilməsini;- stabillik;- dinləmə və empati qurma mədəniyyətini;- dürüstlük və səmimilik;- vaxt;- ünsiyyət qurmaqПродолжить чтение «35+ qadınlar»

Ваша оценка:

Ədalət dəfələrlə pozulur…

— Niyə təkliyi seçmisən? — Çünki insanlar dəfələrlə ədaləti pozur, ədalətli olmurlar. Çünki insanlar təhlükəlidirlər. Çünki insanlar yaratmaqdan çox dağıdırlar. Çünki insanlar məhv edirlər, pislik edirlər. Çünki insanlar məyus edirlər… — Buna görə tək qalmaq lazım deyil axı? — Lazımdır və vacibdir. Dəfələrlə ədalətin necə pozulduğunu görməmək, məyus olmamaq, zərbə almamaq üçün lazımdır. İnsanlar məndənПродолжить чтение «Ədalət dəfələrlə pozulur…»

Ваша оценка:

38+

38+ dərəcə kimi 38 + yaş da təhlükəlidir, keçiddir. İnsanın həyatını seçim qarşısında qoyur. Bu yaşa və dərəcəyə qədər yığdığı təcrübə və bilik bəs edir ki, xəstəliyini sağaltsın, yaralarını sarsın, qalxmış qızdırmasını salsın. Reallığa dönsün. Müdrikləşsin. Zaman yaxşı insanların deyildir. Zaman yaxşı insanların tərəfində deyildir. Hər şeyin həqiqi olanı bu, mükəmməl möcüzədir. Ən həqiqi sevgi,Продолжить чтение «38+»

Ваша оценка:

Tərəfdarıyam

Balığı tutub verməyi deyil, balıq tutmağı öyrətməyin tərəfdarıyam. Hər kəsin öz çörəyini özünün qazanmağının və hər növ asılılıq zəncirlərindən qurtulmağının tərəfdarıyam. Kimsə köməkdən və kimdənsə asılı olmamalıdır. Kimsə kimdənsə nəyisə ummamalıdır. Hər kəsin öz qərarlarını verməsinin, seçimlərini etməsinin və onlara görə məsuliyyət daşımasının tərəfdarıyam. Zəif güclü ola bilmir, güclünün zəifləməyə haqqı yoxdur.

Ваша оценка:

Təhlil-Avropa

Avroistiqraz alanların, Avropa banklarından kredit alanların evi yıxıldı. Avropada təbii fəlakətlərdən ciddi ziyan görən şəhər və ölkələr var. Birbaşa zərərdən əlavə, su altında qalmış şəhərlərin bərpası, onların sakinlərinə kompensasiya hamısı xərcdir. Bu da qiymətlərin qalxmasına, istiqrazların dəyərdən düşməsinə, kreditlərin bahalaşmasına, vaxtından öncə geri tələb edilməsinə, şərtlərin dəyişdirilməsinə səbəb ola bilər. Avropa ölkələri pandemiya və karantindənПродолжить чтение «Təhlil-Avropa»

Ваша оценка:

Tanıdıqca

İnsanlardan uzaqlaşır, bəzilərini susaraq iqnor edirəm. Bəzən elə sıradan biri kimi, yoxmuş kimi davranıram. İnsan istədiyi zaman fikir, münasibətini dəyişir, özünü və xarakterini deyil. Sadəcə olaraq daha təcrübəli, müdrik olduqca, hüzuruna, vaxtına, azadlığına, özünə dəyərini artırır. Cəmiyyətə və insanlara yarınmaq, onların səndən razı qalmasına vaxt sərf etmək kimi sərsəm vərdiş yoxdur.

Ваша оценка:

Прости и отпусти

Мы отпускаем тех кого любим, любя…  Родителей, любимого, детей, друзей… Только себя отпускать не в силах. Смерть отпускает нас. Смерть сильна. Смерть любить нас больше чем наша жизнь…

Ваша оценка:

Sizinlə

Sizinlə dünyanızın ən dərininə enməyənlər, dayaz adamlardır, sizi kəşf etməkdən, uçmaqdan və üzməkdən qorxanlardır. Dərinə enməkdən, yıxılmaqdan, boşluğa düşməkdən, üzərək oksigensiz qalıb boğulub ölməkdən qorxanlardır. Qorxaqları, cəsarətsizləri neyləyirsiniz? Sizinlə işıqda təklikdə qalmayanlar sizin o işıq olmağınızdan, hüzurunuzdan, gerçəkləri görə biləcəyinizdən narahat olub qaçanlardır. Qaçanları bağışlamayın! Sizinlə birlikdə susmayanlar sizi dinləməyənlər, yalançı insanlardır. Yalançıları, sizi dinləməyənləriПродолжить чтение «Sizinlə»

Ваша оценка:

Sevgini yazaq…

Sevgidən yazmaq mənasızdırsa, gəl, sevgini yazaq… Birlikdə yazaq… Sözlərini bir seçək… Hisslərini bir yerdə birləşdirək… Elə yazaq ki, əritsin qəlbimdəki buzu… Elə yazaq ki, rüzgar aparsın beynimdəki fikiri… Elə yazaq ki, dənizin dalğalarına qarışdırıb uzaqlaşdırsın bizdən qəm-kədəri.. .Elə yazaq ki, gözlərimi parlatsın sevincdən, fərəhdən… Bəli… Gəl, sevgini yaz mən…

Ваша оценка:

Sən sahilsən…

Sədaqət tələb etmə… Güvənmə… Kimin üçün isə liman olma… Sən sahilsən… Dənizin bir parçası olan dalğalar belə sahilə də, dənizə də sadiq deyildir. Dalğa da, dəniz də vəfasızdır. Sən sahilsən… Küləklər belə bəzən sakitcə əsər, səsi laylay deməz sənə… Yuxuya getməzsən hüzur içində… Sən sahilsən… Unutma, kimin üçün isə liman olma… Liman müvəqqəti dayanacaq, məntəqədir.Продолжить чтение «Sən sahilsən…»

Ваша оценка:

Sayıram

İnsanları pul kimi sayıram. Kimisi kiçik məbləğdir, qəpikdir. Kimisi də böyük, kağız pullar. Bitənə qədər xərcləyirəm saydığım pul kimi insanları… İnsanları insan kimi keyfiyyətinə görə kəmiyyətcə sayıram. Yerini göstərmək üçün yerləri sayıram. İnsanlara verdiyim şansı sayıram. Bir gün bitəcək limit dolan kimi. Sayıram səbrimin tükənəcəyi keçid nöqtələrinin sayını… Sayıram həyatımdan çıxan və həyatıma girənləri… SayıramПродолжить чтение «Sayıram»

Ваша оценка:

Kapitalizmin əsası

Kapitalizmin əsasını vaxt, pul, insan kapitalı təşkil edir. Bunun üçün insanda riyazi təfəkkür və məntiqi təhlil etmə qabiliyyəti olmalıdır. Kapitalizmdə insanlara tələb rasional və praktik olmasıdır. Kapitalizm kapitalın səviyyəsindən asılı olaraq insanları təsnifatlaşdırılır.

Ваша оценка:

Mən qatiləm

Hər birimiz qatilik. Kiminsə ümidlərini, kiminsə güvənini yalan, xəyanət və oyunlar ilə öldürürük. Ağacları kəsib təbiətin övladını öldürürük. Şiddət yolu ilə hüzuru öldürürük. Sevgisizliklə sevgini öldürürük. Abort edirik, həyatı alırıq, seçim hüququnu əlindən alırıq. Doğulacaq bir insanı bətnimizdə öldürürük. Kiminsə arzularını, gələcəyini öldürürük. Kiminsə karyerasını məhv edirik. Kiminsə ailəsini dağıdırıq. Kiminsə yaşamaq istəyini əlindən alırıq.Продолжить чтение «Mən qatiləm»

Ваша оценка:

İstifadə qaydalarımız

Hər birimiz digərindən istifadə edirik. İstifadə edilirdik, istifadə edirik. Nə ruhumuz inciyir, nə ruh incidirik. Kimisini emosional ehtiyaclarımızı ödəmək üçün, kimisini darıxdığımız və vaxtımızı maraqlı etmək, kimisini də düşüncələrimizi paylaşmaq, kimisini verdiyimiz qərar və etdiyimiz seçimlərdə bizi dəstəkləmək, haqlı çıxarmaq üçün istifadə edirik. Kimisini puluna, sosial status, mövqeyinə, əhatə dairəsinə, dostlarına görə, kimisini ölkədən getmək,Продолжить чтение «İstifadə qaydalarımız»

Ваша оценка:

Seni sevdim…

Her kese rağmen ben seni sevdim… Yalanlarına kendimi inandıranda bile seni sevdim… Sen gidince kendime sarıldığımda bile seni sevdim… Kalbim paramparça olsa bile seni sevdim… Gitdiyinde özlediyim, ağladığım zaman da seni sevdim. Seni öyle sevdim. Ruhun bile duymadı. Habersiz kaldın. Sevgisiz kaldın… Kendime bir özür borcluyum. Kendime bir sevgi borcluyum. Bozduğum hüzurum için kendimi affetmeliyim.

Ваша оценка:

Tənha analar fahişə deyil

Tənha analar zəif deyil, insanların içində ən güclü olan insandır. Tənha analar kobud deyil, sadəcə övladını və özünü qoruyan insandır. Tənha analar asılı deyildir, işləyir, kiməsə möhtac deyildir. Tənha analar əlacsız deyildir, bəhalərə «yox» deyən kəsdir. Tənha anaların problemi, çətinliyi bir çox insandan lap çox olur. Hər problemini də özü həll edir. Tənha anlar nəyiПродолжить чтение «Tənha analar fahişə deyil»

Ваша оценка:

Atalar günü

Hər il iyunun üçüncü həftəsinin bazar günü atalar günü imiş. Atam qızıl insan olduğu üçün çox istəyirdim ki, övladlarımın da atası atam kimi olsun. Di gəl ki, axtara-axtara elə adamları tapdım ki, özüm öz üzümə seçimimə görə tüpürməyim gəlir. Bir övladımın atası övladını anasız qoyur, digəri isə övladımı atasız qoyur. Hər iki seçimimdə ailə vəПродолжить чтение «Atalar günü»

Ваша оценка:

Sən qürurumsan

Küləkdən qayığımı qoruyan tək limansan.Daşlardan, dəli dalğalardan qoruyan tək sahilsən.Yağışdan, fırtınadan, qara buludlardan qoruyan tək günəşimsən.Qaranlıqdan və dalandan qoruyan tək işığımsan.Həcmini n qədər artırıb mənə qaytaran tək sevgimsən.Sən mənim oğlumsan! Sən qürurumsan!Nə yaxşı ki, anan da, atan da mənəm!

Ваша оценка:

«ПЕРЕКУР» havası

— Yenə fikirli görürəm səni. Gözlərin danışmaq istəyir. Dodağın susur. — Hə. Yenə də fikirlər məni işğal edir. Bu gedişlə qalib gələcəklər. — Susdur. Məğlub et. Hücum et. Müdafiə elə özünü. — Necə? — Beynini söndür. — Demək asandır. Təklifi verirsən, yolunu da göstər. Necə? — Dərman at, daha çox yat. Şərab iç qədəhlərini dolduraraqПродолжить чтение ««ПЕРЕКУР» havası»

Ваша оценка:

Tərbiyə

Tərbiyə… Bədəni idmanla, rejimlə və sağlam qidalanmaqla, yuxuya getməklə tərbiyə etmək olur. Beyni zövqlü musiqi dinləməklə, kitab oxumaqla, film izləməklə, rəsmə baxmaqla tərbiyə etmək olur. Ruhu özünü sevməklə, anlamaqla, qəbul etməklə, özünə zaman ayırmaqla və özün kimi insanlarla dostluq etmək və görüşməklə tərbiyə etmək olur. İnsanlığı… İnsanlığı formqalaşan xarakterlə və ona uyğun gəlməyən cəhətləri dəyişməkПродолжить чтение «Tərbiyə»

Ваша оценка:

Mənə görə kişi…

Mənim kimi qadınlar üçün kişi əlavə yük, problem və xərcdir. Kişi bizə heç nə vermir, əksinə alır. Evin kommunal xərclərinin ödənilməsində iştirak etmədən ayağını aşırıb divanda oturub tvyə baxmağı həm işıq aparır, həm hüzur pozur; Hamama girib çiməndə həm işıq, həm su, həm qaz sərfinə səbəb olur; Evə bazarlıq etmədiyi halda, qadının günlərlə bazarlıq etdiyi,Продолжить чтение «Mənə görə kişi…»

Ваша оценка:

Niyə?

Özünüzü özünüzdə tapdığınız halda, niyə başqasına ötürür, sonra onlar sizi itirdiyində özünüzü axtarmağa başlayırsınız ki?Öz həyatınızın açarı öz əlinizdə ikən niyə başqasının əlinə verirsiniz ki, sonra onu itirdiyi zaman axtarmağa, toparlanmağa çalışırsınız ki?Özünüzü sevdiyiniz halda, niyə o sevginizi özünüzdə azaldıb başqasına olan payını artırır, özünüzə olan sevginizi azaldırsınız ki?Öz üstündür. Öz vacibdir. Özdən başlayın, özləПродолжить чтение «Niyə?»

Ваша оценка:

Bir daha

Bir daha bizi təhsilsiz qoymasınlar. Bir daha bizi erkən ərə verməsinlər. Namusu yükləyib çiyinlərimizə canımıza qıymasınlar. Bir daha bizi vurmasınlar. İntiharımıza səbəb olmasınlar. Bir daha önyarğı qurbanı etməsinlər. Adımıza ad qoşmasınlar. Şiddəti bizə yaşatmasınlar. Vaxtımızı oğurlamasınlar. Həyatımızı yerimizə yaşamağa çalışmasınlar.

Ваша оценка:

Həyatdan aldığım dərslər

Həyat mənə ən gözəl dərsi verdi. İnsanları yanıldığı zaman birdəfəlik siləcəksən. Birinci şansı belə verməyəcəksən.  Verdinsə, o şansların sayı n qədər artar. İkinci dərs: İnsanlara dəyər verməyi və ayrılacağınız zaman itki kimi yanaşmağı, düşünməyi şüuruna yeridəcəksən. Səni itirmək istəyənlər üçün itki olmadığına əmin olmalı, özünü aldatmamalısan. Sən səni itirənləri itirmirsən,  onlar səni itirəndən sonra qazanırsan.

Ваша оценка:

Öz…

Keçmişdə sizə zərbə vuran, pislik edən, sizi incidən, sizi üzən şəxslərə şans verməyin, bağışlamayın, barışmayın. Ötən dəfəkindən sağ çıxdığınıza əmin olduqdan sonra sizi növbəti zərbəsi ilə vurub ölümcül yıxacaq, parçalayacaq, çilik-çilik, özünüzü, həyatınızı iflic edəcək. Özünüzü elə sevin ki, başqasında özünüzü axtarmaq, özünü görmək, tanımaq, sevmək olmasın. Sevgi siz özünüz, yarıdığınız halda, ailə üzvləriniz vəПродолжить чтение «Öz…»

Ваша оценка:

Heç bir qadın

Heç bir qadın çətinlik, problem, kişi önündə aciz qalmasın.Heç bir qadın şiddət qurbanı olmasın.Heç bir qadın həyatına son qoyulmağa məhkum olmasın.Heç bir qadın təhsilsiz qalmasın.Heç bir qadın ana olmaqdan məhrum olmasın.Heç bir qadın sevgisiz qalacağı ailəni qurmasın.Heç bir qadın bədbəxtliyin uçurumuna enməsin.Heç bir qadın saçlarına qıymasın.Heç bir qadın susdurulmasın.Heç bir qadının adına qara yaxılmasın, əxlaqsızПродолжить чтение «Heç bir qadın»

Ваша оценка:

Vermədim

Bildiyimi dədəmə vermədim. Söz vermədim. Ağıl vermədim. Tövsiyə və məsləhət vermədim. Şans vermədim. Üz vermədim. Səbəbə əsas vermədim. Yola vermədim. Borca pul vermədim. Gözlərə işıq vermədim. Vicdanıma yol vermədim. Ürəyimə seçim vermədim. Ağlıma istirahət vermədim. Özümü kiməsə vermədim. Versəm, azalar. Verməyim ki, qalsın məndə.

Ваша оценка:

Xeyriyyəçilik

Fondların, xeyriyyəçiliyin insanlara yeridilməsinin tərəfdarı deyiləm.1. Çoxu vergidən azaddır deyə  çirkli pulları yumaq üçün, vergidən yayınmaq üçün fond, xeyriyyəçiliyə pul ayırır.2. Rəsmi iş yeri olan insanlar vergi ödəyir, həmkarlar ittifaqına üzvlük haqqı ödəyir, bu cür xeyriyyə,  maddi dəstək məhz vergi sayəsində dövlət tərəfindən, həmkarlar ittifaqı tərəfindən edilməlidir.3. Bir çox hallarda insanların inamından sui istifadə hallarıПродолжить чтение «Xeyriyyəçilik»

Ваша оценка:

Pul haqqında

«Pul əl çirkidir, heç nədir, vacib deyil» deyənlərin ya pulu olmayıb, ya olub, sadəcə borc şəklində.Pul insanı dəyişir. Çox olduqca,  özgüvəni artır, seçimləri çoxalır, problemlərinin bir çoxunun pul ilə həll edilə bildiyini anlayır,  xərcləri tələbatına, istəklərinə uyğun artır.  Cib, plastik kartda olan pulun məbləği insanın əhvalına təsir edir, kreditdirsə, daha qənaətli edir, daha ehtiyatlı olmağıПродолжить чтение «Pul haqqında»

Ваша оценка:

Həyat fəlsəfəm

İnsanın keyfiyyətləri, xarakteri özünə sərf etməlidir.Vicdanı özünə xeyir verməlidir. Özünə zərər vuran vicdanda vicdansızlıq var. Ağıl insanın özünə səmərə verməlidir. Ağılı özün üçün sərf etməlisən. Kiməsə yox, özünə verməlisən. Ağlını artırmaqla, bilik və təcrübə qazanmaqla sərmayə qoymalısan özünə. Savadı da özün üçün qazanmalısan. Gələcəyin, işin, karyeran, inkişafın naminə. Kimisə dəyişmək, düzəltmək yerinə öz üzərində işləmək,Продолжить чтение «Həyat fəlsəfəm»

Ваша оценка:

Sizə real münasibəti öyrənməyin yolları

Kiminsə sizə olan real münasibətini bilmək istəyirsinizsə: — onu tənqid edin; — onu hirsləndirin; — onun xahişini yerinə yetirməyin, işinə yaramayın; — ona kömək etməkdən imtina edin; — onu spritli içki ilə məst edib sorğu suala tutun; — ondan ayrılın, uzaqlaşın, onunla münasibətinizi bitirin; — ona «yox» deyin.

Ваша оценка:

Seçimim özüməm

Özümü o qədər çox sevirəm ki, Allahın vurduğu bəndələri vurmuram, bədbəxt insanlara sevgimi və varlığımı paylaşmıram.O qədər özüm üçün dəyərliyəm ki, sərmayəmi özümə və məni sevən insanları sevərək qoyuram.O qədər özüm üçün önəmliyəm ki, kimsə canımı yandıra bilməz, xətrimə dəyə bilməz, incidə bilməz.O qədər güclüyəm ki, yox olanları yox sayaram, varlığım ilə onlara şərəf vermərəm,Продолжить чтение «Seçimim özüməm»

Ваша оценка:

Təhlil-2021

Dövlət büdcəsinin gəlirləri azalır, xərcləri artırsa, təbii ki, pul az gəlir, çox gedir. Demək ki, tariflər də qalxacaq, cərimələr də, rüsumlar da. Burdan əhalidən qazandıqları pulu büdcəyə yığıb təkrarən xərclərə yönəldəcəklər. Bir də ki, müharibədən çıxmış ölkə, karantin, sərt karantin zamanı xərclər, azalmış gəlirlər özünü göstərməli idi. Devalvasiya olmayacaqsa, qiymətlər artacaq. İnflyasiya qaçılmazdır. Bir dəПродолжить чтение «Təhlil-2021»

Ваша оценка:

Sevgi bitəndə…

Hər səhvin bir doğru olan tərəfi var. Səhv etdikcə, doğrular üzə çıxır. Bəzən doğrunun nə olduğunu anlamaq üçün xəta etmək lazımdır. Sevgi bitəndə bir zamanlar gözlərinin hər yerdə axtardığı insanı hamının içində nə axtarır, nə tapır, görəndə görmədi sayır. Sevgi bitəndə, gülüşü mənasızlaşır. Sevgi bitəndə, səsi qıcıqlandırır. Sevgi bitəndə, susursan, dinləmirsən. Sevgi bitəndə, önəmsiz olurПродолжить чтение «Sevgi bitəndə…»

Ваша оценка:

Mübarəksiniz

Bu il çoxlarına düşməsə də, mənə düşdü. İnsanları ələdim, tanıdım, həqiqəti öyrəndim, ana oldum. Gözəl insanlar ilə tanış oldum, yeni dostlar qazandım, ailəm oldu. Tənha ana ola bilərəm,  amma tək deyiləm. Mənə inanan, dəstək olan, məni sevən, tanıyan insanlar çoxdur. Nə yaxşı ki, onlar var.Pozitiv enerji mübadiləsi, sevgi, anlayış, dinləmə, hörmət, dürüstlük, mərdlik, cəsarətdə həmrəyПродолжить чтение «Mübarəksiniz»

Ваша оценка:

İqtisadiyyat və xəstəlik

Hər il koronavirusun yeni ştamı çıxarsa, onun vaksinini gözləyəcəyik. Hər yeni ştamı daha təhlükəli olsa, daha tez yayılsa, sərt karantin sayəsində nəinki iri şirkət, korporasiyalar, transmilli holdinglər, hətta bir çox inkişaf etməkdə olan ölkələr, eləcə də üçüncü dünya ölkələri müflis olacaq. Çünki iqtisadiyyatı çökmüş, xarici ticarəti-ixracı azalmış, büdcə gəlirləri aşağı düşmüş, büdcə xərcləri artmış birПродолжить чтение «İqtisadiyyat və xəstəlik»

Ваша оценка:

Özümə etdiyim tənqid

Özümdə tərgitmək istədiyim cəhətlər az deyil. İfrat dərəcədə dəqiqlik, simmetriklik, rasionallıq, praktiklik, planla işləmək, konkretlik, tələbkarlıq, məsuliyyətli olmaq, sərtlik var. Elə bilirəm ki, hamı belədir və belə olmalıdır. Özümə qarşı da ifrat dərəcədə məsuliyyət və tələbkarlıq var. Bəlkə ona görə də özümə uyğun insanları axtarsam da, tapa bilmirəm. İfrat dərəcədə mərd, dürüst, cəsarətli olmaq daПродолжить чтение «Özümə etdiyim tənqid»

Ваша оценка:

Həyatda

Bu həyatda kimə nə edirsən, o da dönür geriyə. Pislik pisliyi gətirir. Şər şəri. Ruh sağlam olmayanda, düşüncələr sağlam olmayanda, niyyət və əməllər də sağlam olmur. Belə insanları boş verin, sağlamlıq, sevgi və xoşbəxtlik diləyin. Ən pis insan belə sağlam, sevimli və xoşbəxt olmalıdır. Hər kəsi bağışlamışam, boş vermişəm. Ona görə də hüzurlu, xoşbəxtəm!Ədalət var.Продолжить чтение «Həyatda»

Ваша оценка:

Ən gözəli

Ən gözəli susmaqdır. Paylaşmamaqdır. Güvənməməkdir. Ən gözəli yazmaqdır. Gündəlik tutmaqdır. Bloq yaratmaqdır. Ən gözəli hər kəsə açılmamaqdır. Hər kəsi sevməməkdir. Ən gözəli şans verməməkdir. Unutmamaqdır pisi, yaxşını. Ən gözəli öz yolunu seçməkdir, getməkdir, uzaqlaşmaqdır. Ən gözəli baş qoşmamaqdır hürən itə, gedən karvana. Ən gözəli yaşamaqdır. Səni sevən insanları sevməkdir. Ən gözəli var olmaqdır. Hüzuruna bağlanmaqdır,Продолжить чтение «Ən gözəli»

Ваша оценка:

Qatıqlayın

Kimsə nəyisə anlamaya, anlamadığı üçün sevməyə, bəyənməyə bilər, amma onu lağ etmək, mübahisə etmək obyektinə çevirə bilməz. Bu nadanlığın bir növüdür. Kiməsə din, kiməsə sufilik, kiməsə muğam, kiməsə qəzəl, qəsidə anlaşılmaz, mürəkkəb gələ bilər, qavrama səviyyəsinə uyğunlaşdırmaya bilər, hətta əsaslı və məntiqli izah ilə tənqid edə bilər. Amma əsla kiməsə haqq verilməyib ki, lağ etsin,Продолжить чтение «Qatıqlayın»

Ваша оценка:

Ana…

O gün gələcək bir gün…Mən böyüyəcəyəm, Ana…Göz yaşların axmayacaq daha…Gözlərindəki kədər silinəcək…Başını boynuma qoyacaqsan…O gün gələcək bir gün…Üzündəki təbəssümün işıq saçacaq…Saçlarındakı ağlar başqa rəngə çalacaq…Yanaqlarından öpəcəyəm hər gün…Barmaqlarım saçlarına sığal çəkəcək

Ваша оценка:

Bir ananın duası

Bir qadın, bir ana kimi dua edirəm, sağlam olum, güclü olum, kiməsə möhtac olmayım…Övladlarımın yanında olum, onları qoruya bilim, sevim, sevindirim…Azad və hüzurlu olum, xoşbəxt olum ki, bu mühitdə övladlarım böyüsün.Ən yaxın dostu, sirdaşı olum, fəxr etsinlər mənimlə.Kiməsə görə deyil, özünə görə yaşayıb, qərar versinlər və seçimlərini etsinlər. Cəmiyyəti, mental dəyərləri, patriarxal idarəetməni vecə almasınlar.Продолжить чтение «Bir ananın duası»

Ваша оценка:

İnsanların düşüncəsi

İnsanların düşüncəsi dəyişdikcə, münasibəti, həyat tərzi dəyişir, özünü dəyişdirir, xarakterində dəyişiklikləri özünü göstərir. Məsələn, əvvəl elə bilirdim ki, insan sevirsə, güzəştə getməlidir, qurban verməlidir, dözməlidir. İndi elə düşünmürəm. Bir insan sevirsə, sevilirsə, niyə nəyəsə dözməli bir dərəcəyə çatdırılmalıdır, niyə nəyə və ya kiməsə görə güzəştə getməlidir, niyə özünü və ya nəyisə, kimisə qurban verməlidir ki?!Продолжить чтение «İnsanların düşüncəsi»

Ваша оценка:

Onurun atası

Oğlumun atası o qədər qorxaq insandı ki, oğlunu qəbul etmir, hər kəsdən gizlədir, birgə şəkillərini də paylaşmır. O qədər qorxaqdır ki, bir dostu ondan üz görüb məni və oğlumu orda-burda müzakirə edir, o birisi də mənə inboksda söz soxuşdurub ağıl öyrətməyə çalışır. O da bunları bilib, qarışmır. O qədər qorxaqdır ki, onlara yerini göstərmir, mənПродолжить чтение «Onurun atası»

Ваша оценка:

Dialoq

Küçədə meyvə satanla təqaüdçünün dialoquna qulaq müsafiri oldum. İndi də ürəyim ağrıyır, kövrəlmişəm.- mənə bir alma verərsən?- hansından?- sarı, yumşaq olsun. Amma bir dənə… Pulum yoxdur üstümdə. Təqaüdümü alanda pulunu verərəm. Nəvəm evdə gözləyir, alma istəyir…Satıcı yaxşı adam çıxdı, verdi almanı. Yerinə vermək istədiyim pulu da götürmədi. Dünyanı belə gözəl qəlbli insanlar xilas edəcək.

Ваша оценка:

Tənqid, təhqir, lağlağı

Bir var tənqid. Tənqidi edənlər məntiqi və əsaslı, şüurlu və strateji təhlil ilə fikrini ifadə edir, tənqid hədəfi olan problem üçün həll yolu təklif edir. Bir var təhqir. Təhqiri edənlər məntiqsiz, əsassız, şüursuz və təhlildən uzaq münasibət bildirər, sözlər seçərlər, bu da ki, nəinki problemi həll edər, hətta yeni problemlər yaradar. Təhqir edənlərin sağlam fikirПродолжить чтение «Tənqid, təhqir, lağlağı»

Ваша оценка:

Miqrantlar

Natamam ali təhsili, uğursuz karyerası, zəif iradəsi, 0 ambisiyası olan, xarici dil biliklərinə sahib olmayan, aldığı təhsil və işlədiyi sahəsi üzrə bir uğuru olmayan, lağlağı, qeyri-ciddi hər kəs batsa, yaxşıdır. Xaricə getsə də, o kəs özünü də aparır. Hara getsə də, dəyişən nəsə olmayacaq, çünki özü dəyişmir. Hara getsə, gedib daha az maaşa, ixtisasından uzaqПродолжить чтение «Miqrantlar»

Ваша оценка:

Xeyirgötürən

Belə bir mənzərəni təsəvvür edin.Həyatınız hüquqi şəxsdir. Siz isə onun sadəcə direktorusunuz. Təsisçisi, xeyirgötürəni başqa insandı, yəni cəmiyyət, ömrünüzü, vaxtınızı, əsəbinizi sərf edən biridir. Enerjinizi, həyatınızı bölüşdürürsünüz, o isə xeyir götürür, əldə etdiyiniz mənfəətə sahib çıxır, əməyinizə ortaq olur, vaxtınızı alır, sevincinizi, sevginizi, pozitiv enerjinizi xərcləyir özünə. Bir gün də hüquqi şəxs bir az pisПродолжить чтение «Xeyirgötürən»

Ваша оценка:

Koronavirusun üstünlükləri

Koronavirus insanlara gözlərlə danışmağı və gülməyi öyrətdi. Subay oğlanlar üçün belə fürsət bir daha ələ düşməyəcək. Qızlarımız makiyajsız çıxırlar evdən… Koronavirusdan istifadə edib insanlara subliminal mesaj göndərirlər: Maskanızı ancaq evdə çıxardın. Kənar yerdə kənar şəxslərin yanında maska taxın.

Ваша оценка:

Onura açıq məktub…

Sən…Bəli sən… Oğlum…İşıqlı dünyan ilə qaranlıqdakı işıqları görürsən…Kitabdakı rəsmlərdə fərqli rəngləri öyrənirsən… Həyatın ağ-qara olmasın deyə hər rəngə maraq göstərirsən…Təbiəti sevirsən… Açıq hava, ağaclar, yarpaqlar, torpaq səni özünə cəlb edir… 6 ayın mübarək, oğlum…Zaman necə tez gəldi, artıq 14 aydır ki, tək deyiləm. Sənin varlığına, sevginə sığınmışam, xoşbəxtəm. 14 aydır ki, həyatıma rəng qatmısan. SevincimПродолжить чтение «Onura açıq məktub…»

Ваша оценка:

Həyat üzrə kiçik qaydalar

Səbr etmək ilə təhəmmül arasında böyük fərq var. Səbr müsbət enerjidir, müsbət nəticə verir. Təhəmmül isə əksinə… Səbəblər olan yerdə bəhanələrə yer yoxdur. Bəhanələr səbəblər olmayanda silaha çevrilər. Ona görə də «filan kəsin və filan şeyin «üzündən»» ifadəsi doğru deyildir. Bu sadəcə ucuz bəhanədir. Bir də ki, unutmayın ki, etdiyiniz sizə dönür, etmədiyiniz sizi pərişanПродолжить чтение «Həyat üzrə kiçik qaydalar»

Ваша оценка:

Bir çox hallarda

Bir çox hallarda sükunət və səssizlik insanı kar edir. Bu sükunətdə eşitməyənləri anlayır insan… Bir çox hallarda susmaq və hüzur meditasiyasına baş vurmaq insanı lal edir. Səni eşitməyənlər bu fərqi də eşitmir, səni görməyənlər, görməzdən gələnlər bu fərqi sıradan sayır… Bir çox hallarda, ən yaxşı və ən yaxın dostun özün olursan, kölgən olur… Sənə yalanПродолжить чтение «Bir çox hallarda»

Ваша оценка:

Gəl

Gəl, səninlə şərt kəsək,Sən sus, dinlə bu dəfə,Mən qapını açanda,Get, qayıtma geriyə… Gəl, səninlə dağıdaq,Birgə həyat yolunu,Körpüyə də od vuraq,Geri dönməmək üçün… Gəl, səninlə başlayaq,Xatirəsiz həyata,Varlıq itsin zamanda,Ağı tapaq qarada…

Ваша оценка:

Anamdan

Anam həmişə mənə deyərdi ki, bir qadının kişidən, digər adamlardan ən böyük asılılığı maddi cəhətdən olur. Bu zaman da asılılıq yükə, problemə çevrilir. Ona görə də təhsil, savad, ağıl və iş, pul qazanmaq qadın üçün daha önəmlidir. 20 yaşımdan bəri işləyirəm, maaş və əlaçı təqaüdümü qəpiyinə qədər anama verirdim. 20 yaşımdan bəri cəmi 2 ilimiПродолжить чтение «Anamdan»

Ваша оценка:

Xoşbəxtəm deyə

Necə cavan, gözəl qalmağı bacarıram? Yaşca 37 yaş olduğum görsənmir?Bir cavabı var. Çünki xoşbəxtəm.Xoşbəxtəm deyə kiminsə həyatına qarışmıram.Xoşbəxtəm deyə özümlə yaşaya, özümü sevə bilirəm, kənarda axtarmıram.Xoşbəxtəm deyə hüzurlu, azad və sevincliyəm.Xoşbəxtəm deyə, əsəbləşmirəm.Xoşbəxtəm deyə, üzüm gülür, niyyətim xoşdur, pislik etmirəm.Hər kəsə xoşbəxtlik diləyirəm.

Ваша оценка:

Atasızlar

Bir çox kişilərə xoş olmayan bir yazı olacaq. Hər kəsə şamil edilmir. Özünə götürənin də yediyi soğan içini göynədir.Ata ailədə, övlad üçün o qədər önəmli deyil. Müşahidə və ətrafımda atasız böyüyən uşaqlar görüb bu qənaətə gəlmişəm. Qadın zəif deyil. Zəif olan kişidir.Özləri atasız böyüyən, övladını atasız böyüdən o qədər qadın, ana var ki… Ata olanПродолжить чтение «Atasızlar»

Ваша оценка:

Doğru olan

Vaxt, əsəb, həyatımız o qədər önəmlidir ki, bunu başqa birisi anlayan deyil. Ona görə də sizi sevməyən, gedib-gələn, dürüst olmayan, cəsarətsiz, qorxaq, sevgisiz,  qeyri-ciddi insanlara sərf etməyin.Şansı bir dəfə verib, insanın sizə münasibət,  fikirləri dəyişməyibsə, özünüzü aldatmayın.Ağlamayın, yola salın, dinləyin, sözünüzü deyin, sonra da təşəkkür edib yola salın.Onu deyil, özünüzü sevin.Gülümsəyin.Çünki siz nömrə birsiniz!Çünki sizПродолжить чтение «Doğru olan»

Ваша оценка:

Şəri bizə qəbul etdirmək üçün bizi aldatdılar ki, hər şərdə bir xeyir var…

«Sizdə xərçəng var»Nə gözəl səslənir… Bir insan olaraq qətiləşdirirsən ki, yaşamaq istəyirsən, ya ölmək… Artıq hər saniyənin dəyərini bilirsən. Artıq elə bu an ölə biləcəyini bilib hər anını yaşayırsan…Həyatındakı qazanılan hər şeyin, hər kəsin, gələn və gedənlərin  mənasını,  həyatındakı rolunu anlayırsan…Həyatınla bağlı xatirələr tez-tez üzə çıxır, gülmək, sevinmək, xoşbəxt olduğun anları uzatmaq üçün də birПродолжить чтение «Şəri bizə qəbul etdirmək üçün bizi aldatdılar ki, hər şərdə bir xeyir var…»

Ваша оценка:

Bu həyatda

Bu həyatda insanlar müqəddəs, ali nə varsa, onu adiləşdirir. Yaratmaq yerinə dağıdır… Sevmək yerinə nifrət edir. Yaşamaq yerinə intihar edir… Özündən güclü, yüksəkdə olanlardan qorxduğu üçün yaltaqlanır ona. Özündən zəif, aşağıda olanları qorxmadığı üçün əzir keçir, məhv edir. Bu həyatda öz yaratdığını özləri dağıdır. Çəkdiyi əziyyəti, sərf etdiyi zamanı hədərə verir. Ilk dağıdılan nöqtə, ilkПродолжить чтение «Bu həyatda»

Ваша оценка:

Özünü dərk etmə

Əslində sevməli və sevilməli olan insanlar içində birinci sırada insanın özü və ailəsi olmalıdır, sonra karyerası. Bunlar varsa, başqa yerdə sevgi axtarmaq ağılsızlıqdır. Digər insanı sevib birinci yerə qoymaq, sonra yadlaşmaq üçün doğmalaşmaq,  ayrılmaq üçün münasibətə başlamaq vaxt və əsəb itkisi ola bilər. Bu bizə bizim axmaq olduğumuzu, eyni səhvləri təkrar etdiyimizi, sadist və mazoxistПродолжить чтение «Özünü dərk etmə»

Ваша оценка: