Fuad Eminov


Pərdələnmiş pəncərələr

Axşam saat 6-da ağsaqqalları kənd sovetinin qabağına yığdılar:

— Ay camaat, qulaq asın. Bakıdan göstəriş verilib, bu gün kənddən çıxmalıyıq. Erməni gəlir, qonşu kəndlər artıq boşaldılıb.

Nitq söyləyən ağsaqqal yaylığı ilə alnının tərini sildi:

— Çətindi, bilirəm, çox çətindi, amma kişilər hamısı cəbhədədi, burda qalan bir arvad uşaqdı, bir də yetim-yesir. Onları qırğına verə bilmərik. Gedin, yığışın, axşam kolxoz maşınları göndərəcək.

Fəttah kişinin yığıncaqdan xəbəri yox idi. Axşam qapının döyülməsinə oyandı.

— Fəttah dayı, ay Fəttah dayı, Əminədir.

— Nə olub, qapını belə bərkdən döyürsən.

— Fəttah dayı, bu gün kənddən çıxmalıyıq, Bakıdan deyiblər, hələ iki saat var, gəlmişəm yükünü yığışdırmağa kömək eləyim.

— Bala çox sağ ol, amma mən heç yerə getmirəm.

Əminə duruxub qaldı, bir söz deyə bilmədi və evlərinə qayıtdı. Bir neçə dəqiqədən sonra ağsaqqallar gəldilər.

— Ay Fəttah kişi, gəl tök bu daşı ətəyindən, maşın gələcək, bizimlə gedəcəksən Bakıya.

— Mən getmirəm, ay Vaqif, mən dörd il nemeslə vuruşmuşam, silahım bir avtomat idi, bir də qumbara. Berlinəcən getmişəm. İndi deyirsiz ermənidənmi qaçım?

— Ay kişi, söhbət qaçmaqdan getmir. Erməninin tankı-qradı var, sənin isə heç ov tüfəngin də yoxdur.

— Mənim də çomağım var, özü də başına qurğuşun tökmüşəm.

Fəttah kişi başına qurğuşun tökdüyü çomağını fırlatmağa başladı. Ağsaqqallar gördülər ki bir şey alınmır, çevrilib getdilər. Vaqif uzaqdan bir də dönüb baxdı, sonra başını yellədi və yoluna davam etdi.

Fəttah kişi evin hasarına söykənərək kəndlilərin maşınlara dolmasını seyr edirdi. 1944-cü ildə sovet qoşunları bir polyak kəndinə çatanda orda hamı qorxusundan evlərin içinə dolub pərdələri bağlamışdı, eyni qorxu bu kəndliləri evləri tərk edib maşınlara dolmağa məcbur edirdi. Görəsən, pərdələri bağlayacaqlar yoxsa özləri ilə aparacaqlar?

Əminə Fəttah kişini sarı buğda tarlalarının rəng qatdığı ağ-qara xatirələrdən ayırdı.

— Fəttah dayı, mən sizdən bir xahiş etmək istəyirəm, amma utanıram….

— Utanma qızım, sözünü de.

— Fəttah dayı, gördünüz ki, erməni gəlir, bizim evi yandırın…

Sözü deyəndən sonra Əminə bir kanistr benzini hasarın dibinə qoydu.

— Mən istəmirəm ki, onlar bu evin kandarından içəri keçsinlər…

Fəttah kişi bir müddət Əminəyə baxandan sonra gözlərini yumub başı ilə xahişi yerinə yetirməyə razı olduğunu bildirdi.

Səmada ay görünəndə kənd artıq boş idi. Fəttah kişi arxın qırağı ilə kəndin girəcəyinə doğru addımladı.

Sovet əsgərləri ilə dolu yük maşınları kəndə girəndə onları gül-çiçəklə deyil, bağlı qapılar və pərdələnmiş pəncərələrlə qarşılamışdılar. Hərbi formalı adamlardan qorxan itlər damlarının küncünə qısılıb susmuşdular. Bəzi evlərdə yavaşca ağlayan qadınların səsləri eşidilirdi. Karvanın qabağında gedən yük maşını dayandı. Əsgər Fəttah Quliyev yük maşınından düşdü. Onunla bir maşında gəlmiş NKVD-çi ona dedi:

— Fatya, görürsən bu faşist tulaları sovet əsgərlərindən necə qorxur? Bilirlər ki, almanlarla əlbir olub törətdikləri cinayətlərə görə paylarını verəcəyik.

Əsgər Fəttah Quliyevin gözü arxın qırağındakı evin pəncərəsindən oğrun-oğrun baxan qızcığaza sataşdı. Şabalıdı saçları var idi. Əsgər Fəttah Quliyev bir anlıq düşündü ki, bu qızcığaz yəhudiləri samanlıqda yandıran kəndlilərin arasında ola bilməzdi. Görəsən onu da cəzalandıracaqlarmı?

Fəttah kişi axtardığı evi tapdı. Kanistrin ağzını açdı, benzin yarıya qədər idi. Hə, erməni gəlsə bu evi mütləq yandıracam.

NKVD-çilər kəndin ağsaqqallarını kəndxudanın evinə yığanda artıq nahar vaxtı idi. Həyətdə mətbəx quruldu. Şorba bişirdilər. Bayaqkı NKVD-çi ona dedi:

— Fatya, gör bu əclaflar necə acgözlüklə şorbaya baxırlar. Görəsən min bir əzabla öldürdükləri yəhudilərə və ruslara şorba verirdilərmi?

İstintaq çox çəkmədi. Ağsaqqallar hər şeyi inkar edirdilər. Bəli, doğrudan da samanlıqda əsirləri güllələmişdilər, amma bu alman əsgərləri idi, bizim təqsirimiz yoxdur, biz heç nə görməmişik, pərdələri bağlayıb oturmuşduq.

Əminəgilin evində pəncərələr də, pərdələr də bağlı idi. Fəttah kişi pərdələri görəndə güldü, sonra ciddiləşdi. Pərdə evin namusudur.

— Fatya, biz qərara gəldik ki, bu ituşaqlarından 10 nəfəri güllələyək. Bəlkə, güllələməyək? Bəlkə diri-diri yandıraq? Sən də şənlikdə iştirak etmək istəyirsən?

Əsgər Fəttah Quliyev soyuqqanlıqla gülümsədi. NKVD-çi artıq 2 litr qorilka vurmuşdu, kefi yaxşı idi, balaca kənddə isə əyləncə yoxdur. Qalır polisay yandırmaq.

Uzaqdan artilleriya işə düşdü. Deyəsən çox yaxında idilər. Mərmilər kəndə deyil, onun kənarındakı qəbristanlığa düşürdü. Dirilər qaçmışdı deyə, düşmən sanki qisasını ölülərdən alırdı. “Qəbristanlığı da yandırmaq lazımdı, amma bu kanistrada benzin azdı, çatmaz”.

— Fatya, sən şənlikdə iştirak etmədin, gəl bu kaftarlar üçün torpaq qazmağa kömək elə. Amma əvvəl götür bunu iç, ştrafnoyundur.

Əsgər Fəttah Quliyev stəkanı başına çəkdi, sonra beli əlinə alıb samanlığın yanında torpağı qazmağa başladı. Ara-sıra hələ yaş olan sümüklər də çıxırdı. Deyəsən, polisayların qurbanların yanında dəfn edilməsi də şənliyin bir hissəsi idi.

Sovet əsgərləri maşınlara minib kəndi tərk etdilər. Pərdələr açıldı, qapılar və pəncərələr cırıldadı. Qadın fiqurları ah-nalə çəkmir, səssizcə yığışıb uzaqlaşan maşınlara sarı baxırdılar. Kənd gözdən itsə də, kəndxudanın alovlar içində olan evi bütün gecəni Əsgər Fəttah Quliyev gözündən getmirdi.

Uzaqdan yük maşınlarının səsi eşidildi. “Vaxtdır”. Fəttah kişi kanistri açdı, evin dörd bir yanını dolandı, sonra Əminənin verdiyi açarla qapını açıb içəri girdi. Maşınlar kəndə girəndə Fəttah kişi qapını bir də açdı, ucunu alov yalayan kibritləri yerə atdı, evin dörd bir yanında alov yallı getdi. Fəttah kişi gülümsədi və qapını içəridən bağladı.

 

«Çurçxela»

Üç gün idi ki Batumidə səhərdən axşamacan yağış yağırdı. Leyla otelin pəncərəsindən küçəyə baxırdı. Piyada keçidinin yanında amerikalımı, ingilismi turistlər durmuşdular, maşınların keçməsini gözləyirdilər. Maşınlardan biri dayanıb onları buraxdı, ata turist əl hərəkəti ilə sürücüyə təşəkkür edib uşağı qucağına aldı, yanındakı qadının əlindən tutub yolu keçdi. Onlar da bu otelə tərəf gəlirdilər.

Leyla feni işə salıb saçlarını qurutmağa başladı. Feni sağa-sola oynada-oynada Bakıdakı mənzildə baş verənləri xatırladı, saçlarının kökü ağrıdı.

Balaca Cəmilə Elnurla aşağıda, otelin restoranında idi. Elnur onu Makdonaldsa aparmağa söz vermişdi. Bu elə uzaq deyildi. Oteldən Makdonaldsa taksi ilə 5 dəqiqə olardı ya olmazdı.

Leyla telefonu açdı. Nömrəni seçdi, zəng etdi, sonra fikrindən daşındı, sonra yenə açdı, yenə zəng etdi.

  • Leyla, qızım, necəsən? Hər şey yaxşıdırmı? Niyə üç gündü zəng etmirsən?
  • Hər şey yaxşıdır, anacan, bir bu yağış olmasaydı. Biz gələndən yağır, oteldən bayıra çıxmağa imkan vermir. Dənizə də gedə bilməmişəm. Siz necəsiz?

  • Mən sənə neçə vaxtdır zəng edirəm, telefon bağlıdır. Atan çox narahatdır.

  • Hə, rominq açdırmamışdım, anacan, burda nömrə aldım.

  • Elnur necədir? Atan deyir ki, nahaq onunla Batumiyə getdi, gərək bir az gözləyəydi.

  • Yaxşıdır, daha mənə acıqlanmır. Biz heç Bakıda baş verənlər barədə danışmamışıq. Hər gün Cəmilə ilə harasa gedir. Cəmilə yağışı sevir. Mənim isə zəhləm gedir.

  • Atan deyir ki, Nurlanla danışıb, müalicəsini biz ödəyəcəyik, o da polisə şikayət etməyəcək. Gözləməzdik Elnurdan, o axı elə mədəni və anlayışlı biri idi. Nə oldu ona?
  • Anacan, narahat olma, Elnur elə həmənkidir, sadəcə işdə ixtisara düşəndən bir az narahatdır, karıxıb.

  • Leyla, bəlkə mən onunla danışım? Axı heç nə dəyişməyib. Bəyəm sən onu daha sevmirsən? Bəyəm ona qısqanclıq üçün səbəb vermisən?

  • Yox, anacan, mən heç nə etməmişəm. Sevirəm, əlbəttə ki sevirəm. O da məni sevir. Sən hələ görsən Cəmiləni necə istəyir, elə bil öz qızıdır.

  • Elə bil öz qızıdır. Gördüm elə. Ona görə qızın atasını o vəziyyətə salıb?

  • Anacan, olan olub. Elnurun günahı yoxdur. Gərək Nurlan gəlməzdən əvvəl həmişəki kimi zəng edərdi. Zəngsiz gəlmişdi…

  • Sən də elə həmişə ərinin tərəfini tutursan. Zəngsiz gəlib, gərək döyüb öldürəsən? O axı Cəmilənin atasıdır. Elnur səninlə evlənəndə bilmirdi ki, atanın qızı ilə görüş qrafiki var?

  • Bilirdi, əlbəttə ki, bilirdi…Anacan, təsəvvür elə, biz qalan otel Batuminin ən hündür otelidir. Şəhər çox dəyişib, yadındadır, 2004-cü ildə gəlməyimiz? O vaxtdan bəri şəhər elə dəyişib ki, görsən tanımazsan. Hətta Romadakı Kolizeyə bənzər otel də tikiblər. Bəlkə gələn il siz də gələsiniz? Bu il özüm istəmədim, o hadisədən sonra istəyirəm ki bir az Bakıdan uzaq olaq, bizi tanıyanlardan uzaq olaq. Amma gələn il bir yerdə gələrik.

  • Yaxşı, qızım. Hərdən zəng elə, çox narahatıq.

  • Leyla telefonu masanın üzərinə qoydu, qabdan çurçxela götürdü, onu ortadan qırıb bir hissəsini geri qoydu, digər hissəsini isə yeməyə başladı.

    Elnur Cəmilə ilə otelin restoranında oturub çay içir, yağışın səngiməsini gözləyirdi. Burada olduğu müddət ərzində dostlaşdıqları inzibatçı Nana onlara yaxınlaşdı, Cəmiləyə konfet uzadıb rusca dedi:

    • Bakılı qız, adam da çayı heç konfetsiz içər?
  • Mənim konfetim yuxayıda qayıb e.

  • Nə konfetidir elə?

  • Çuuuçxeladı.

  • Elnur gülümsündü:

    • Nana xanım, dünəndən almışam çurçxelanı, qalıb orda. Bəlkə sizdə bıçaq olar, nömrədə yoxdur. Gedim doğrayım gətirim verim yesin.
  • Əlbəttə ki var.

  • Nana mətbəxə keçdi, çörək doğramaq üçün istifadə edilən bıçağı gətirdi. Elnur təşəkkür etdi:

    • Nana xanım, qızı day aparmayım da, muğayat olarsız? İndi gəlirəm.
  • Əlbəttə, biz axı bu qızla artıq dostuq – Nana Cəmiləyə göz vurdu.

  • Elnur liftə mindi. 10-cu mərtəbəyə çatdı. Öz açarı ilə qapını açdı və nömrəyə daxil oldu. Leyla yataqda uzanmışdı. Elnur qabdakı çurçxelanın birini götürdü, onu doğradı, iki tikəni salfetkaya bükdü. Leylanın yanında uzandı. Düşündü ki, gərək Cəmiləni gətirməyəydilər. Səhərdən axşamacan yağan yağış onları barışdırardı. Leyla gözlərini açıb onu qucaqlayan Elnura baxdı, gözlərini yenidən yumdu. Elnur yataqdan durdu, salfetkaya bükülmüş çurçxelanı götürdü. Sonra nə düşündüsə onu yenidən masaya qoydu. Bıçağı götürdü və Leylaya zərbələr endirməyə başladı.

    Avqust 2017-ci il

    Bağban

    Gülşənin prototipi mövcuddur və bu hekayə ona həsr edilir

     

    Hekayə yazılarkən Florensiya barədə təəssüratlarını bölüşdükləri üçün müəllif Cəmilə Rüstəmzadəyə, Ülkər Rzalıya, Lalə Rəhmanovaya və Samirə Yusifovaya təşəkkür edir.

     

    Bal ayını Florensiyada keçirmək ideyası qəfildən yarandı. Biz İstanbulu, Londonu və Maldiv adalarını müzakirə edirdik. Mən bu variantları ona görə təklif etdim ki, tanıdığım cütlüklər ən çox bu istiqamətləri seçirdilər. Ancaq Gülşən etiraz etdi, dedi ki, elə bir yerə getməliyik ki, orada şəhər bizim diqqətimizi çox dağıtmasın və biz özümüzə daha çox vaxt sərf edək. Mən də dedim ki, mən Riçard Yeytsin hekayəsinin bir qəhrəmanı kimi, sakitlik axtarışındayam. Ona görə də, bu ideyanı bəyəndim. Həm də, mənim Gülşənin saçlarını sığallamaqdan xoşum gəlirdi, əgər İstanbul və ya Londona getsəydik, muzeylərə və şoppinqə sərf etdiyimiz vaxt hədər yerə itirilmiş sayılacaqdı.

    Onda mən Gülşənə dedim:

    —          Nigahdan sonra ilk dövrün əhəmiyyəti böyükdür. Biz-birimizə möhkəm yapışmaq üçün yapışqanın rahat sürtüldüyü yerləri tapmalıyıq. Elə hisslər, arzular və fikirlər var ki, onlar ancaq nigahdan sonra açılır və söylənilir. Biz bunların hamısını tədqiq etməli və öyrənməliyik. Məsələn, sənin uşaqlıqdan arzuladığın bir şey varmı? Yəni bu elə bir şey olmalıdır ki, onu hələ mənə söyləməmisən.

    —          Fərid, arzular çoxdur, bəlkə tələsməyək?

    —          Yox, yolun əvvəlində bir-iki arzu həyata keçməlidir. Bu sadə psixologiyadır, bu bizim bir-birimizə olan hisslərimizi gücləndirəcəkdir.

    —          Mən uşaq vaxtından Toskana günəşini görmək istəyirəm. Bizə onu elə təqdim edirlər ki, sanki o günəş bizim günəşdən deyil. Bir də… söz ver ki, gülməyəcəksən.

    Söz versəm də, başa düşdüm ki, bu həqiqətən də nəsə gülməli bir şey olacaq. Çünki bu vaxtacan Gülşən məndən belə xahiş etməmişdi.

    —          Mən heç vaxt əsl qəhvə içməmişəm. Biz elə yerə getməliyik ki, orada əsl qəhvə dəmləməyi bacarsınlar.

    Nədənsə, bu arzu mənə heç gülməli gəlmədi. Biz “sakitlik”, “Toskana günəşi” və “qəhvə” sözlərini internetdə axtarışa verdik. Hər 10 nəticədən 5-i Florensiyaya aid idi…

    Toskana günəşi barədə bir şey söyləyə bilmərəm, amma günəş özü-özlüyündə mənim üçün doğma bir anlayışdır. Mən Gülşəni Şəms adlandırıram. Onu belə adlandırmağım qəlbini ələ almaq və ya yaltaqlıq üçün edilmir, o doğrudan da mənə günəşi xatırladır. Gülşən ağbəniz, bir qədər sarışın və çox incə səsli bir xanımdır. Günəşə baxanda adamın gözləri qamaşan kimi, mən də Gülşənə baxanda özümü itirirdim. Ən azı tanışlığımızın ilk 2-3 ayı belə idi. Gülşən həm də çox istiqanlı və mehriban idi. Ərəb əlifbasındakı şəms hərfləritək. Hələ məktəbdə oxuyarkən, ərəb dili müəllimimiz danışmışdı ki, ərəb əlifbasında hərflər “Əl” müəyyənlik artiklindəki “Lyam” hərfi ilə yazılanda bitişik və ya ayrı oxunmasına görə, günəş və ya ay hərflərinə bölünürlər. Ərəb dilində günəş sözü “əl-şəms” kimi yazılıb “əş-şəms” kimi oxunduğuna görə, belə hərfləri günəş hərfləri adlandırırlar. Yəni “ş” hərfi “l” hərfi ilə qovuşarkən şəkər suda həll olan kimi  “l” hərfi də “ş” hərfində tam həll olur. O söyləmişdi ki, günəş adamları da elədir. Sən onlara baxdıqda onların aurasında özünü əriyib həll olmuş kimi hiss edirsən, lap o “əl” artiklindəki “lyam” hərfi kimi. Əksinə, ay hərfləri “lyam”la qovuşmur və özlərini “itirmirlər”, “ay” mənasını verən “əl-qəmər” sözü elə yazıldığı kimi “əl-qəmər” də oxunur. Ay adamları da belə soyuqqanlı olurlar, sən onlara baxanda ayın soyuq işığından başqa heç nə hiss etmirsən.

    Mənim günəş adamlarından xoşum gəlir. Mən günəş adamı olan xanımın yanında özümü sakitlikdə hiss edirəm. Bədənimə xoş bir isti yayılır. Əgər qışın soyuq çağında qlintveyn içmisizsə, məni başa düşərsiz. Bir sözlə, Gülşənin yanında elə isti idi ki, mən yavaş-yavaş qış fəslini sevmədiyimi də unudurdum.

    Mənim Gülşənin taraz xarakterindən çox xoşum gəlirdi. O insanların xətrinə dəyməkdən qaçırdı. Məndən 9 yaş kiçik olsa da, öz uşaqsayağı müdrikliyi və səmimiliyi ilə məni özünə bənd etmişdi. Mən buna ovsun deyərdim, amma bu sevgi idi.

    Biz demək olar ki, heç vaxt mübahisə etmirdik. Mən heç vaxt səsimin tonunu qaldırmırdım. Heç bir tabeçilik münasibəti yox idi. Məndən nə isə istəyəndə və ya nəyəsə icazə almaq istəyəndə sadəcə oğrun-oğrun mənə baxıb təxmini reaksiyamı müəyyən edəndən sonra bunu söyləyərdi. Məgər uşaqlar belə etmirmi?

    Biz cəmiyyət içində olanda Gülşənin demək olar ki, səsi çıxmazdı. Həmişə mənə sığınıb sanki mənim bütün dediklərimlə razı olduğunu bildirirdi. Əgər dostlarımdan və ya rəfiqələrimdən kimsə onun xoşuna gəlməsə idi, bunu mənə birbaşa söyləməzdi, hansısa əsərdən, kinodan və ya situasiyadan misal çəkib həmin misalda hansısa personajı tənqid edirdi və mən də başa düşürdüm ki, əslində söhbət kimdən gedir.

    Əlbəttə, belə bir xanımı əldən verməyim axmaqlıq olardı. Düzdür, böyük yaş fərqi məni çox ciddi narahet edirdi. Mən 4-5 ayı ancaq bu barədə düşünməyə sərf etmişdim. Amma son nəticədə, mənim ona olan hisslərim bütün düşüncələrə qalib gəldi.

    Mən bütün bunları düşünüb sizin üçün noutbukda yazana kimi Bakı-Milan reysi ilə uçan təyyarəmiz Milanda yerə endi. Biz vaxt itirmədən dəmiryolu vağzalına getdik və qatara mindik.

    Qatarda mənimlə üzbəüz oturmuş qadına baxırdım. O sağa tərəf əyilərək gözlərini yummuşdu. Buludların arxasında gizlənən Toskana günəşinin seyrək şüaları onun günəş rəngində saçlarını və bənizini işıqlandırırdı. O anda qadının başı mənə Botiçellinin “Veneranın doğulması” rəsmindəki Veneranın başını xatırladırdı. Fərq onda idi ki, qadının gözləri yumulu idi. Mən mütəəssir olmuşdum və özümü sanki hansısa dahi rəsmə baxırmış kimi hiss edirdim.

    Qadınlar həmişə kiminsə onlara baxdığını hiss edirlər və dərin yuxuda olsalar belə, kimin baxdığını bilmək üçün mütləq ayılırlar. Gülşən gözlərini açdı. Gülümsündü və söylədi:

    —          Biz artıq 4 ildir ki, bir yerdəyik, amma sən hələ də tanışlığımızın ilk günündə mənə baxan kimi baxırsan. Elə bil pişik balasına baxırsan. Sən həmişə belə baxacaqsan?

    Mən bir qədər özümü itirsəm də “Əlbəttə!” dedim və gülümsündüm.

    Otelə çatdıq. Gülşən 3 saat istirahət üçün vaxt istədi. Mən isə ona mane olmamaq üçün oteli tərk etdim və küçələri dolaşmağa başladım.

    Şəhərin günəşli Toskanaya adi olması sarı-qəhvəyi rənglərə qərq olmuş binalardan bilinir. Daha bir diqqəti cəlb edən cəhət isə səkilərin darlığı idi. Onların dar olmasının səbəbləri barədə düşünərkən Makiavellinin yazdıqları yadıma düşdü: qədim Fyezole koloniyasının sakinləri dağda yaşayırdılar, ticarət zəif gedirdi və onlar düşündülər ki, əgər dağdan enib düzənlikdə, dağın ətəyi ilə Arno çayının arasında məskən salsalar işlər daha rahat gedər. Romalılar artıq karfagenliləri məğlub etmişdilər, müharibə təhlükəsi yox idi və beləliklə tacirlərin arzusu ilə yeni şəhər salındı. Tacir tayfası xəsis olar, onları daha çox öz evləri maraqlandırır, küçələrlə isə qoy magistrat məşğul olsun. Ona görə də, səkilər belə dardır. Tacirlər həm də atla, arabayla, faytonla hərəkət edirlər, ona görə də, küçənin əsas hissəsi arabalar üçün nəzərdə tutulurdu.

    Dar səkiləri ağlımdan çıxarıb şəhərin iyini hiss etməyə çalışdım. Əgər İstanbul hərəmxana gözəlinin, Moskva şaxta və laqeydlik, Venesiya isə çürümüş daş, kanalizasiya və balıq iyi verirsə, Florensiya haqqında isə söyləmək olar ki, bu şəhər qəhvə, at təzəyi və Renessans iyi verir.  Florensiya mənə dərisi qırış-qırış olsa da, ruhən cavan qalmış qadını xatırladır. Təsəvvür edin ki, şəhərin küçələrindən biri ilə zövqlə geyinmiş xoş ətir saçan qoca bir qadın gedir, onun bədəni kiçilsə, sifəti qırışlar içində olsa da, sən hiss edirsən ki, mirvari və qızılla bəzədilmiş bu qoca aristokrat xanımın daxilində gənc bir ruh yaşayır.

    Saata baxdım, Gülşəni oteldə qoyub getməyimdən 2 saat keçmişdi. Otelə qayıtdım.

    Nömrəyə girəndə Gülşənin əlləri ilə başını tutmuşdu. Deyəsən ağlayırdı. Məni görən kimi burnunu çəkdi, göz yaşlarını silib dedi:

    —          Fərid, sən məni niyə burada tək qoyub getmisən? Telefonu niyə götürmürsən? Düz 17 dəfə zəng etmişəm!

    Telefonuma baxdım. Gülşən haqlı idi.

    —          Gülşən, sən yorulmuşdun. Düşündüm ki, bir az yatsan pis olmaz. Mən də səs edib mane olmamaq üçün nömrədən çıxmışdım. Əvvəl aşağıda, lobbidə çay içdim, sonra isə ətraf küçələri gəzib dolaşmağa başladım. Burada bütün küçələrdən qəhvə ətri gəlir. Əsl qəhvənin ətri. Sən istəyən kimi. Bağışla məni, telefonun səsini aldığımdan zəngləri eşitməmişəm.

    Gülşən əlləri ilə sifətinə yapışıb qalan göz yaşı damlalarını silib dedi:

    —          Fərid, mən yuxumu qarışdırmışam. Yuxuda görmüşəm ki, biz səninlə Riminidəyik. Yox, bəlkə də bu Rimini deyildi, sadəcə mən Fellinini də orda görmüşdüm deyə düşünürəm ki, bu Rimini idi. Biz çimərlikdə uzanmışıq, günəşə baxırıq. Birdən dənizin dalğaları bizi əhatəsinə alır. İnsanlar yoxa çıxır. Sən də yoxa çıxırsan. Mən tək qalıram, qaçıb bir hündür yerə dırmaşıram. Ancaq nə fayda, bir an sonra artıq hər yer sudur. Mən suyun üzərində heysiz halda uzanmışam və su məni harasa aparır. Mən boğulmuram, üzmürəm, sadəcə suyun üstündə uzanmışam. Mən batmıram, amma içimdə izahedilməz bir təhlükə hissi var. Ən dəhşətlisi isə odur ki, orada heç kim yox idi. Sən də yox idin.

    Gülşəni qucaqladım, çarpayıya əyləşdim, saçlarını sığallaya-sığallaya dedim:

    —          Gülşən, bu sadəcə yuxudur. Mən orda idim, sadəcə sən məni görmürdün. Mən orda olduğum üçün də, sən batmırdın. Başa düşdün? İndi isə get əl-üzünü yu, biz şəhərə çıxacağıq. Biz fənər bayramı keçirilən vaxta düşmüşük. Gedək baxaq.

    Yarım saatdan sonra biz fənər bayramına (Festa della Rificolona) qatılmaq üçün Santa Kroçe kilsəsinə yaxınlaşdıq.

    Hər il sentyabrın 6-sı və 7-si florensiyalılar ucunda kağız fənərlərin bərkidildiyi çubuqlarla şəhəri gəzirlər. Bu fənərlər müxtəlif formada hazırlanır və müxtəlif obrazları canlandıra bilər. Bu bayramın necə yaranmasını dəqiq bilən yoxdur, amma əfsanəyə görə, XVI əsrdə şəhərdə keçirilən yarmarkaya tez çatıb yaxşı yer tutmaq üçün ətraf kəndlərin sakinləri gecədən yola düşürdülər və əllərində tutduqları şamla yollarını işıqlandırırdılar. Florensiyalılar kəndlilərə bir qədər həqarətlər yanaşırdılar və onları ələ salmaq üçün onları təqlid eləməyə başlayırlar. Florensiyalılar hesab edirdilər ki, yarmarkaya gələn kəndli qadınlar sadə olmaq əvəzinə lazım olandan çox dəbdəbəli geyinirlər və o vaxtdan belə geyinmiş qadınları şəhərdə “fənər” adlandırırlar.

    Başqa əfsanəyə görə isə, 2 avqust 1555-ci ildə Siena üzərində qələbə qazandıqdan sonra Florensiyaya qayıdan əsgərlər nizələrinin ucuna kağız fənərlər asmaqla öz qələbələrini qeyd edirmişlər.

    Biz kilsənin qarşısındakı meydana yaxınlaşanda bayram artıq başlamışdı. Küçədən baxanda meydan çoxlu işıldaböcəyin yığışdığı talanı xatırladırdı. Hər yer işıq idi. Elə işıqlı idi ki, yerə iynə düşsəydi, onu rahat tapa bilərdin. Yürüşçülərə qoşulduq. 500 metr gedəndən sonra Gülşən yorulduğunu dedi. Biz kütlədən ayrılıb yaxınlıqdakı dar küçələrin birində yerləşən qəhvəxanaya girdik.

    Bura çox kiçik bir yer idi. Sanki hansısa evin bir otağı kimi bir yer idi. Otaqda kamin var idi, sanki bununla qışda qonaqları qəbul etməyə tam hazır olduqlarını bildirirdilər. Otaqda kaminin olması mənim bu yeri dərhal sevməyimə səbəb oldu. Qəhvəxanada cəmi 4 ədəd dəmir stol var idi. Stollar çox gözəl idilər, hiss edilirdi ki, ən azı 200 yaşları var və dəmirçi onları hazırlamağa ömrünün yarısını həsr edib. Biz kaminə ən yaxın olan stolun arxasında əyləşdik. Bizdən başqa orada heç kim yox idi.

    Beş dəqiqədən sonra 45-50 yaşlarında bir qadın bizə yaxınlaşdı. Qadın çox qapalı bir paltar geyinmişdi. Gülşənin sifətinə baxan kimi başa düşdüm ki, onun rahibə olmasını düşündü. Payız təzə girmişdi və yay hələ Florensiyanın canından çıxmamışdı. Amma bu qadın uzunqol don geyinmişdi. Don qara rəngdə idi və ayaqqabısınadək uzanırdı. Başı da bağlı idi. O bizə yaxınlaşdı və nəzakətlə italyanca nəsə soruşdu, mən “non parlo italiano” deyəndən sonra ingilis dilinə keçdi:

    —          Siz artıq nə sifariş etmək istədiyinizi qərarlaşdırmısınızmı?

    —          Bəli, mənə espresso, xanıma isə kapuçino, zəhmət olmasa.

    “Rahibə xanım” sifarişi götürdü və uzaqlaşdı. Bizim sifarişimizi gətirəndə, onun gözü mənim futbolkamdakı “Eurovision 2012” yazısına sataşdı. Gülümsündü və dedi:

    —          Üzr istəyirəm, siz haralısız? Bura çoxlu turist gəlir, amma mən heç də həmişə soruşmuram. İstəsəz cavab verməyə bilərsiz.

    —          Yox, hər şey qaydasındadır. Biz Azərbaycandanıq.

    —          Elə də düşündüm. Mən, düzü Azərbaycan haqqında heç vaxt eşitməmişdim, ancaq siz Eurvisionda qalib gəldikdən sonra qızımdan xahiş etdim ki, bir az internetdə qurdalansın. O da dedi ki, bu ölkə Rusiya ilə İranın arasında yerləşir, bizə neft satır və orada da insanların mentaliteti bizimkinə çox yaxındır. O hansısa forumda oxuyub ki, Azərbaycanda çox ehtiraslı və qısqanc kişilər yaşayır. Görürsüz, internet necə faydalı bir şeydir, çox heyf ki, mən kompüterdə işləməyi bacarmıram, qızım da öyrətməyə tənbəllik edir.

    Bir anlıq azərbaycanlı olduğumla fəxr etdim, daha sonra “rahibə xanım”ı bizim stolun arxasında oturmağa dəvət etdim:

    —          Gəlin bizimlə oturun, onsuz da bu gün başqa müştərilər yoxdur. Bütün turistlər indi fənər bayramındadılar.

    Bir qədər tərəddüd etdikdən sonra o stulu çəkib oturdu:

    —          Mənim adım Mariyadır. Gördüyünüz bu yer artıq 400 ildən artıqdır ki, bizim nəslimizə məxsusdur. Bizim qadınlar həmişə yaxşı qəhvə dəmlədikləri üçün, biz kafe deyil, məhz qəhvəxana açmağa qərar verdik.

    —          Çox gözəl yerdir. Biz buranı çox bəyənirik.

    Gülşən mənim qulağıma pıçıldadı ki, o çox yorulub və buna görə də, sadəcə bizi dinləyəcəkdir. Mariya başı ilə Gülşənə işarə edib dedi:

    —          Sevgiliniz çox gözəldir.

    —          Çox sağ olun, ancaq o artıq mənim qanuni arvadımdır.

    —          Eləmi? Ancaq siz heç ər-arvada oxşamırsınız.

    —          Ola bilər, biz ilk dəfədir ki, bütün günü bir yerdəyik.

    —          Hə, amma günün bitməsinə hələ var, çalışın onu itirməyin.

    —          Əlbəttə, amma o mənim ayaqlarımı qandallayıb, heç yerə qaçan deyiləm.

    Bir qədər kobud zarafat olsa da, Gülşənin gülümsəməsi məni bir qədər sakitləşdirdi. Mariya sözünə davam etdi:

    —          Hə, xanım tamamilə düzgün edib. Kişilər çox məsuliyyətsiz olurlar. Siz yəqin ki oxumusuz ki, Florensiya şəhəri daim “barıt çəlləyi” olub. Yüz illərlə bizim kişilərimiz bir-birləri ilə intriqalar aparıblar, vətəndaş müharibələri daim şəhəri silkələyib, hətta Mediçilər kimi qüdrətli nəslin nümayəndəsi də xəyanətcəsinə qətldən canını qurtara bilməyib.

    —          Bəli, eşitmişəm. Qvelflər və qibellinlərin mübarizəsi Florensiya tarixinin əsas epizodlarından biridir. Mən Makiavellinin “Florensiya tarixi”ni oxumuşam.

    —          Eləmi? Siz çox ağıllı və savadlı birisinə bənzəyirsiz. Azərbaycandan kiminsə bu kitabı oxuması məni çox təəccübləndirdi. Elə isə, siz yəqin ki, bu bölgünün haradan başladığını da bilirsiz.

    —          Buondelmonti və Amidei ailələri arasında düşmənçiliyi nəzərdə tutursuzmu? Bəli, oxumuşam, amma çoxdan oxumuşam deyə detallar yadımda deyil. Danışsaz çox şad olaram.

    —          Hə. Deməli, bu hadisə çox-çox əsrlər bundan qabaq baş verib. O zamanlar Florensiyada dörd güclü və tanınmış nəsil yaşayırdı. Ən güclüləri Buondelmonte və Uberti nəsilləri idi, onlardan bir az geridə isə Amidei və Donati ailələri qərar tutmuşdu. Donati nəslindən bir xanımın çox gözəl bir qızı var idi. O əsl dünyalar gözəli idi. Anası onu Buondelmonti evinin gənc messirinə ərə vermək üçün hazırlayırdı. Lakin bu barədə heç kimə heç nə deməmişdi. Düşünürdü ki, qızı elə gözəl idi ki, özləri onun dalınca gələcəklər. Lakin günlərin bir günü xəbər yayıldı ki, gənc messir Amidei nəslindən bir qızla nişanlanıb. Ana başa düşdü ki, səhvə yol verib, gərək başdan işini dəqiq tutardı. Lakin o ruhdan düşmədi, düşündü ki, messir onun qızını görsə, fikrini dəyişəcək, Amidei ilə nişanı pozacaq. Bir dəfə messir onun evinin yanından keçirdi. Ana tez qızını götürüb onun qabağına çıxdı və dedi: “Mən çox sevinirəm ki, siz evlənirsiniz, amma mən də öz qızımı sizin üçün hazırlamışdım”. Messir gənc qıza baxdı. O çox gözəl idi. Messir düşündü ki, var-dövləti və əsil-nəcabətinə görə Donati ailəsi Amideilərdən heç də geri qalmır, o fikrini dəyişdi və nişanı pozdu. Bu xəbər şəhəri qarışdırdı. Amideilər özlərini təhqir edilmiş saydılar və onlarla qohumluqda olan Ubertilərin köməyilə bu təhqirə cavab vermək üçün sui-qəsd hazırladılar. Qisas alındı. Messiri öldürdülər. O zamandan bəri yüz illər boyu bu şəhərin sülh içində yaşadığı dövr, demək olar ki, olmayıb. Bir kişinin məsuliyyətsizliyi bütün tarixi dəyişdi.

    —          Kədərli hekayədir.

    Gülşən əsnədi, başa düşdüm ki, getmək vaxtıdır. Hesabı verdim və üzrxahlıq etdim:

    —          Biz buranı çox bəyəndik, amma yorulmuşuq, yatmaq istəyirik. Biz sabah bura mütləq gələcəyik.

    Bu əsəbi və yorğun gün biz oteldəki nömrəmizə girən kimi başa çatdı.

    Səhər gözlərimi açanda Gülşənin mənə baxıb güldüyünü gördüm. Deməli, buludlar dağılmışdı, günəş yenidən parlayırdı! Biz səhər yeməyi yemək üçün aşağı düşdük.

    —          Fərid, məni dünən yuxu lap heydən salmışdı. Mən sənin xətrinə dəymək istəmirdim.

    —          Yox, nə xətrinə dəyməsi, sən lap müqəddəs birisən. Mən ömrümdə heç vaxt belə müdrik və anlayışlı qadın görməmişəm və tanımamışam.

    —          Bəsdir məni təriflədin, mən hələ də buna öyrəşə bilmirəm.

    —          Mən yaltaqlanmıram, olanı deyirəm.

    Biz Müqəddəs Xaç kilsəsinə baxmaq və Ponte Vekkio körpüsünü ziyarət etmək üçün oteli tərk etdik. Basilika di Santa Kroce və ya Müqəddəs Xaç kilsəsi ən böyük fransiskan kilsəsi sayılır və qotik stildə tikilmişdir. Bu kilsə Cottonun freskalarına görə çox məşhurdur. Burada Mikelancelo, Makiavelli, Qaliley və Rossini kimi dahi italyanların qəbirləri yerləşir.

    Kilsə məndə təzadlı təəssüratlar yaratdı. İlk baxışdan, onun bəmbəyaz olduğunu düşünürsən, ancaq kilsəyə baxdığın anda səmadan keçən buludlara gözün sataşsa, onun heç də bəyaz rəngdə olmadığını başa düşürsən. Mən bu kilsənin fasadına düz 10 dəqiqə tamaşa etdikdən sonra onun bəyaz örtüyündə hansısa yaşıl  çalarların olmasını hiss etməyə başladım. Bunu heç cür izah edə bilmirəm, bu sanki 25-ci kadr effektini təkrarlayır.

    Kilsənin yuxarısındakı mavi rəngli David ulduzu isə çaşdırıcı təsir göstərir. Əfsanəyə görə, kilsənin arxitektoru bununla öz milliyyətinə işarə vurmuşdu.

    Elə bu anda Gülşən yaranmış sükutu pozdu:

    —          Fərid, orada, kilsənin qırağında qoca saqqallı bir kişi var, görürsən? O orada yerdə çömbəlib və göyərçinlərlə danışır.

    —          Gülşən, Assizli Fransisk çoxdan ölüb və mən orada heç kimi görmürəm, sən sadəcə yorulmusan.

    Gülşən əlimi dartdı. Deyəsən mənim inamsızlığım onun xoşuna gəlmədi. Biz isə məşhur Ponte Vekkio körpüsünə tərəf getdik. Ora gedib çatanadək, Gülşəni ilk görərkən keçirdiyim hislərdən danışmağa başladım. Əlini öpdüm. Sifətinin qızarması və oğrun təbəssümü “mən sənin günahından keçdim” demək idi.

    Ponte Vekkio körpüsünə çatdıq. Zərgərlərin dükanlarını gəzirdik. Dükanların birindən çıxanda Gülşən həyəcanla mənə dedi:

    —          Fərid, sən orda körpünü partlatmaq üçün onu minalayan alman əsgərlərini görürsənmi?

    —          Yox, əzizim orada ancaq iki turist var və onlar körpüdən çaya baxırlar.

    —          Fərid, mənim başım fırlanır, gəl burdan gedək.

    Mən Gülşənin üzündən öpdüm və biz ordan uzaqlaşdıq. Biz yenə əyri-üyrü küçələrdə gəzməyə başladıq. Mən dünən girdiyimiz qəhvəxananı tapmağa çalışırdım. Florensiyanın dar küçələrində özünü Knossda dolaşan afinalı kimi hiss edirsən, amma mənim Günəş ilahəm, mənim Ariadnam yanımda idi və əlimdən tutmuşdu. Səhv üçün bir şans belə yox idi. Bir saatlıq axtarışlar öz nəticəsini verdi.

    Biz qəhvəxanaya daxil olanda yenə orda müştərilər yox idi. Mariya stolların birinin arxasında oturub jurnal oxuyurdu. Bizi görən kimi ayağa qalxdı, bizə doğru yaxınlaşdı və gülərək dedi:

    —          Hə, Florensiya belədir, harada fırlanırsan fırlan, axırda gəlib bu qəhvəxanaya çıxacaqsan.

    Biz ona dedik ki, ondan bir xahişimiz olacaq, əgər mümkünsə bizə kömək etsin. Daha sonra Gülşən təşəbbüsü ələ aldı:

    —          Mariya xanım, biz bu gün şəhəri gəzirdik, mən əvvəlcə quşlarla danışan qoca kişi gördüm, sonra isə körpünü minalayan almanları. Amma Fərid deyir ki, məndən başqa heç kəs onları görmür.

    —          Qızım, ümid edirəm, sənə “qızım” deyə müraciət etməyim nəzakətsizlik kimi görünməyəcək, belə şeylər Florensiyanın qonaqları ilə tez-tez baş verir. Xüsusilə də sizin kimi həssas və incə xanımlarla. Siz yəqin ki, həm də pis yuxular görürsünüz?

    —          Bəli.

    —          O ki qaldı gözünüzə görünənlərə, narahat olmayın, dəli olmamısınız. Buna Stendal sindromu deyirlər. 1817-ci ildə Stendal Florensiyaya gələndə eyni hissləri keçirmişdi. O yazırdı ki, Müqəddəs Xaç Kilsəsindən çıxanda onun ürəyi tez-tez döyünməyə başladı, o güclə ayaq üstə dururdu, quruyub qalmışdı və az qala yıxılacağından qorxurdu. Amma onu deyim ki, sizin gözünüzə görünənlər həm də ondan xəbər verir ki, siz Florensiya haqqında çox oxumuşunuz. Hər turist Assizli Fransiskin heyvanlarla danışa bildiyini və almanların müharibə vaxtı geri çəkilərkən Ponte Vekkionu partlatmaq istədiyini bilmir. Siz nəinki çox həssas və incə təbiətli birisiniz, siz həm də, yeniliyə can atırsınız və hər şeyi bilmək istəyirsiniz. Şəhərə belə ciddi məftun olmayın. Florensiyaya adi bir şəhər kimi baxın.

    —          Mariya xanım, əgər mən bu şəhərə adi şəhər kimi baxsam bütün bu narahatlıqlar sona çatacaqmı?

    —          Bəli, qızım

    —          Çox sağ olun.

    —          Buyurun, bir şey içmək istəyrisinizmi? Bu gün hava soyuqdur.

    Biz iki espresso sifariş verdik. Sifarişimiz gələnədək Gülşənlə kiçik mübahisəmiz oldu. Gülşən Mariyanın niyə rahibə kimi geyindiyini ondan soruşmaq istəyirdi. Mən isə bunun nəzakətsizlik kimi qəbul edilə biləcəyini söylədim. Ancaq mənim “qəlbimin qəlbi”[1] söz verdi ki, çox nəzakətli olacaqdır. 10 dəqiqədən sonra Mariya sifarişlərimizi gətirdi. Biz yenə ondan bizimlə oturmasını xahiş etdik. Mariya stulu çəkib əyləşdi. Gülşən onunla ünsiyyəti davam etdirməyə çalışdı:

    —          Mariya xanım, siz mənə qızım dediz, bu mənə çox xoş idi. Məni neçə gündür bir məsələ narahat edir, amma mən bunu sizdən soruşmağa utanıram…

    —          Qızım, nə istəsən soruşa bilərsən.

    —          Amma bu nəzakətsizlik kimi qəbul edilə bilər.

    Mariya bir qədər duruxdu. Bir neçə saniyədən sonra o üzündəki təbəssümü bərpa edib cavab verdi:

    —          Olmaya mənim niyə belə geyindiyimi soruşmaq istəyirsən?

    —          Bu nəzakətsizlik deyil ki?

    —          Əlbəttə ki, yox. Mən sizə bunun səbəbini izah edərdim, amma siz mənə inanmayacaqsız.

    Bu anda mən söhbətə müdaxilə etdim:

    —          Mariya xanım, mən özüm yazıçı olmaq istəyirəm və bilirəm ki, həyatda bəzən elə həqiqi hekayələr olur ki, mənim kimilərin uydurduqları hekayələr onların yanında ucuz söz yığınıdır.

    Mariya güldü, qapıya sarı getdi, qapını içəridən bağladı, pərdələri açdı, daha sonra bizə doğru qayıtdı və başını örtən yaylığı açdı. Həmin anda bütün qəhvəxananı çəmənlikdə bitən tər otların və çiçəklərin ətri bürüdü. Biz gördük ki, onun saçları yoxdur! Saç əvəzinə onun başında müxtəlif otlar və çiçəklər bitib. Mariyə bizim açıq qalmış ağızlarımıza məhəl qoymadan sözünə davam etdi:

    —          Bu hələ harasıdır, mənim əllərimdə və ayaqlarımda tük əvəzinə kiçik, lap kiçik qızılgül kolları bitir. Mən onları həftədə bir dəfə qırxıram, amma xeyri yoxdur. Ancaq onlar günəşdən qorxurlar, mən ona görə yayda yaxınlıqda yerləşən kənddəki evimizə gedirəm və orada özümü günə verirəm. Toskana günəşi onlarla mübarizədə mənim əsas müttəfiqimdir.

    Gülşən gördüyündən özünə gələ bilmədiyindən təşəbbüsü ələ keçirdim:

    —          Bu yəqin ki, nadir gen mutasiyasıdır?

    —          Yox, əsla, bu çox köhnə bir hekayədir, onun 500 yaşı var. Həmin hekayəni eşitmək istəyirsizmi?

    —          Əlbəttə.

    —          Onda qoy sizə yenə qəhvə gətirim.

    Mariya gedən kimi Gülşənin əllərini ovuşdurmağa başladım, o bir qədər özünə gəldi. Daha sonra, Mariya geri qayıtdı. O bizə iki espresso və iki tiramisu gətirmişdi. Gülə-gülə dedi:

    —          Tiramisu mənim hesabımadır, onun pulunu sizdən almayacam. O ki qaldı hekayəyə, siz sevgiyə inanırsızmı? Əgər inanmırsızsa, mən sizə heç nə danışmayacam.

    —          Əlbəttə, inanırıq, biz bir-birimizi sevirik.

    Mən cavabıma təsdiq almaq üçün Gülşənə baxdım, o gülümsündü.

    —          Bu yaxşı oldu. Siz mənim xoşuma gəlmisiz. Mən sizə bu hekayəni danışacam. Deməli, hadisələr təxminən 500 il əvvəl Praqada baş verib. Mənim ulu babam onda orda yaşayırdı. Praqa imperiyanın paytaxtı idi. Mənim ulu babam məşhur rəssam idi. Cüzeppe Arçimboldo. Bəlkə eşitmisiz, o müxtəlif otlardan və meyvələrdən ibarət insan portretləri çəkirdi. Bu o dövr üçün yenilik idi. O bilirdi ki, Leonardo da Vinçidən sonra o heç kimdir və yenilik axtarışında idi. Onda o qərara gəlir ki, əgər məzmunda yeni söz demək mümkün deyilsə, o yeni formanı kəşf edə bilər. O çox məşhur idi, imperator onun rəsmlərini görən kimi onu Praqaya öz sarayına çağırdı. Praqa gözəl şəhər idi. Siz orda olmusuzmu?

    —          Yox, hələ yox.

    —          Mütləq gedin, çox gözəl bir şəhərdir. Cüzeppe belə bir şəhərdə yaşayırdı. Onun emalatxanası Zlata küçəsində yerləşirdi, o vaxt bu küçədə falçılar və əlkimyaçılar yaşayırdı və şəhərlilər o küçəni şeytanın ərazisi sayardılar. Praqalılar Cüzeppedən qorxurdular, çünki onun meyvələrdən əmələ gələn insan sifətlərində nəsə qorxulu bir sirrin gizlədildiyini düşünürdülər. Amma o şəhərdə gəzən şayiələrə fikir vermirdi.

    —          Tamamilə doğru yanaşmadır, adamlar həmişə danışırlar. Qoy danışsınlar özləri üçün.

    —          Bəli, cavan oğlan. Günlərin bir günü səhər tezdən Cüzeppe bazara gedir. O tez-tez bazara gedirdi, yeni rəsmlər çəkmək üçün meyvələr, tərəvəzlər və otlar alırdı. Amma o gün xüsusi gün idi. Cüzeppe həmişəkindən erkən durmuşdu. O küçəyə çıxanda bütün küçəni bürümüş dumandan başqa küçədə heç kim və heç nə yox idi. Hər yer duman idi. Cüzeppe dumana məhəl qoymadan bazara gedir. O tez gəlmişdi, bazarda cəmi 5-6 kəndli var idi. O bazarın qurtaracağında əyləşmiş bir qızı görür. O çox gözəl bir kəndli qızı idi. Amma çox-çox gözəl idi. Lap Gülşən kimi. Qızın qarşısında yeşiklərdə meyvələr var idi. O çox gözəl almalar gətirmişdi, başında isə bənövşəyi çiçəklərdən düzəltdiyi çələng var idi. Qarşısında da belə çələnglərdən var idi. Cüzeppe onda artıq elə də gənc deyildi, yaşı 30dan çox idi. Amma o bu kəndli qızına oradaca vuruldu. Qızın bəlkə də heç 18 yaşı yox idi.

    Mariya göz yaşlarını sildi və hekayəsinə davam etdi:

    —          Cüzeppe ona vurulduğunu söyləmədi. Amma indi o hər səhər durub bazara gedər və Saranı orada axtararmış. Sara ancaq cüt günlər gəlirdi. Tək günləri isə Cüzeppe emalatxanasında günortayacan yatmaqla keçirirdi. Bütün küçə onun xəstələndiyini güman edirdi. Bu 2 ay belə davam etdi. Bir gün səhər Cüzeppe yenə erkən durdu və anladı ki o qızın portretini çəkmək istəyir. Bazara getdi. Saranı tapdı. Onunla söhbət eləməyə başladı. Məlum oldu ki, Saranın atası bağbandır, yaxınlıqdakı feodallardan biri üçün işləyir, qız isə atasının öz torpaq parçasında əkdiklərini bazarda satır. O bu kişinin yeganə övladı idi. Cüzeppe özünü təqdim etdi və xahiş etdi ki, günortadan sonra bazar bağlanan kimi onun emalatxanasına gəlsin, dedi ki, onun portretini çəkmək istəyir. Sara isə fikirləşmək üçün bir həftə vaxt istədi. Cüzeppe üçün həmin həftə çox ləng keçdi. Uzanan ərimiş mosarella pendiri kimi uzun həftə idi. Növbəti bazar ertəsi günü Sara yenidən bazarda peyda oldu və söylədi ki, razıdır. O Saranı öz emalatxanasına gətirdi, onun portretini çəkməyə başladı. Rəsmi çox sürətlə çəkirdi, Saranın üç dəfə ora gəlməsi kifayət etdi. Portret çox gözəl alınmışdı.  Saranın yanaqları qızılgüldən, dodaqları qərənfildən, gözləri peyğəmbərçiçəyindən, saçları isə qızılı kətandan idi. Bir həftə sonra Cüzeppe Saraya onu sevdiyini söylədi və evlənmə təklifi etdi. Sara bir söz deməsə də, onun ürkək təbəssümündən aydın idi ki, o razıdır. Amma işlər tərs getdi, Saranın atası qızını Cüzeppeyə vermədi. Onlar yəhudi idilər, Cüzeppe isə xristian idi, bu da azmış kimi Praqada hamı deyirdi ki, Cüzeppe ruhunu şeytana satıb ki, belə gözəl rəsmlər çəksin. Onlar daha görüşə bilmədilər, ata qızını evdən qırağa buraxmırdı, Cüzeppe isə səhərlər həmin feodalın malikanəsinə gələr və yoldanca bağbanın evinin pəncərələrinə baxardı. Bir aydan sonra Sara xəstələndi, Praqada hamı deyirdi ki, onun xəstəliyinin səbəbi Cüzeppenin onun rəsmini çəkməsidir. Kütlə Cüzeppenin emalatxanasına daxil oldu, rəssamı döydülər, portreti isə tapıb yandırdılar. Amma bunun köməyi olmadı. Dumanlı səhərlərin birində Sara vəfat etdi. Cüzeppe sındırılmışdı, gecələr bəzən ağlayırdı. Onda yarım il Praqada görünmədi, onu şəhərin kənarındakı meşələrdə gördüklərini söyləyənlər var idi. Cüzeppenin heç bir günahı yox idi, amma şəhərin yəhudi icması o dəhşətli qərarı qəbul etdi. Cüzeppenin nəslində doğulacaq qadınlara min illik lənət qoyuldu. İndi bu qadınlar saç və tük əvəzinə ot və çiçəklə doğulurlar.

    —          Ola bilməz, bundan bir çıxış yolu olmalıdır!

    —          Əlbəttə ki var, lənətin sehrini qırmaq üçün lazımdır ki, hər hansı bir kişi bizim bu xüsusiyyətimizi bilərək bizi sevsin, bizdən iyrənməsin. Onda, əgər belə bir sevgidən qız uşağı dünyaya gələrsə, o artıq başqaları kimi olacaq.

    —          Yəni 500 ildə belə kişi tapılmadı?

    —          Gördüyünüz kimi. Bizim qızları valideynləri öz qohumlarımıza ərə verir. Biz kifayət qədər varlıyıq. Amma bizi sevmirlər, sadəcə bizimlə yaşayırlar. Bizə cadugər kimi yanaşırlar, bizə inanmırlar. Bir oğlan var idi, mənə vurulmuşdu, o elə bilirdi ki, bu parikdir.

    Mariya bunu dedikdə biz hamımız gülməyə başladıq.

    O gündən sonra Gülşəni daha pis yuxular və hallüsinasiyalar təqib etmirdi. Biz məzuniyyətimizin qalan beş gününü demək olar ki, muzeylərə getmədən keçirdik. Biz indi daha çox söhbət edirdik. O hekayə isə başımızdan çıxmırdı. Biz həmin hekayənin yalan və ya doğru olduğunu bilmirdik. Amma söz verdik ki, bir-birimizi olduğu kimi qəbul edəcəyik və nə mən onu, nə də o məni “tərbiyə etməyə” çalışmayacaqdır.

    Beş il keçdi. Emailimi yoxlayanda Mariya Monakidən mail aldığımı gördüm. O bizə nadir hallarda yazardı. Kompüterdə işləməyi təzə öyrənmişdi, ildə 2-3 dəfə yazardı. Mən maili oxudum, Gülşəni çağırdım:

    —          Gülşən, yadındadır Mariya yazır ki, o gün biz oradan çıxandan sonra qəhvəxanaya bir türkiyəli turist gəlibmiş və o qədər tez-tez gəlib gedirmiş ki, axırda Mariyanın qızı Sofiyaya aşiq olub. Onlar keçən il evləniblər və Sofiya qız uşağı dünyaya gətirib. Qız normaldır və Mariya düşünür ki, biz ora gəlib çıxmasaydıq, onun hekayəsini dinləməsəydik, həmin türk də ora gəlməzdi. Axmaq fikirdir, amma qadınlar belə şeylərə elə inanırlar ki…Hə, Sofiya qızını Gülşən adlandırmaq istəyir və Mariya soruşur ki, sən buna etiraz etmirsən ki?

    Gülşən əlindəki boşqabı stolun üstünə qoydu, gülümsündü və dedi:

    —          Əlbəttə ki, yox.

    [1] Erix Mariya Remark öz məktublarında marlen Ditrixi belə adlandırırdı.

     Akvarium

    Köhnə adətim üzrə şənbə axşamlarının birində Axundov bağı yaxınlığında yerləşən paba gəlmişdim. İçəridə adam az idi. Futbola baxmağı planlaşdırırdım.

    Oyuna elə aludə olmuşdum ki, qəhvəyi pencəkli bir qocanın stol arxasında necə əyləşdiyindən xəbərim olmadı. Üzərimdə kiminsə nəzərlərini hiss etdim və elə bu anda o məndən soruşdu:

    —          Siz möcüzəyə inanırsınızmı?

    Sual mənə qəribə gəldi. Düşündüm ki, yəqin o qoca missionerdir. Başımdan eləmək üçün “Xeyr” dedim. Amma o fikirlərimi oxuyurmiş kimi sözünə davam etdi.

    —          Çox nahaq. Mən dindar deyiləm, heç bir dini qəbul etmirəm. Amma möcüzəyə inanıram.

    Mən dinmədim. Özümü futbola baxırmış kimi göstərsəm də, əslimdə fikrim başqa yerdə idi. Oyun artıq maraqlı deyildi: azarkeşlik etdiyim komanda artıq böyük hesabla uduzurdu.

    —          Siz yaxşı oğlana oxşayırsınız, mən sizdən üzr istəməli olacam, amma məni bir bokal pivəyə qonaq etsəniz, mən də sizə niyə möcüzəyə inandığımı deyərəm.

    Mən bilmirəm niyə bunu etdim, amma mən onun üçün pivə sifariş etdim. Qocanın missioner olmaması onun zəhlətökən söhbətlər mənbəyi olmayacağına zəmanət verirdi.

    Sifariş edilmiş pivə gəldi. Qoca bir qurtum içəndən sonra sözünə davam etdi.

    —          Bu pivənin özü də möcüzədir, elə deyilmi? Düşünün, turşuma, bakteriyalar, kimyəvi reaksiyalar, daha nələr. Nə qədər şərt üst-üstə düşməlidir ki, bu nemət başa gəlsin.

    Mən gülümsündüm.

    —          Ah, siz də bu lənətə gəlmiş materialistlərdənsiniz. Yaxşı, zəhlənizi tökməyəcəm, amma siz məni pivəyə qonaq etdiniz, mən sizə bir hekayə danışacam. Bilmirəm, bu hekayənin 2 manat 50 qəpik dəyəri olacaq, yoxsa yox. Amma, mən minnət götürmək istəmirəm, hekayələr mənim olan-qalan var-dövlətimdir.

    Mən onu əmin etdim ki, hər danışılan hekayə bir dərsdir və ola bilsin ki, onun hekayəsi mənim üçün çox faydalı olacaq. Qoca mənə inandı.

    —          Yaxşı, deməli belə, biri var idi, biri yox idi. Bir dostum var idi. O köhnə Bakıda ev oğruluğu ilə məşğul idi. Söhbət sovet vaxtından gedir, Bakıda tramvayların gedib-gəldikləri vaxtlardan. Amma tramvayların hekayəyə dəxli yoxdur, elə-belə dedim, söz xətrinə. Yox, düşünməyin ki, hekayədə kimsə tramvay altına düşüb ölür. Əsla….

    Yaranmış pauza canımı sıxdı. Söhbəti davam etdirdim, dedim ki, tramvay altına düşüb ölmək geniş yayılmış süjetdir. Barselonanın yarısını tikmiş memar Qaudini də tramvay vurub öldürüb, Bulqakovun bir personajını da. Qoca mənimlə razılaşdı.

    —          Bilirsiniz, mən bir şey eşitmişəm. Deyirlər, bir Asiya şəhərinin meri bir gün yuxuda görür ki, bəs onun üstündən tramvay keçir və onun başını bədənindən ayırır. Ertəsi gün işə çıxır və göstəriş verir ki, şəhərin bütün tramvay xətləri sökülsün. Bilirsiniz, o necə öldü?

    —          Yox.

    Qoca mənə sarı uzandı və pıçıltı ilə dedi:

    —          Onu öz kabinetində qalstukla boğub öldürdülər.

    Mənim güldüyümü görəndə qoca da gülümsündü:

    —          Sonralar danışırdılar ki, tramvay xətləri söküləndən sonra o tramvayları işlədən biznesmen onun otağına gəlib onu öldürmüşdü. Düzünü heç kim bilmir. Amma, öz aramızdır, yuxu ilə reallıq arasında elə böyük fərq yoxdur, fərq eləməz, başı kəsildi ya boğuldu, boğulan elə başı kəsilən kimi bir şeydir, beyinə ki qan getmədi, vəssalam. Bax belə, amma mən çox uzağa getdim, mən axı möcüzədən danışacaqdım.

    Qoca saçaqlı pendirdən dişlədi, başını aşağı saldı, bir neçə saniyə belə vəziyyətdə durandan sonra başını qaldırdı və sözlər onun soyuq təbəssümün donduğu dodaqlardan tökülməyə başladı:

    —          Hə, mənim dostum sovet vaxtı ev oğrusu idi. O vaxt camaat var-dövlətini evdə saxlayırdı, banka-kassaya etibar eləməzdilər. Ona görə də, ev oğruları yaxşı dolanırdılar. Bir gün o bir zərgərin evinə girir. Bazar günü idi, zərgər evdə yox idi, o günü Moskvadan teatr gəlmişdi, hamı orda idi. Bütün binaya səssizlik çökmüşdü. Dostum həmin mənzilə girdi, üçotaqlı mənzil idi. O düz bir saat hər yeri ələk-vələk elədi, amma 50 rubldan savayı bir şey tapa bilmədi. Əsəbləşdiyindən evdə hər şeyi sındırıb tökməyə başladı. Ev yiyəsi qoca yəhudi idi, əlbəttə, yəqin hər şeyini çox yaxşı gizlətmişdi. Dostum artıq evdən çıxanda gözü akvariuma sataşdı. Orada qızıl balıq var idi. Dostum öz-özünə dedi ki, bu zəhrimara qalmış mənzildə tapdığı yeganə qızılı özü ilə aparacaq, mətbəxə keçdi, banka tapdı, onu su ilə doldurdu, balığı bankaya qoydu, bankanı vurdu qoltuğuna və tələsik mənzili tərk etdi.

    Qoca yenə susdu. Mən isə öz-özümə düşünürdüm ki, görəsən qoca yəhudinin evindən qızıl balığın oğurlanmasında möcüzəli nə var?

    —          Cavan oğlan, siz bilirsinizmi ki, qızıl balıqlar insan tərəfindən yetişdirilib? Bu balıqlar ancaq hovuzlarda və akvariumlarda yaşayırlar.

    —          Yox, bilmirdim, amma hardasa oxumuşdum ki, onları da dünyaya çinlilər bəxş edib.

    —          Hə, Çindən gəlmədilər. Buddistlərdə “fan şen” fəlsəfəsi var idi, onlar balıqlara qarşı mərhəmət nümayiş etdirirdilər, onları öldürmürdülər, qızardıb yemirdilər. Bu balıqlar saxlanan hovuzlar da “mərhəmət hovuzları” adlanırdı. Onlar balıqları şüşə məhbəslərdə saxlayan müasir insanlar kimi qəddar deyildilər. XX əsrin humanist insanının qızıl balıqlarla necə davrandığını bilirsinizmi?

    —          Nəyi nəzərdə tutursunuz?

    —          Maonu, o əclaf başdan xarabın biri idi. “Mədəni inqilab” zamanı nə qədər qızıl balığı köhnə adətlərinin qalığı elan edib məhv elədilər.

    —          Nəyə görəsə, insanları məhv edən rejimin heyvanlara qarşı qəddarlığı məni heç təəccübləndirmir.

    —          Mənim dostum isə qəddar deyildi. O oğurladığı qızıl balıqla yaxşı davranırdı. Onun üçün böyük bir akvarium almışdı. O balıqdan başqa orda heç nə saxlamırdı. O öz ikiotaqlı evində tək yaşayırdı, balıq da öz akvariumunda. O mənə tez-tez qızıl balıqdan danışırdı, deyirdi ki, balıq onu çox yaxşı başa düşür. Sən balığa nəsə danışırsan, o isə akvariumda üzdüyü yerdə birdən dayanır, o yana bu yana var-gəl eləməyə başlayır. Lap insanlar kimi. Sənin dediklərin barədə fikirləşir, bəzən isə hətta cavab verir. Balıq ona öz atasını xatırladırdı. Uşaq vaxtı atasına nə isə danışanda o əllərini arxasında tutub otaqda o yana, bu yana var-gəl edirdi. Fikir vermisinizmi, bəzən onlar akvariumda sənə sarı dönüb ağızlarından hava buraxırlar. Bu çin heroqlifləri kimi bir şeydi, o hava qıvırcıqlarının formaları fərqlidir, o fərqləri bildinsə, balığın dilini başa düşmüş sayılırsan. Bax, mənim dostum balıqla belə danışırdı. Onlar dostumun oxuduğu kitabları müzakirə edirdilər, onun yanına gəlib gedən qadınların qeybətini qırırdılar. Dostum balığın ağzından çıxan minlərlə hava qıvırcığının mənasını anlamağa başlamışdı.

     

    Mən bir anlıq ağzından çin heroqlifləri çıxan qızıl balığı təsəvvür etməyə çalışdım. Sonra da deyirlər ki, balıqlar susurlar. Fikrim dağıldı, yayın başa çatması, dünyanın sonunun yaxınlaşması, azarkeşlik etdiyim futbol komandasının məğlubiyyəti. Başım sanki mikserə çevrilmişdi, hər şey bir-birinə qarışırdı, bu da azmış kimi qızıl balığı təsəvvür etməyə başladım, amma onun ağzından heroqliflər deyil, mənə tanış gələn əlifbanın hərfləri çıxırdı.

    —          Üzr istəyirəm, siz deyəsən darıxdınız. Az qalıb, lap az. Üzr istəyirəm, amma mən bunu sizə danışmalıyam, bu mənim pivə qarşılığında etdiyim ödənişdir. Mən minnət götürənlərdən deyiləm.

    —          Yox, mən üzr istəyirəm, bir tənha rəssam yadıma düşdü.

    —          Van Qoqmu?

    —          Yox, Modilyani. Tənha əyyaş. Janna Ebüternlə tanış olanadək isə ingilis yelbeyindən başqa düz-əməlli bir sevgilisi də olmayıb.

    —          Bəs sizi o niyə maraqlandırır?

    —          Mən onun haqqında hekayə yazmaq istəyirəm, süjet var, amma bilmirəm o süjeti necə fırladım.

    —          Danışın, bəlkə mən sizə kömək edə bildim.

    —          Parisdə, Monmartrda Rozalia adlı bir italyan qadın yaşayır. O zamanlar Monmartr kasıb rəssamların və yazıçıların məhləsi sayılırdı, bahalı yer deyildi. Rozalianın balaca ucuz restoranı var idi. Hər qəpiyini sayan rəssamlar orda yemək yeyirdilər. Rozalia çox mərhəmətli qadın idi və yerlisinə yazığı gəlirdi. Hamı bilirdi ki, əgər Modilyanini küçədə tapsalar, Rozalianın restoranına gətirə bilərdilər. İçib yatmış Modilyanini çardaqdakı çuvallardan birinin üstünə qoyub gedirdilər. Hər dəfə onu belə görəndə Rozalia “Yazıq Amadeo” deyib ah çəkərdi. Modilyani bilirdi ki, acardısa, ora gəlib bir boşqab makaron yeyə bilərdi. Onun kimi mövcudiyyəti ilə mübarizə aparanları yedirtmək üçün Rozalia “Mərhəmət qazan”ında makaron bişirirdi. Hərdən Modilyani utandığından bir-iki cızma-qara çəkib Rozaliyaya verirdi, o da onları zirzəmidə yığırdı. Modilyaninin ölümündən sonra o dahi elan edildikdən sonra Rozaliyadan o cızma-qaraları almaq istəmişdilər. Rozalia da zirzəmiyə düşmüş və görmüşdü ki, siçanlar bütün rəsmləri yeyib.

    —          Bəlkə siz Rozalia haqqında deyil, rəsmləri yemiş siçanlar haqqında yazasınız? Gəlin birlikdə fikirləşək. Siçanlar zirzəmidə yaşayır, acdırlar, kağızlarda nə təsvir edildiyini bilmədən onları yeyirlər. Sonra hay-küy düşür və siçanlardan biri başa düşür ki, o Modilyaninin rəsmlərini məhv edib, vicdan əzabı keçirir və ölür.

    —          Belə çox kədərli alınır, istəmirəm.

    —          Qayıdaq bizim qızıl balıqlara.

    —          Qayıdaq…

    —          Dostumun qızıl balıqla dostluğu 1 il davam etdi. Mən sizə söyləmişəmmi ki, dostum əyyaş idi? O illərdə nadir hallarda ayıq olurdu, ancaq “işə çıxdığı” günlərdə içmirdi. Mən onun ayıq olduğunu görəndə başa düşürdüm ki, “ovdan gəlir”. Bir gün yenə içib gecə evə gəlir. Həmin gün nə etdiyi yadında deyil. Amma səhər tezdən qapısı bərk döyülürdü. Qapının arxasından qadın səsi, hədə-qorxular, qarğışlar eşidib yuxudan ayıldı. Qapını açdı. Qapını döyən 30 yaşlarında bir sarışın qadın idi. Adı deyəsən Məryəm idi. Aşağı mərtəbədə tək yaşayırdı. Deyəsən Bakı yəhudilərindən idi. Ərini tez itirib gənc yaşlarında dul qalmışdı. Deməli, dostum qapını açıb səhər tezdən şüvən salan qadının kim olduğunu bilmək istəyir. Qapı açılır. Dostumu düymələnməmiş yamaqlı xalatda alt paltarında görən qadın çaşıb qalır. Bir neçə saniyə keçir. Məryəm asta səslə başa salmağa çalışır ki, dostum onun mətbəxinin tavanını su ilə batırıb. Dostum isə qeyri-ixtiyari geri çəkilir və Məryəmi də içəri dəvət edir. İçəri keçərkən dostum fikir verir ki, akvarium yerində yoxdur. Daha sonra, ayağında ağrı kəskin ağrı hiss edir və döşəməyə baxır. Akvarium çilik-çilik idi.

     

    Bu epizoda çatanda müsahibim duruxsundu, bir-iki qurtum pivə içdi. Mən soruşdum:

    —          Dəhşət! Bəs qızıl balıq?

    —          Qızıl balıqmı? Onun ruhu çoxdan qızılbalıqların cənnətinin qapısını döyürdü.

    —          Heyvanların ruhu olmur.

    —          Əzizim, bəzi heyvanlar insanlardan daha sədaqətlidirlər, mərhəmətlidirlər. Əgər ruhları yoxdursa, onlar necə sədaqətli və mərhəmətli ola bilirlər?

    —          Bilmirəm. Bəlkə də bu sadəcə instinktdir.

    —          İnstinkt, əlbəttə, əlbəttə.

    Söhbətin istiqamətinin belə dəyişməsi xoşuma gəlmədi. Başa düşdüm ki, cığırdan çıxıb bataqlığa girmişəm və mövzuya qayıtmaq üçün bayağı sual verdim.

    —          Yaxşı, bəs dostunuz nə etdi?

    —          Dostum dizi üstə çökdü, qızıl balığın cəsədini ovcuna aldı və uşaq kimi ağlamağa başladı. Əslində, burada qeyri-adi bir şey yox idi, valideyni, qardaşı, bacısı, dostu və sevgilisi olmayan birisinin həyatında olan yeganə canlıya bağlanması, məncə, hətta çox bayağıdır.

    —          Düzmü başa düşdüm? Deməli dostunuz gecə içib gəlib və akvariumu necə sındırdığından xəbəri belə olmayıb?

    —          Elədir ki var. Təsəvvür edin, o balığı ovcunda tutub ağlayır və birdən bədəninə yayılan bir istilik hiss edir. İlk anda düşünür ki, bu dabanından axan qanın istisidir, amma sonra başa düşür ki, istiliyin mənbəyi onun başındadır. Məryəm onun ağladığını görüb özünü saxlaya bilməmiş və onun başını sığallamağa başlamışdı.

     

    Gözlərim yaşarmağa başladı. Xardal yaxılmış sosiskadan iri tikələr dişləməyə başladım ki, bəhanəm olsun.

    —          Hamısı xardaldan və pivədəndi. Zəhrimara qalsın.

    —          İn cervisia veritas. Həqiqət pivədədir.

    —          Siz latın dilini bilirsiniz?

    —          Azca, mən ixtisasca hüquqşünas olmuşam.

    —          Maraqlıdır, çünki mən də hüquqşünasam.

    —          Mənim ev oğrusu olan dostum da hüquqşünas idi.

    —          Yaxşı, qayıdaq Məryəmə.

    —          Hə. Məryəm, o gündən Məryəm dostumun həyatında qızıl balığı əvəz etdi. Məryəm çox ağıllı və səbrli bir qadın idi, yaxşı təhsil almışdı. Onlarınkı çox yaxşı tuturdu. Dostum inanırdı ki, Məryəm elə qızıl balıqdır. Nağıllarda hərdən heyvanlar insanlara çevrilirlər. Dostum inanırdı ki, qızıl balıq Məryəmə çevrilib. O mənə deyirdi ki, bu bir möcüzədir. Deyirdi ki, qızıl balıq onun arzusunu yerinə yetirib. Nağıllardakı kimi. Onlar düz yarım il xoşbəxt ailə kimi yaşadılar.

    —          Cəmi yarım il? Niyə?

    —          Axı o əyyaş idi, Məryəmlə yaşamağa başladığı ilk aylarda o içkini atmışdı. Pivə belə içmirdi. Amma sonra psixoloji problemləri başladı. Məryəm axı çox yaxşı bir qadın idi. Düzqamətli, sarışın, yumşaq təbiətli. Dostum düşünürdü ki, Məryəm kişilərin ən yaxşısına layiqdir və əmin deyildi ki, ən yaxşı məhz onun özüdür.

    —          Lənətə qalmış idealist. Məndə də bu “xəstəlik” var.

    —          Pis xəstəlikdir. Özünün ən yaxşı olmadığı qərarına gələn dostum yenə içkiyə qurşandı. Onlar daha iki il əsl cəhənnəmdə yaşadılar. Məryəm həftədə iki dəfə döyülürdü, bir-birlərinin üstünə qışqırmadıqları gün olmurdu. Günlərin bir günü isə o yoxa çıxdı.

    —          Məryəm?

    —          Hə. Yoxa çıxdı. Buxarlandı. Ərşə çəkildi. Amma özü ilə bir dənə don belə götürməmişdi. Paltarları şkafda idi. Dostum aşağı düşdü, onun mənzilinin qapısını açıb içəri girdi. Məryəm orada da yox idi.

    —          Dostunuz Məryəmi axtarmağa çalışdımı?

    —          Bəs necə. Amma xeyri olmadı. Bir neçə ildən sonra dostumun ağlına fikir gəldi. O qızıl balıqlar alıb hər həftədə bir akvariumu dağıdırdı. Amma xeyri yox idi. Məryəm qayıtmadı. 57 dənə qızıl balıq onun bu axmaqlığının güdazına getdi.

    —          Sizin dostunuzu müalicə etmək lazımdır.

    —          Yox, o pis adam deyil. Sadəcə, möcüzəyə inanır. Axı bir dəfə oldu, niyə də yenə olmasın?

    —          Heç bir möcüzə olmayıb, bu sadəcə xoş bir təsadüf idi.

    —          Yox, bu möcüzə idi.

    —          Məncə bu hekayəni siz özünüzdən uydurmusunuz ki sadəlövh pivə həvəskarlarına danışıb onlarla dostlaşasınız.

    —          Yox, bu həqiqətdir.

     

    O məni yanına çağırdı. Ayağını ayaqqabısından çıxarıb mənə uzatdı. Qocanın dabanını köhnə bir çapıq bəzəyirdi. O gülümsündü.

    Mən hesabı verib tələsik pabı tərk etdim və Nuranəyə zəng etdim.

    —          Nuranə, bağışla, axmaq olmuşam, gəl sabah görüşək.

    —          Sabah? Yox, sabah məni evdən buraxmazlar, qalsın gələn həftəyə.

    —          Yaxşı, olsun gələn həftə. Bura bax, sən möcüzəyə inanırsanmı?

    Семь кос

    Самсонидзе был самым титулованным грузинским шахматистом. В 16 лет стал гроссмейстером, в 25 уже был дважды чемпионом мира.

    Дани, а Самсонидзе звали именно так, появился на свет в Москве, в 1986-м году, в семье партийного работника. Они жили в просторной трехкомнатной квартире и потому Дани никогда не понимал, что имел ввиду русский классик, говоря «квартирный вопрос только испортил их».

    Будучи ребенком, Дани увлекался математическими фокусами, а венгерский магический кубик часами не оставлял его в покое. Родители решили, что ему полезно будет заняться шахматами.

    В конце 90-х семья Дани вернулась в Грузию. Он продолжал заниматься шахматами.

    И вот результат: в 2008-м году он выиграл у Карасёва и впервые стал сильнейшим на планете шахматистом. Это было в сентябре. Матч имел принципиальное значение: Семидневная война только что закончилась, и гордому грузину нельзя было проигрывать шахматисту из России.

    Дани никогда не проигрывал шахматистам из России.

    Он придумал открытый, безбашенный, по-грузински яркий дебют, в котором движение фигур напоминало раскрытие бутона розы. Сам Дани назвал этот дебют партией Varda, но в российской терминологии этот дебют был назван «грузинской партией». Специалисты со всего мира анализировали новый дебют, но это не давало желаемого результата, потому, что в каждой игре Дани вносил какие-то изменения и изменения эти меняли ход игры. Это был управляемый «эффект бабочки». Благодаря этой ярко-красной Varda, за шахматным столом он терзал русских  «шахматных львов» как «козленков».

    С Мариной Дани познакомился летом в Батуми. На конец июля был запланирован финальный матч, который должен был выявить сильнейшего на планете шахматиста. У Дани было прекрасное расположение духа. Он был влюблен.

    Что такое любовь?

    Если человека сравнить с фонтаном, то любовь — это извергаемая вода. Она не пропадает. Она возвращается. Жизнь без любви подобна черно-белой графике Дюрера, а любовь превращает эту графику в японское аниме.

    Дани стал персонажем японского аниме.

    Марина была журналисткой. Она работала в крутом издательском доме в Москве. Она тоже имела грузинские корни: ее дед по отцу был известным военным, посмертно ставшим Героем Советского Союза.

    В Батуми она была откомандирована на 2 месяца и основной целью её поездки было изучение опыта туристический индустрии Аджарии. Параллельно с этим ей предстояло освещать главный шахматный матч года.

    По вечерам они гуляли по батумскому бульвару, тому самому, который рос как волосы того самого силача, становясь длиннее с каждым годом.

    Он пришел в «Шератон» за час до начала матча. Надел свою любимую красную футболку в оранжевую полоску и шорты в стиле «кричащее какаду». Его вид вызвал улыбку у Марины. Вы бы не улыбнулись, увидев настолько красочно одетого грузина?..

    Соперником был тот самый Карасёв, который уже дважды ему проигрывал.

    Матч начался. Дани был в эйфории. Он только и представлял себе колени Марины солнечного цвета. Ее легкомысленное красное платье вынуждал нейроны его мозга вырабатывать эндорфин в усиленном режиме. Удивительно, как ему удавалось сконцентрироваться на игре…

    Марина была восхищена его игрой. Она сидела в первом ряду, единственная из пишущей братии, и черные фигуры ее соотечественника исчезали перед ее глазами одна за другой. Если в начале игры шахматная доска выглядела гармонично как даосская монада, изображающая инь-ян, то к концу первого игрового дня мужское начало ян стало преобладающим.

    Но природа восстановила баланс. Ночью, в номере отеля «Шератон» черные взяли свое, у грузина, играющего белыми фигурами, не было ни единого шанса. Русская Луна преодолела грузинское Солнце. Инь победила ян, маскируясь под белое и светлое.

    В чем сила славянских женщин?

    Утром, открыв глаза, Дани увидел абсолютно белоснежную Марину. Одной рукой она поддерживала его голову, другой гладила по голове. На полу валялось красное платье, на тумбе он заметил чашку кофе, приготовленного по-турецки.

    Марина улыбалась и гладила, гладила, гладила… У Дани пошли мурашки по коже. Они молчали. Или нет? И можно ли рисовать эту картину такой простенькой фразой: «они молчали»?

    Дани пошел чистить зубы. Когда он вернулся, то заметил картину на стене над кроватью. С картины смотрели освещенные лица нескольких людей. Мускулистый мужчина спал на коленях у женщины в красном платье. Рядом стояли старуха и парикмахер. В правом верхнем углу картины расположились в ожидании чего-то солдаты.

    • Родная, что это за картина, не знаешь?
  • Знаю, это Рубенс…

  • Дани не дал ей договорить:

    • Рубенс? Разве он не рисовал голых женщин?

    Марина улыбнулась:

    • Глупенький ты мой, иди сюда, скажи мне вот что: почему ты все время выигрываешь?
  • Родная, ты этого не поймешь, это высшая математика.

  • Ты меня обижаешь, товарищ грузин. То, что я закончила гуманитарный ВУЗ, не означает, что я никогда не слышала о задаче «Семь мостов Кёнигсберга»!

  • Дани долго объяснял суть своей математической модели, употребляя такие понятия, как «ханойская башня», «игра в 15» и «броуновское движение», рассказал о тех элементах, в которые он уже вносил изменения, и спросил:

    • Скажи, какое изменение будет сегодня?
  • Вот эта пешка не пойдет в атаку, а эта станет жертвой комбинации, чтобы дать больше пространства коню, так?

  • Дани был горд тем, что Марина поняла то, чего не удавалось вычислить компьютеру.

    Он снова пришел за час до начала матча. Игра продолжалась уже второй час, а место женщины в маленьком красном платье пустовало.

    Дани занервничал. Допустил ошибку и потерял ладью. Но к концу игрового дня ситуация уже не была так безнадежна, как после той ошибки. Он еще мог выиграть этот матч. Ах, где же Мария?!

    Как выяснилось, ее номер уже был свободен. Марина съехала еще утром. Администратор внял просьбе гениального шахматиста, и они вместе зашли в номер.

    На столе лежала записка. Он прочел ее, повернулся к администратору и сказал:

    «Никогда, слышите, никогда не перебивайте женщину!»

    Записка гласила:

    «Глупенький, эта картина называется «Самсон и Далила»».

    3 августа 2012 года

    Как Данелия билет доставал

    На следующий день мне надо было срочно вылетать в Москву. (Приемные экзамены на Режиссерских курсах.) В авиакассе мне сказали, что на сегодня билетов нет. Я показывал свое «мосфильмовское» удостоверение, говорил, что очень надо, врал, что срываются какие-то важные съемки, мне сочувствовали, но разводили руками — ничем не можем помочь, билетов нет. Тогда я пошел к своей тетушке — Верико Анджапаридзе. Верико сразу же позвонила министру грузинской авиации. Министр авиации сказал, что для племянника самой великой актрисы в мире у него всегда билеты есть. Минут через пятнадцать он перезвонил, извинился и сказал, что сегодня, оказывается, особый день и билетов нет. Билеты есть на завтра, на любой рейс.

    Тогда я позвонил в ЦК Дэви Стуруа.

    Дэви сказал, что билет не проблема. Я ему сообщил, что Верико говорила с министром, и тот сказал, что сегодня какой-то особый день и билетов нет.

    — Ну, министр — это министр, а ЦК — это ЦК.

    Через десять минут и Дэви сказал, что билетов на сегодня действительно нет. Особый день.

    И я пошел в гостиницу.

    По дороге зашел в «Воды Лагидзе» выпить вкусной газировки, которую очень люблю, там встретил Вову Мартынова. Вова Мартынов — тбилисский «свой парень», то есть человек, которого знали все и который знал всех. Он спросил по-грузински:

    — Что ты такой грустный?

    Русский Вова говорил со мной только на грузинском, считал, что мне нужна практика.

    Я ему сказал о проблеме с билетом.

    — Э! Я думал у тебя действительно что-то случилось! Пойдем и возьмем билет!

    — Билетов на сегодня нет.

    — Для нас, Гия, билеты у них есть! Пошли!

    Народу у кассы было очень много, к окошку не подойти. Вова, высокий и широкоплечий, снял кепку, вытянул руку с кепкой вверх, приподнялся еще на цыпочках и крикнул на весь зал:

    — Нана, это я, Вова! Посмотри сюда! Кепку мою видишь?!

    — Вижу твою кепку, Вова! Что хочешь?

    В Тбилиси было две джинсовых кепки, одна у Вовы, вторая — у знаменитого футболиста, форварда сборной СССР, Давида Кипиани.

    — Один билет в Москву на час пятнадцать! — крикнул Вова.

    — Паспорт давай!

    Вова взял у меня паспорт и попросил передать его в кассу.

    — Подожди! А деньги? Деньги возьми! — сказал я.

    — Деньги я ей отдам, не волнуйся — сказал Вова. (У меня он денег не взял, когда я начал настаивать, он сочувственно посмотрел на меня и сказал, что я совсем обрусел.)

    На самолет я успел. Летел и думал:

    «Министр — это министр, ЦК — это ЦК, а Вова — это Вова!»

    Жанна Эбютерн в жёлтом свитере

    Посвящается девушке в маленьком красном платье

     

    После смерти жены Антонио продал старую квартиру в центре города в глухом спальном районе рядом с парком, где он познакомился с женой, и купил однокомнатную квартиру в пятиэтажном доме на окраине. Новая квартира досталась почти даром.

    Дом находился в шумном месте: с одной стороны, проспект, где круглосуточно пробки и сигналы автомобилей мешали даже ученикам музыкальной школы при опере, которая находилась метрах в ста от дома, с другой — площадь с музыкальном фонтаном в центре. По четвергам, когда оттуда звучала «Застольная песня» из «Травиаты», фонтан особенно причинял неудобства любителям сиесты.

    В двухстах метрах от дома находилось здание, которое строилось вот уже пять лет, и шум работающей там техники отпугивал даже местных бродячих собак.

    Но сильнее всего покой обитателей дома нарушал ночной клуб “Gomorra”, который закрывался только в 4 утра.

    Антонио переехал вот в такой дом. Он сильно обрадовался, когда узнал, что один его сосед — пианист, а другой играет на тромбоне. «Да, здесь не будет той зловещей тишины» — подумал новый жилец.

    Со смертью жены у Антонио появилась боязнь одиночества. Он уже боялся тишины. Целых 40 лет он жил посреди шума. Лучия была эмоционально одарённой женщиной, она создавала больше шума, чем проспект, музыкальная школа, фонтан и стройка вместе взятые. Пела она не только в душевой кабине; шумно признавалась в любви, шумно занималась любовью, часто устраивала сцены, особенно, когда выяснялось, что Антонио снова пожертвовал 10% со своей зарплаты на расходы для похорон очередного незнакомого одинокого старика. Вдобавок, Лучия была истеричкой. Но при всем этом она была умной, красивой, интересной и сексуальной истеричкой. Не о такой ли женщине мечтает каждый южный мужчина?!

    В старой квартире все напоминало о ней. Антонио заменил шторы, как-то даже захотел передвинуть мебель, но преклонный возраст помешал исполнить это желание. Но он радовался тому, что успел избавится от репродукций Модильяни. Он всей душой ненавидел экспрессивные картины своего соотечественника. И не понимал, почему Лучия украсила ими все стены.

    Правда, одну картину Антонио так и не выбросил. Он не знал названия этой картины, с которой глядела девушка в жёлтом свитере. Рыжеволосая, как Лучия. Эта картина хорошо просматривалась с порога квартиры, если дверь в гостиную была открытой. Гости видели рыже-золотистое пятно с желтым овалом. И только самые близкие визитёры удостаивались чести различать черты лица и глаза.

    Антонио взял с собой эту картину. В новой, более мрачной квартире эта картина была единственным источником жизни, света и цвета (после электрической лампы, разумеется).

    Картина напоминала ему солнце на фоне ночного неба. Нет, вы не думайте, что Антонио был настолько глуп, что не знал, что для сравнения больше подошла бы Луна. Мало кто видел солнце на фоне ночного неба. Но Антонио был уверен, что если бы он увидел солнце на фоне ночного неба, все выглядело бы именно так.

    В тот день, часы показывали 0.45. Фонтан давно замолк, пианист лег спать, тромбон перестал играть еще раньше. Антонио проснулся. Ему мешала тишина.

    Он не выключал телевизор по ночам, оставлял окно открытым, а из крана на кухне всегда капала вода. Девушка в жёлтом свитере не переставала сиять, по-своему поддерживая шум в доме.

    Но уснуть Антонио не мог.

    Он все продумал до деталей. Он даже купил кровать поменьше, чтобы ночью не проснуться (он всегда просыпался ночью, когда ему казалось, что Лучия плачет, он обнимал ее, целовал в шею и нюхал).

    Утром он побрился, надел костюм и направился в офис «Жёлтого приюта».

    «Жёлтый приют». Так называлась общественная организация, которая опекала десятки психиатрических больниц по всей стране. Антонио сделал им щедрое пожертвование. Не 10% с зарплаты. Нет. Он отдал им 40 тысяч евро, оставшиеся от продажи квартиры, и все, что накопил на черный день. Пенсии хватало, детей у него не было. Постойте, нет, был у них сын Марко, правда, он еще 10 лет назад скончался в палате для умалишенных.

    Днем он хорошо пообедал. Антонио нашел маленькую пиццерию, где готовили пиццу настолько нежную, что все старики района собирались там.

    Вечером пришел домой. «Завтра надо познакомиться с пианистом», — решил Антонио, и уснул.

    Антонио не проснулся.

    Лишь на третий день пианист вместе с двумя полицейскими вошел в его квартиру.

    После этого квартиры в доме еще более упали в цене. Злые языки говорили, что там еще и трупами воняет.

    Квартира сменила хозяина, а девушка в жёлтом свитере и по сей день висит на стене и улыбается.

    Мне кажется, ее улыбка стала еще ярче. Ведь теперь Антонио был с ней.

    20 июля 2012 года

    П.С. Выражаю благодарность Назлы ханум за редактуру и корректуру.

    Закон Азербайджанской Республики «О хорошей жене»

    Эту прелесть я и сам не помню когда написал, то ли в 2003м, то ли в 2004м. Поледний раз в интернете размещался в 2008м, кажется))) Закон уже давно устарел, примерно 40% текста надо бы изменить.

    Закон Азербайджанской Республики «О хорошей жене»

     

    Статья 1

    Она должна быть скромной и умной. Красота не исключается, но ее отсутствие не может рассматриватся как причина для расторжения брака.

     

    Статья 2

    Не важно что она не настоящая мусульманка и не носит хиджаб. Главное то что она не ходит голая или в глубоком декольте.

     

    Статья 3

    Она не должна идти наперекор своему мужу. Если он ошибается она должна косвенными способами это ему донести, чтобы он подумал, что это он сам придумал То есть:

    а) Муж всегда прав.

    б) если он не прав, то все споры решаются в соответствующем порядке, как это указано в пункте а.

     

    Статья 4

    Она должна оставаться ВЕРНОЙ своему мужу. Неверность является основанием для пожизненого бана.

     

    Статья 5

    Жена должна иметь право выбрать себе профессию, работы без препятствий. Хороший муж не должен ограничит ее право на работу. Но с условием, что в 19.00 она будет дома и займется подготовлением ужина.

     

    Статья 6

    Муж должен уважать свою жену, и ее индивидуальность.

     

    Статья 7

    Жена должна быть профессиональной кулинаркой. Жены не знающие азербайджанскую кухну допускаются к семейной жизни только после сдачи соответсвующего теста.

     

    Статья 8

    Хорошая жена обязана любит детей и родит минимум двоих. Одну девочку и одного мальчика (см: статью 1 Закона Азербайджанской Республики «Об обеспечении гендерного баланса»)

     

    Статья 9

    Она должна быть интеллектуально развитой. Хотя бы могла различит Нигер от Нигерии, Австрию от Австралии, и Швецию от Швейцарии.

     

    Статья 10

    Хорошая жена ЛЮБИТ своего мужа в обязательном порядке.

     

    Переходная статья 11

    Если муж изменяет жене полностью соответсвующей этому закону, тогда он, ГЕРОЙ ДОСТОЕВСКОГО.

     

    Рассказ

    Т.к. конкурс практически закончился, публикую написанный мой рассказ. Кто то уже читал, кому то понравилось, кому то не понравилось.

    Valkiriyaların uçuşu

    Allah sənə rəhmət eləsin, Kafka!

    L.H.-ya həsr edilir.

     

    Təranə yuxudan ayılanda səhər təzə açılmışdı. Günəşin şüaları hələ də hökmündən dönmək istəməyən qaranlığı dəlib keçir, divardan asılmış xalçanın üstündəki dəvə karvanının yolunu işıqlandırırdı. Gözlərini açan Təranə SSRİnin son illərinə təsadüf edən uşaqlığını xatırladı, atasının şəhərdə hansısa mağazada “altdan” aldığı sarışın kukla yadına düşdü. Bəlkə də, uşaqlığı daha tox keçsəydi Madonna servisini və Bohemiya xrustalını xatırlayardı. Təranə yerindən qalxdı, yorğanın qırağını büküb oturdu. Tumbanın gözünü açdı. Neftin barelinin 15-20 dollara satıldığı illərin xatirəsi olan bu kukla yerində idi. Lakin…bir gecəyə onun saçları qaralmışdı.

    Təranə qəfil nəzərlərini kukladan çəkdi. Sinəsində alışmadığı bir ağırlıq hiss edirdi. Növbəti an o anladı ki, gününü “Malibu xilaskarları”na baxmaqla keçirən əri Həsənin duaları qəbul olunub. O indi neyləyəcəkdi? Bir gecəyə 0dan 2-yədək sayan Təranənin geyinməyə paltarı belə yox idi.

    Baş vermiş dəyişikliyi Həsənə necə izah edəcəyi barədə düşünə-düşünə yatağından qalxdı. Birdən gözü güzgüyə sataşdı. Güzgüdən ona slavyan görünüşlü bir gözəlçə baxırdı. Biçini gözləyən buğda zəmisi rəngində saçları varıydı bu gözəlçənin. “Dünən xına qoymuşdum, bəlkə Həsən nəsə başqa şey soxuşdurub”.

    Əynini geyinib mətbəxə keçdi. Həsən üçün qayğanaq bişirdi, çay qoydu. Qarnını qaşıya-qaşıya mətbəxə gələn Həsən Təranəni görsə də, heç bir reaksiya vermədi. Sanki heç nə baş verməmişdi.

    Təranənin yadına düşdü ki, qatıq çalmaq lazımdır, mayası isə yoxdur. Qonşuluqda yaşayan Fatma xalagilə getdi.

    —      Fatma xala, qatıq çalmaq istəyirəm, bəlkə mayan ola?

    Fatma xala qapını açdı:

    —      Qızım, sən kimsən?

    —      Təranəyəm, Fatma xala, soyuqdur e.

    —      Ay qız, sən nə danışırsan? Heç nə başa düşmürəm.

    Təranə başa düşdü ki, səsi dəyişib. Bu azmış kimi, o həm də rusca danışırdı. Kor-peşman evə qayıtdı. Mətbəxə keçəndə gözü oğlu Seyrana sataşdı. Uşaq pəncərənin qabağında “sehrli boru” ilə əlləşirdi. “Sehrli boru”nu Təranəyə atası 1987-ci ildə almışdı. İçində alabəzək kölgələr fırlandığından o zamandan adı “sehrli boru” qalmışdı. Danışırdılar ki, defisitdən boğulan SSRİdə məktəblərdə “sehrli boru”dan Rorşah testinin əvəzinə istifadə edirdilər. Hər bir sovet məktəblisi borunun içərisində ancaq öz uydurduğu obrazları görürdü. Görəsən Seyran nə görür? Seyrana yaxınlaşıb başını sığalladı. Uşaq başını qaldırıb tanımadığı qadına baxdı və çığıra-çığıra mətbəxdən qaçdı.

    Kənddə söz-söhbət üçün yeni mövzu var idi. Qonşuların bağladıqları vedrələrin cingiltisi quru Türküstan çöllərində yağış yağdırmaq üçün kifayət edərdi. Kimisi deyirdi ki, Həsən arvadını “azdırıb” və Rusiyadan “öz fahişəsini” gətizdirib, kimisi inanırdı ki, Təranə SPİD -ə yoluxub belə dəyişib. Bir nəfər isə iddia edirdi ki, Təranə ifritədir və onu mütləq kənd mollasının yanına aparmaq lazımdır. Söz-söhbətlər ocağında doğulan versiyalar evlərin bacasından çıxan tüstü qarışıq kəndə yayılmağa başladı. Təranə üç gün idi ki, evdən çıxmırdı. Üç gün idi ki, onların qapısını açan yox idi.

    Təranə yatağında uzanıb özünə qəsd etmək barədə düşünürdü. Axı Həsən ona ümumiyyətlə fikir vermir, Seyran isə ondan qorxurdu.

    Təranə gözlərini yumdu. O düşünürdü ki, onun əvvəlki həyatı çox mənasız olub, düşünürdü ki, çevrilmədən qabaqkı həyatında o həmişə “o dünyaya” inanıb öləndən sonra daha yaxşı dünyada yaşayacağına ümid edirdi. İndi Təranə düşünürdü ki, onunla baş verən çevrilmə elə “o dünyaya” keçiddir. Əgər belədirsə, deməli özünə qəsd etmək fiziki cəhətdən mümkün deyil. “Əgər bu cəhənnəmdirsə, onda onun mənim çevrilmədən qabaqkı həyatım nə idi?”

    (təəssüf ki, bir neçə abzas dərhal yazılmadığından unudulmuşdur)

    ….malik deyiləm, lakin mövcudam”.

    Bu hadisə baş verən ildə mən hüquq fakültəsini təzəcə bitirib rayon prokurorluğuna müstəntiq kimi təyinat almışdım. Bir neçə ay idi ki, işləyirdim. Rayon mərkəzindən uzaqda olan kənddə baş verən qeyri-adi hadisənin əks-sədası rayon prokurorunun da qulağına çatmışdı. Mənə tapşırdılar ki, araşdırma aparım. Cümə günü kəndə getdim. Rus dilini orta səviyyədə bildiyimdən Təranə ilə bir məktəbdə çalışan rus dili müəlliməsi molokan qadın Anna Dmitriyevnanı da götürüb yollandıq o hadisənin baş verdiyi evə.

    Qapını Təranə açdı. Bu günlərdə onun xarici görünüşü xırdalıqlara qədər müzakirə edildiyindən onu tanımaq çətin deyildi, məni tanımasa da, Anna Dmitriyevnanı görüb bizi içəri dəvət etdi. Stol arxasında oturub qoz mürəbbəsi ilə çay içə-içə bir saatdan çox davam edən söhbətlərindən hiss edilirdi ki, onlar bir-birini yaxşı tanıyırlar.

    Qapıdan çıxan kimi, mən Anna Dmitriyevnadan soruşdum ki, bu Təranədirmi? O mənə söylədi ki, bu həm Təranədir, həm də Təranə deyil. Mən günün sonunadək vaxtımı Pifiyanın bu cavabı üzərində başımı sındırmaqla keçirdim.

    Bizim psixologiya müəllimimiz danışırdı ki, Skandinaviya ölkələrinin birində və Hindistanda bəzi insanlar gecəni yatıb səhəri durandan sonra onlara əvvəllər məlum olmayan başqa dillərdə danışmağa başlamışlar. Bəzən bu uzun sürən ağır xəstəlikdən və koma vəziyyətindən çıxdıqdan sonra baş verirdi. Yadımda deyil, amma psixologiyada buna çox ağıllı termin də fikirləşiblər. Bəlkə də, Təranə ilə baş verənlər bu psixoloji sindromla izah edilə bilərdi, ancaq axı müəllimimiz xarici görünüşün dəyişməsi ilə bağlı bizə heç nə danışmamışdı.

    Elə bu an yadıma düşdü ki, 17 yaşım olanda atam mənə radiolokasiya stansiyasının yaratdığı ekoloji problemlər haqqında kiçik bir kitab vermişdi. O kitabda çoxlu cədvəllər var idi, doğrudur, statistika heç nəyi sübut etmir, ancaq bu rayonlarda rast gəlinən anormallıqlar müxtəlif şübhələr yaradırdı. Mənim indi işlədiyim rayon da stansiyanın “ölü zonası”na düşürdü. Bəlkə bu çevrilmə stansiyanın təsirindəndir?

    (O gecəni mən yata bilmədim, amma düşüncələrimin və versiyalarımın hamısını gündəliyimə yazmadığımdan, bir neçə abzası buraxmalı olacam).

    Baş verən hadisənin beşinci gecəsi yatağına uzanan Təranə uzaqdan həzin musiqi səsləri eşitməyə başladı. Kiminsə kamançası ağlayırdı. Axırıncı dəfə bu ağlaşmanı 1991-ci ildə eşitmişdi. Erməni qumbarası onun atasının sağ əlinə tuş gələndən sonra Qurban kişi ağlaya-ağlaya kamançasının simlərini qırdı tökdü, özünü isə çardağa tulladı. O gündən o evdə daha ağlayan olmadı.

    Təranə bir anlıq simləri qırılmış kamançanı düşündü. Onun təxəyyülündə kamança simləri badamı gözlərə çevrilib gilə-gilə göz yaşları tökürdü, göz yaşları nəhəng dalğalara çevrilirdi. Nəyə görəsə, bu metamorfozlar Sakit okeana və “Malibu xilaskarları”na çatan yerdə təxəyyülün gücü tükəndi və ortaya qaranlıq çökdü.

    Altıncı gün səmada qeyri-adi yüngüllük var idi. Mən elə gəldi ki, səhər tezdən xoruzlar öz ənənəvi kantatalarını deyil, İohann Sebastyan Baxın “Hava”sını ifa edirdilər. Yəqin ki, Təranə də, bu musiqini eşidirdi. Çünki o artıq ayılmışdı. Amma yox. Onu belindəki kəskin ağrılar oyatmışdı, qabırğaları sızıldayırdı. Gecədən açıq qalan pəncərədən əsən külək lələkləri süpürürdü.

    O səhər Təranə qeyb oldu.

    Bu hadisədən bir həftə keçmişdi. Rayon prokuroru məni yanına çağırdı və dedi ki, mənə çox vacib bir işi həvalə edəcəklər. Mən dərhal hər şeyi anladım. Onun tapşırığı ilə Həsənə cinayət işi açdıq. O iki qadının qətlində ittiham olunurdu. Doğrudur, bizi universitetdə öyrətmişdilər ki, “meyid yoxdursa, cinayət də yoxdur” (bizi həm də öyrətmişdilər ki, “müştəri həmişə haqlıdır”, amma biz bilirik ki, əslində elə deyil), amma dindirmənin üçüncü günü Həsən özü hər şeyi etiraf etdi. Söylədi ki, o hər iki qadını öldürüb, meyidləri yandırıb külünü çaya tullayıb. “Etiraf sübutların şahıdır”, SSRİnin mövcudluğunun son illərində çap edilmiş dərsliyin Təranənin saçları rəngində olan səhifələrinin birində belə yazılmışdı: “etiraf sübutların şahıdır”.

    Onu azadlıqdan ömürlük məhrumetmə gözləyirdi.

    O qış gecəsi hava çox şaxtalı idi. Mən qızınmaq üçün sulu qəlyan çəkirdim, gözüm pəncərədə ilişib qalmışdı. Birdən pəncərə döyüldü. Pəncərəni açanda onu, qanadlı həvvanı gördüm. Əlində qara çətir tutmuşdu. Əynində paltar yox idi, amma sarışın saçları Hindistan sarisitək onun bütün bədəninə dolanmışdı. O mənə məhəl qoymadan içəri girdi. Çarpayının qırağında oturdu. Başını qaldırdı, gülümsədi və mənə öz hekayəsini danışdı. Daha doğrusu, o sadəcə mənim gözlərimin içinə baxırdı və nə qədər qəribə olsa da, bu baxışlarda 32 hərfin kombinasıyasından daha çox informasiya var idi. İndi mən birinci gündən altıncı günədək nələr baş verdiyini bilirdim. O dedi ki, əgər Həsəni buraxsaq o mənə əbədi gənclik bəxş edəcək. Mən sarsılmışdım. O gecəni biz birlikdə keçirdik. Daha doğrusu, o bu gecəni mənim sarsılmış bədənimlə keçirdi, mənim ruhum isə çarpayıdan 3 metr hündürlükdə asılıb bizə yuxarıdan tamaşa edirdi. Təntənəli musiqi səslənirdi. Mənə elə gəldi ki, bu musiqinin sədaları altında biz bircə gecəyə Qarabağı azad edə bilərik.

    O gecə mən gəncliyimi itirdim və əbədi gəncliyə qovuşdum. O gecə mən rahatlığımı itirdim. O gecə mən yuxumu itirdim və əbədi yuxusuzluğa qərq oldum. O gecə mən maddi dünyaya inamımı itirdim və maddiyyatsızlığa qovuşdum. O gecə mən dinimi və imanımı itirdim və məni əbədi yaradan qüvvəyə ibadət etməyə başladım. O gecə mən Füzulinin romantikasına yetişdim. O gecə mən qocalmaqdan qorxan qadınları sevmək imkanından məhrum edildim.

    Həsənə vəkil təyin edildi. Həsən istintaqa verdiyi ittihamlardan imtina etdi. Məhkəmə ekspertizası Həsəni anlaqsız elan etdi. O indi ruhi xəstəxanadadır. Vəziyyəti stabildir. Doğrudur, o hər gün həkimlərə danışır ki, hər gecə onun yanına qanadlı pəri uçub gəlir. Buna görə də, onu hələ də buraxmırlar.

    Mən qocalmıram. Mən bir yerdə yaşaya bilmirəm. Osmanlı sufiləri kimi dünyanı dolaşıram. Daha doğrusu, dünyanın başına fırlanıram. Geri qayıtmaq imkanım olsaydı, o gün qəlyan çəkməzdim, pəncərəni isə möhkəm-möhkəm bağlayardım.

    Mən sonralar öyrəndim ki, o təntənəli musiqi Vaqnerin operasındandır və “Valkiriyaların uçuşu” adlanır. Mən o uçuşu gördüm.

     

     

    %d такие блоггеры, как: