Təsadüflər… (təsadüflər zəruriyyətdən doğur)


Paritet qəzetinin 10-11 iyun 2004-cü il buraxılışında dərc edilmişdir.

Mən təsadüflərin təsadüfən olduğuna inanmıram, əlaqə vardır, səbəb və nəticə əlaqəsi və onlar mütləq zəruriyyətdən doğur. Nəticə və səbəbindən asılı olmayaraq, hər bir təsadüf insana bir dərs keçir…

İnsan həyatının bir parçası və daim burada təkrarlanan ani və daimi hadisə və proseslərin məcmusudur.  Insanın dəyişə və təsir göstərə bilmədiyi qismətində təbiətən öz axarı ilə gedən suya bənzər təbii addımlardan biridir.  Biz isə onu dəyişmək üçün nə qədər mübarizə aparsaq da, heç bir nəticəni əldə etmirik. Çünki təsadüflər digər təbii hadisələr kimi təbiətlə birbaşa əlaqədardır. İnsan hansısa bir təsadüfü dəyişmək iqtidarında deyil. Onlar təsadüfən gəldikləri kimitəsadüfən də həyatdan çıxıb gedirlər, bəzən bu təsadüfi tərketmələr insanın təsiri və təzyiqi ilə məcburiyyətə çevrilir və digər şəxsləri, yəni kənardan müşahidə edənləri nə dərəcədə isə məyus edir. Təsadüfi daxilolmaları isə insan iradəsi ilə dəyişmək mümkün deyil Bu təsadüfi daxilolmalar qismət payımızda yer tutubsa, o mütləq baş verəcəkdir. Bu təbii daxilolmaların qarşısını almağa çalışan insanlar vaxtlarını səmərəsiz və heç bir nəticəyə və əhəmiyyətə malik olmayana işə sərf edir.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Google photo

Для комментария используется ваша учётная запись Google. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d такие блоггеры, как: