Hamilənin gündəliyi


2 il bundan əvvəl «Ailə qurmadan ana olmaq istəyirəm, amma kişini özümə yük etmək istəmirəm» barəsində çox qalmaqallı yazı yazmışdım. Bu yazını yazanda heç ağlıma gəlməzdi ki, bu gerçək ola bilər. Atalar bu dəfə düz deyib : Niyyətin hara, mənzilin ora!

Bəli, hamiləyəm. Planlaşdırmasam da, gözləməsəm də, hamiləyəm. Bunu 13 oktyabr 2019-cu ildə bildim. İlk günləri şok yaşadım. Uşağın atası olan tərəfdaşıma bu barədə deyib deməmək kimi vicdan əzabı çəkirdim. Onun uşaq istəmədiyini bilirdim və bunu biləcəyi təqdirdə, mənə olan münasibətini kəskin və mənfi istiqamətə dəyişəcəyini və sözdə liberal yanaşacağını, məsuliyyəti mənim üstümə atacağını, məni günahkar çıxaracağını, öz yaxasını kənara çəkib kənatda məsum durub tamaşa edəcəyini, bu uşaqdan imtina edəcəyini, cəsarətsiz olacağını bilirdim.

Yəni onun bəhanəsi-ailə qurmaq, uşaq istəmirəm, uşağa adımı, soyadımı verməyəcəyəm, heç kim bilməsin, ictimailəşməsin, gələcəyimi məhv etmə olacağını da bilirdim. Buna baxmayaraq, düz 9 ildən sonra hamilə qalmağım möcüzədir. Uşağı atasından uzaq tutacağam. Ona ancaq mənim uşağım kimi davranacağam. Atasının bütün qanuni hüquqlarından məhrum edəcəyəm. Atasının mənəvi və psixoloji asılılığı və bağlılığının olmamasına dair preventiv tədbirlər görəcəyəm. Uşağın doğulmaması və düşməsi ehtimalını və yaşımın 36 yaş olmasını nəzərə alsaq, hamiləliyin çətin olacağını bilirəm. Bir də onu bilirəm ki, ictimai qınaq, valideynlərim ilə mübahisələr, ailəmin məndən ikinci dəfə imtina etməsi, ictimai və işgüzar nüfuzumu itirmək, maddi və hüquqi çətinliklərlə özümü qarşı-qarşıya qoymuşam.

%d такие блоггеры, как: