Tapın, görək…


Layihənin şərtləri aşağıdakılardır:

  1. Ancaq yaradıcı insan iştirak edə bilər.
  2. Bir suala cavab verməkdən imtina edə bilər.
  3. Sir suala sualla cavab vermək hüququ var.
  4. Bir sualı isə başqa bir nəfərə cavab verməsi üçün ötürə bilər.

Suallar:

  1. El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, «yazı-pozu» əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?
  2. Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?
  3. Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?
  4. Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?
  5. Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?
  6. Od, su, torpaq, hava. Bu ünsürdən hansına çevrilmək istərdiniz?
  7. Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz?
  8. Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?
  9. Sizin üçün «Özü bilər» cümləsi müsbət, ya mənfi enerjilidir?
  10. Kitab oxumaq üçündür, bəs insan?

İlk qonaq:

Rauf Qərib Alağöz

rauf

  1. El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, «yazı-pozu» əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?

Əslində çox maraqlı sualdır və həqiqətən düşündürücüdür. Müasir dövrdə yazarlarına nəzər salsaq, məşhur olmaq üçün nə gəldi yazıb özlərinə qarşı olan hörmət-izzəti silirlər.
2. Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?

Ümumiyyətlə indikilərin bir çoxu nəyi tutacağını şaşırıblar. Hardan və nədən gəldi tutmağa çalışırlar.

3.Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?

Oxum da, yayım da aşkardır.

4.Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?

Mən itirənlərdən olmamışam heç vaxt. Qazanmaq üçün sadəcə qazanıram.

5.Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?

Açıq bucağa.

6.Od, su, torpaq, hava. Bu ünsürdən hansına çevrilmək istərdiniz?

Heç birinə. Çünki mən apokalipsisəm.

7.Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz?

«Sən dahisən»))

  1. Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?

Çünki Ortaqlıq qızıldan da bahadır.

9.Sizin üçün «Özü bilər» cümləsi müsbət, ya mənfi enerjilidir?

Həmişə özüm bilirəm deyə müsbət hesab edirəm.

10.Kitab oxumaq üçündür, bəs insan?

İnsan yaradanın yaratdıqlarını daha yararlı hala gətirmək üçündür. Həmçinin Kitabı da.

Tural Turan

Tural

1. El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, «yazı-pozu» əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?

-Günel, söz və fikir adamısansa, ilk növbədə yuxuların, daha sonra ümumən bütün rahatlığın pozulur. Bəziləri daha bədbəxt olur, həyatları altdan üstə çevrilir. Təbii ki, buraya ərizə yazanlar, şikayət və sevgi məktublarını özlərinə peşə etmişləri aid eləmirəm.

2. Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?

Heç biri. Gündəlik həyatın özü bir qəzetdir. Sabah dəyərini itirəcək, yalnız bu gün üçün önəmlidir.

3. Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?

Oxum yoxdur. Qələmim var. Hərdən əlimdən düşür. “Oxlu-yaylı”…

4. Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?

-Qazanmaq daha ağırdır. İtirəndə özün əziyyət çəkmirsən. Əziyyətini çəkirlər. Sən də yetim qalmasın deyə ağrısı ilə uğraşırsan… Böyüdürsən.

5. Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?

Açıq bucağa…

6. Od, su, torpaq, hava. Bu ünsürdən hansına çevrilmək istərdiniz?

Axırda torpaq olacağam. Bu dəqiqdir. Hələlik heç birinə…

7. Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz?

-Niyə yazırsan? Yazma…

8. Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?

-Mənim üçün asandır. Gözəyarı hesablayıb özümlə razılaşdırıram.

9. Sizin üçün «Özü bilər» cümləsi müsbət, ya mənfi enerjilidir?

-Mənfi. Biganəlik ruhuma yaddır.

10. Kitab oxumaq üçündür, bəs insan?

-İnsan da anlaşılmaq, dərk edilmək üçün.

Çinarə Ömray
Chinare
1. El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, «yazı-pozu» əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?

— Heçnə yazılan kimi təqdim olunmur. Oxucu o yazını oxuyanacan yüz dəfə pozulur, sonra yazılır, sonra yenə pozulur və nəticədə normal yazı qoyulur ortaya. «Yazıya pozu yoxdu» deyənlər ironiya ediblər məncə)

2. Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?

— Məncə həyat yazılmayanlardı, yazıla bilməyənlərdi.

3. Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?

— Ox dövrü çoxdan keçibeee. İndinin dəbi daşdı, hamı bir birinin bağın statusla daşlayır. Mənim işim isə sözdü deyirəm və dediyimin də arxasındayam.

4. Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?

-Ümumiyyətlə düşünürəm ki, həyat 50/50 prinsipi üzərində qurulub. Qazandığının çəkisi qədərində həyatının digər alanında nəyisə mütləqdir ki, itirirsən. Bu 50/50 prinsipi pozulsa, dünyanın fırlanma ayarı pozular.

5. Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?

— Mən həndəsəni, riyaziyyatı bunları yaxşı oxumamışam. Yəqin elə ona görədir ki, həyatda qarşıma çıxan bütün dörd yol ayrıclarında düz əməlli hesablamalar apara bilmədiyim üçün seçim edə bilməyib axırda yorulub elə o ayrıcdaca oturmuşam. Sualın cavabı fiqurasız (yox, bu o deyildi 😂)

6. Od, su, torpaq, hava. Bu ünsürdən hansına çevrilmək istərdiniz?

— İndi burda düşüklük edib, deyəsən ki, mən torpağam, nə əkərsən onu da biçərsən zad. Cavab: Suyun buz halı. Məndən nə od olar, nə də kiməsə hava.

7. Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz?

— Mən ərincək adamamee. Özümü o boyda əziyyətə salan deyiləm. Sözüm olanda elə yavaşcana əyilib öz qulağıma deyə bilirəm.

8. Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?

— Sonuncu dəfə nə vaxt qızıl almışam, ya taxmışam xatırlamıram. Ümumiyyətlə qızıl ortalıq nədir ki? Kəmər zaddı?

9. Sizin üçün «Özü bilər» cümləsi müsbət, ya mənfi enerjilidir?

— Məncə həmişə, bütün hallarda doğrunu yalnız o özü bilər.

10. Kitab oxumaq üçündür, bəs insan?

— Yaşamaq üçün. Yaşlanmaq üçün, sevmək üçün, düşmənçilik etmək üçün, yemək üçün, gəzmək üçün, gülmək üçün. Kəşf etmək üçün, oxumaq üçün olan o kitabları yazmaq üçün, o kitabdakiları yaşamaq üçün.
Belə, üzr istəyirəmee xanım sizin başqa işiniz gücünüz yoxdu?))))))

Tural İsmayılov

45364112_2039862222700549_7764296252547661824_n

  1. El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, «yazı-pozu» əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?
  • İnsanların həyatını və həyatın bütün anları rahatlıqla pozulur.
  1. Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?
— Gündəlik bir həyatdır)

3. Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?

— Ox ata bilmirəm.

4. Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?

— İtkinin.

5. Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?

— Birmənalı olaraq romb.

6. Od, su, torpaq, hava. Bu ünsürdən hansına çevrilmək istərdiniz?

— Torpağa çevriləcək hamı.

7. Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz?

— Daha nə qədər yaşayacaqsan?

8. Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?

— Bacaran seçir.

9. Sizin üçün «Özü bilər» cümləsi müsbət, ya mənfi enerjilidir?

— Müsbət.

10. Kitab oxumaq üçündür, bəs insan?

— Həyatı rəngləndirmək üçün.

Vüsal Yurdoğlu

Vusal

  1. El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, «yazı-pozu» əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?
  • Pozulan əslində yazmaq istəyib yazmadıqlarımızdır. Bunun müxtəlif səbəbləri ola bilər. Söz adamı cəsarətli olmalıdır, cəsarətlilik də ifrat həddə varanda ədəbsizlik kimi görünür.
  1. Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?
  • Yaradıcılığa başlayanda gündəlik tutmaq optimal variantdır. Sistemli şəkildə yazılan gündəlik hadisə və ya əhvalın xronikası hələ yaradıcılıq deyil, yoxsa çoxu (xüsusilə, mənim kimi xərçəng bürcündən olan insanlar) yazar olardı. Amma bəzən bu uğur gətirə bilir, istisnaların olması isə təbii haldır.Gündəlik yaradıcılıq olmasa da, birmənalı olaraq həyatdır.
  1. Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?
  • Gizlətmirəm, amma dilemma qarşısında qala bilərəm. Əgər atdığım ox kiminsə qəlbini yaralaya bilərsə yayı gizlətməsəm də yavaş-yavaş onun mövcudluğunu izah edərəm. Adətən, çox düşünürəm, ox atmadan öncə.
  1. Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?
  • Nəyisə qazanmaq üçün nəyisə itirmək, «əvəz-əvəz» xoşuma gəlmir. Tərəzidə çəkilsə itkilərimizin çəkisi daha ağır gələr. İtirmək qorxusuyla yaşayıram, çünki qazandıqlarım mənimçün çox dəyərlidir.
  1. Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?
  • Həyatımı, fikirlərimi və hisslərimi piramidaya bənzədərdim. Həyatımda qarşıma qoyduğum məqsədlər, fikirlərimin, həmçinin hisslərimin çatacağı və vəhdət yaradacağı bir nöqtə var, həmin nöqtə pramidanın ən hündür nöqtəsi, o nöqtəyə gedən yolun başlanğıcı özülüm, yol isə ömrümdür.
  1. Od, su, torpaq, hava. Bu ünsürdən hansına çevrilmək istərdiniz?
  • Bürcüm xərçəng olduğuna görə su ünsürü sayılıram, elə su ünsürü olmaq mənkmçün ən yaxşısıdır.
  1. Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz?
  • Obrazların dili ilə özümə çox şey demişəm. Bir şeirimi xatırladım, o şeirdə özümə «Bitmə gəl» demişdim. Yenə də o sözüm qüvvədədir.
  1. Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?
  • Qızıl bahalıdır və cəlbedicidir, elə buna görə də qızıla ortaqlığı seçmək asan deyil. İnsanların maraqları və xəyalları onları ortaq olmağa qoymur.
  1. Sizin üçün «Özü bilər» cümləsi müsbət, ya mənfi enerjilidir?
  • «Özü bilər» cümləsi mənfi enerjilidir. Kimisi bununla əlini üzdüyünü, kimisi eqosunu, kimisi laqeydliyini, kimisi narazılığını ifadə edə bilər. Bu ifadəni qadın dilindən çox eşitmişəm. Qadınlar çarəsizlik halında «Özü bilər» deyə bilirlər və üzüntülərini gizlətməyə və ya ifadə etməyə çalışırlar.
  1. Kitab oxumaq üçündür, bəs insan?
  • Kitab oxumaq üçündür, insan kitab olmaq üçün. Əslində jər insan kitab olmalıdır. Daha doğrusu öz həyatını əsər kimi yaratmalıdır. Bu onun istedadından və bacarığından asılıdır. Həyatını şah əsər kimi yaradanlar əbədi həyat qazanırlar.
Fidan Afər

21192702_1285331594927197_6037290658835206051_n

1.El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, «yazı-pozu» əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?

  • Gərəksiz və heç kimin maraq dairəsində olmayan fikri pozur, təbii ki.
    2.Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?
  • Həyat böyük və çətin prosesdir. Həyat gündəlikdir. Amma bəziləri bunu yadda qalan günləri yaşayınca anlayır. Məntiqlə düşündükdə, doğulandan ölənədək hər günümüz bir səhifədə canlanır.

  1. Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?
  • Ox atmağı sevmirəm. Amma təbii ki, ox atdığımız zamanlar olur. Yerinə görə yayı üzə çıxarıram. Bəzən olur gizlədirəm, bəzənsə yox.
  1. Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?
  • Qazanmaq çətindir. İtirmək asan. Amma itirmək asan olsa da ağırdır. Sonradan yelafisi olmur bəzi itkilərin
  1. Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?

Y oxuna
6. Od, su, torpaq, hava. Bu ünsürdən hansına çevrilmək istərdiniz?

Hava
7. Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz?

Afrodita 😍
8.Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?

Çünki insan öz nəfsinə bələd deyil.
9. Sizin üçün «Özü bilər» cümləsi müsbət, ya mənfi enerjilidir?

Müsbətdən də müsbət
10.Kitab oxumaq üçündür, bəs insan?

İnsan tanımaq üçündür.

Akəm Xaqan

15726436_1114928271939033_8962543281916959506_n

  1. El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, «yazı-pozu» əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?

-Yazı mədəniyyəti adamların özünü daha yaxşı və yaddaqalan ifadə etmək imkanıdır. Kimi məktub yazır, kimi gündəlik tutur, kimi də xatirə dəftəri. Adam var ki, gündəlik xəbər yazır. Adam da var həftəlik, aylıq. Kimi reallığı, kimi xəyalındakını, kimi də görüb götürdüyünü yazır. Bütün hallarda ovqata köklənir, dünən yazilanlar köhnəlir, bu günün ovqatı fərqli olunca pozulur və yenilənir də… Lakin şair, tənqidçi, alimi və s. fərqli düşüncə sahibi olduqları üçün onları əvvəl saydıqlarımla eyniləşdirmək düz olmazdı. Onların birləşdirən qələm-yazı mədəniyyətidir. El arasında şikayət yazan adama da «yazı-pozu» adamı deyirlər.)

  1. Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?

-İstər xatirə dəftəri, istərsə də gündəlik onu yazan adamların gizli dünyasından süzülən ilk yaradıcılıq nümunəsidir. Boş danışıqlardan yayınmaqdır. Ədəbiyyatşünasların nəsr dilini adi danışıq dili ilə eyniləşdirməsini düz saymadığım kimi, müəlliflərin adi danışığı kələ-kötürlüyü ilə yazıya almasını da böyük məharət hesab etmirəm. Yazıya almaq, sadəcə, kargüzarlıqdır. Yazıçı olmaq deyil. Gündəlik tutan adamlar «gündəlik»də yaşayır. Həyat isə hər gün təzə doğulurmuş kimi, yeni ovqata köklənərək fərqli, gündəliyə düşəcək qədər mənalı yaşamaq lazım.

  1. Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?
  • Mən öz yerimi və sözümü bilən adamam. Sözüm olanda üzünə, ünvanına deyir, yol göstərir, yönəldirəm. Söz atmağı sevmədiyim kimi, ox atmağı da sevmirəm. Söz sahibinin kimliyidir!-deyə çıxdığım yol var…
  1. Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?

-Qazanmaq da, itirmək də əyləncə motividir. Adamlar ən qiymətli zaman itgisini hiss-həyəcanını, ağrı-acısını yaşamaqdan qaçmaq və rahat həzm etmək, başını qatmaq üçün hər gün əyləncələrdə zorlanır. Odur ki, bütün həyatını sərf edib qazandıqlarını son anda qurban verib, yalnız itirilmiş sağlamlığını qaytarmaq cəhdini düşünmək belə ağırdır.

  1. Od, su, torpaq, hava. Bu ünsürdən hansına çevrilmək istərdiniz?

-Ruhum havada, bədənim torpaq və suyun nisbətindədirsə, eşqim odlu bir təmasla gerçəkləşirsə, mən necə ayrılım, təklənim?)

  1. Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz
  • Mən əsərlərimin ilk oxucusu oldum. «Kəndini unutma!»-deyə yazıya başladım, «Kəndinə dön!»-deyə bitirdim.
  1. Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?

-Qızıla qanımız qaynadı. Qızıl kimi yaxşımız, zaval-ziyanımız oldu. Qızıla bağlandı axan qanımız da. Qızıl ortalıqda qaldıq, tapdıq, itirdik özümüzü, elə qızıl kimi…

  1. Sizin üçün «Özü bilər» cümləsi müsbət, ya mənfi enerjilidir?
  • «Özü bilər» ifadəsi ilə kiməsə azadlıq, kiməsə faciyə yaraşdırdıq…
  1. Kitab oxumaq üçündür, bəs insan?
  • Kitab ənənəvi bilgilərin ötürücüsü olaraq insanı, insan isə təbiətin bir hissəsi olaraq yer ilə göy arasında enerji təminatını balanslaşdırır. Ən azı mən belə düşünürəm.

Ceylan Mumoğlu

-PAXP-deijE

-PAXP-deijE

14642398_1831102300465275_7618677140170297166_n

  1. El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, «yazı-pozu» əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?
    Zaman sürətlə dəyişir. Ədəbiyyat da dəyişmədən kənarda deyil. Zövqlər, baxışlar, meyarlar, dəblərin əvvəlki kimi qalmasını istəsək də alınmaz. Çünki dəyişir, dünən bu gün olur, bugün də sabah. «Yazı-pozu» əhli də dəyişir, onların yaratdıqları da. Yaradılmış əsərlərin böyük zaman kəsiyində mücadiləsi gedir. O əsərlər ki mənəvi təsiri, sənət ustalığı yüksəkdir, okean sularında üzə bilir, onlar çoxluq içində ərimir, «pozulmur». Qalanları isə…
  2. Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?
    Dünya tarixində elə məşhur gündəliklər olub ki, ölüm hamısına nöqtə qoyub. Məsələn, son rus çarı Nikolay Romanov bircə keçirmədən 36 il gündəlik yazıb, hamısını da əlli dəftərə sığdırıb. Filosof Kyerkoqor 27 yaşında yazmağa başladığı gündəliyi 17 il davam etdirib, ölümü bu işi yarım qoyub. Hələ bu harasıdır? Ölümə meydna oxuyan gündəliklər də var. Cənubi Koreyada (Seul) Pak soyadlı bir ailə yaşayır, onların ilk gündəliyinin birinci səhifəsinin yazılmasına 1834-cü ildə başlanıb. Artıq yeddi nəslin nümayəndələri yazılan gündəliyi bir-birilərinə ötürərək bu ənənəni davam etdirirlər. Bir çox həyat hadisələri gündəlik qəzetlərin başlıqlarına çevrilir, yaxud fərdi gündəliklər sonradan kitabların sələfi olur. Bu mənada «Həyat bir gündəlikdi, gündəlik bir həyatdır» paradoksu qəbul ediləndir.
  3. Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?
    Oxum da, yayım da sevgiylə qurşanıb artıq. Heç birini gizlətmirəm, hər ikisi özü üçün parıldayır (gülür).
  4. Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?
    Şekpsirin o məşhur sözləri gəldi ağlıma: insanların çoxu itirməkdən qorxduğu üçün sevməkdən qorxur… Düşünməkdən qorxur, məsuliyyət gərəkdirdiyi üçün… Danışmaqdan qorxur, bəyənilməməkdən qorxduğu üçün… Yaşlanmaqdan qorxur, gəncliyinin qiymətini bilmədiyi üçün. Unudulmaqdan qorxur, dünyaya yaxşı bir şey vermədiyi üçün… Və ölməkdən qorxur, əslində yaşamağı bilmədiyi üçün…
    Tərəzi məsələsində baxış bucağı fərdə görə dəyişir. Şekspirin bəhs etdiklərinin fövqünə qalxmaq nəsibini almış insanlar da var, onlar üçün qazanmaq və itirmək nöqtə olub, həm də bütünləşib.
  5. Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?
    Aydınlanmadan əvvəlki həyatı, fikirləri, hisləri dairənin qövsünü əmələ gətirən, bağlanacaq mərkəz axtaran saysız nöqtələrdən birinə, aydınlanmadan sonrakı həyatısa dairənin mərkəzində olub ətrafını saran çevrəyə ehtiyacı olan nöqtəyə bənzədirəm. Hər iki halda həndəsi fiqur dairənin nöqtəsi «Mən varam», deyə «bağırır». Bağırması təbiidir, var olmasını hiss etdirmək üçün savaşır.
  6. Od, su, torpaq, hava. Bu ünsürdən hansına çevrilmək istərdiniz?
    Artıq torpaq olmuş insanlar (ölmədən əvvəl ölənlər) suyun qiymətini yaxşı bilirlər.
  7. Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz?
    Sosial şəbəkələrə çox zaman ayırma, bizi daha yaxşı yarat! (gülür).
  8. Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?
    Qızıl nisbəti seçmək asan deyil, ona görə ki, qarşılığında qızıl kimi əmək istəyir. «Digər canlılardan fərqli olaraq təkcə insan varlığını sürdürə bilmək üçün ağlının gücü ilə sona qədər bələdçilik etməlidir, ustalaşmalıdır» (Aydınlanma səyahəti, səh.11).
  • Sizin üçün «Özü bilər» cümləsi müsbət, ya mənfi enerjilidir?
    Sokrat yanaşmasından baxsaq, heç özü də bilmir. Enerjisi də nisbidir.

  • Kitab oxumaq üçündür, bəs insan?
    İnsan sevmək üçündür. Yer üzünün əşrəfi sevgisiz məhv olar.
  • Maya Quliyeva

    18057788_1888001334780658_2628339541621231017_n

    1.El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, «yazı-pozu» əhlindəndir. Söz fikirlər yazılır, bəs nələr pozulur?

    Söz və fikri yazanda mütləq pozub yenidən yerinə yazdığın nə isə olur . Pozduğunun yer boş qalmır ki .. !!

    😊

    Belə götürəndə də yazdıqlarımızın yarısı pozduqlarımızın yerini doldurduqlarımızdı . {yeni yanıltmac}
    Pozulanlar ancaq sənin gördüyündü . Heç pozulan özü də bilmiraa pozulduğunu… !!!

    😊

    😊

    😊

    2.Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?

    Gündəlik tutanların hamısı yaradıcı olsaydı …
    Məktəb illərində sonuncu sinifdə oxuyan qızların gündəliyi vardı. Qürbətdə yaşayıb gündəlik tutan biri kimi əminliklə deyə bilirəm ki , qürbətçilərin gündəliyi olur .əsgərlərin gündəliyi olur . Amma heç də hamısı sonradan yaradıcılıqla məşğul olmur .Onlar həyatı gündəlik edənlərdi.
    Yaradıcı insan isə , gündəliyi həyata çevirə bilənlərdi .
    3.Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?

    Oxu atıb yayı gizlətmək , məncə əməldə qorxaqların işidi . Yə’ni etdiyin işi ört- basdır etmək. !!!
    Burda sualı söz mə’nasında vermisənsə — fikrini yarımçıq söyləmək, eyhamla, işarə ilə kifayətlənmək, əsl mətləbi üstüörtülü saxlamaq; ~ sözünün canını deməməkdi ….
    Bu da məni qane etmir, çünki sözü heç vaxt nə üçüncü tərəfdən demərəm, nə də fırladaraq.
    Amna elə anlar və situasiyalar da var ki, bəli, oxu atırsan gedib dəyir . Dəyən adam oxun hansı yaydan çıxdığını da bilir. Arifə də bir işarə bəs edir. Burda oxu atıb, yayı da gizlətsən bir problem deyil. Əsl hünər, sonra özünü yaya çevirməməkdədir …
    4.Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?

    Məncə qazancın yükü daha ağır gələr . Çünki bir söz var -«Ağlım olsaydı bunları etməzdim.» Amma etdiklərimiz nə qədər səhv və yanlış olsa da o etdiyimiz səhvlərə görə ağıl və də təcrübə qazancın daha çox olur .
    5.Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?

    Dairəyəm.
    Çünki dairə kimi həyatımı çevrəmlə -öz sərhədlərimlə əhatə etmişəm .
    Çevrənin Radiusu fikirlərimdi {Radius -dairənin çevrəsini hər hansı nöqtəsi ilə birləşdirən parçaya deyilir}. O sərhəddi keçib-keçməmək qərarı orda verilir.
    Dairənin mərkəzindən keçən düz xətt isə hisslərimdi .
    Dairənin qövsü, vətəri, radisu, diametri, sektoru hamısını özüm idarə edirəm.

    😊

    6.Od, su, torpaq, hava. Bu ünsürdən hansına çevrilmək istərdiniz?

    Min illər öncə əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Indi sən də deyirsən bunların birini seç … Hansına çevrilərdim !!?;?

    Od olsam ,hava vurub məni yayacaq , su da keçirəcək .

    Hava olsam gərək odu yayam.

    su olsam gərək odu keçirəm.

    Mən ya hamısı ya da elə hamısı .

    Çaylar kimi daşaram.

    Şimkək olub çaxaram.

    Gözlərinə baxaram ,

    Gözüm yandırar səni …
    7.Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz?

    Günel, obrazlarım deyəndə ki, bu suala məcə yazıçılarımız cavab versin.

    Amma mənim indiyəcən yazdıqlarım və indən sonra yazacaqlarım Vətənimizlə, sadə Vətəndaşlarımızla əlaqədar olub. Onların mənə demək istədiklərini mən qulağımla deyil, ürəyimlə hiss edirəm

    Vətən mənə oğul desə nə dərdim.

    Mamır olub qayasında bitərdim. !

    8.Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?

    Qızıl ortaqlıq . !

    Ortaq və ya şərik -eşitmək istəmədiyim və heç vaxt iş həyatımda əməl etmədiyim və ümid edirəm etməyəcəyim bir sözdü . Rəhmətliklərin sözü olmasın — Şərikli malın olunca , şərikli arvadın olsun. Bir işin içində rəngli kağızlar {pul} , var orda ya tək ol , ya heç olma . Şəik , ortaq sözünün heç bir halı mənlik deyil qızıldan baha olsa belə …
    9.Sizin üçün «Özü bilər» cümləsi müsbət, ya mənfi enerjilidir?

    50/50 mənası var .Birinci 50 -nə həmişə başından etmək istədiyin zaman deyirsən- deyirsən tə’sir etmir , vecinə almır, qulaqardına vurur və s.

    Həəə , bax o ikinci 50-nə isə Zamiq Hüseynov və Elşad Xosenin «Özü bilər»in məsləhət görürəm …

    😉

    😊

    10.Kitab oxumaq üçündür, bəs insan?

    Kitab oxumaq üçündü, insan da o kitabı oxumaq üçün .

    Hər kitabı oxumursan, hər insan da kitab oxumur .

    Kitab oxuyanın hamısı da insan olmur …

    Mənsur Rəğbətoğlu

    46479612_2006343699412463_6331341261038944256_n

    Mənsur Rəğbətoğlu

    1. El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, “yazı-pozu” əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?

    Söhbət unutmamaqdan gedirsə, tamamilə unutmaq mümkün deyil. Belə desək, yazılanı pozmaq mümkünsüzdür. Tamamilə yox etmək təbiətin xarakterində yoxdur. Təbiətə aid olan hər şey onun yaradıcı xüsusiyyətini daşıyır. Bu, bəzən az, bəzən də çox olur. Yəni, heç nə məhv olmur, sadəcə olaraq formasını dəyişir. Bu gün sağ insan sabah ölü insan ola bilər, bu gün cəsəd olan sabah sümüklərdən ibarət olur, sümüklər sonra çürüntüyə çevrilir. Uzun illərdən sonra da, o insandan kiçicik də olsa bir zərrə qalır. Başqa cür ifadə etsək, insan unutmur, yaxud pozmur, gizlədir və bu haqda danışmamağa çalışır. Gizlədə bilsə, kənardan özü haqda güclü xarakter təəssüratı yarada bilir. Lakin bu, insanı xoşbəxt etmir.

    1. Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdir, ya gündəlik bir həyatdır?

    İnsanın gündəlik yaşantıları çıxış yolu axtarmaqdan ibaətdir. Əlbəttə, həyat gündəliklərdən – sabahlardan ibarətdir. Yəni, ümidlərdən…. Ümidlər isə heç vaxt sıradan çıxmır. Çox ümid də zərərlidir, amma bundan başqası mümkün deyil. Heç kəs də bu gün üçün yaşamır. Bütün hesablamalar uzaq keçmiş üçün nəzərdə tutulub. Yəni, sağ qalmağı bacaran üçün adi bir gün həyatının ən əsas yeridir. İnsana adi gələn bir gün onun üçün elə bir sürpriz hazırlaya bilər ki, ya ölənədək buna görə şükranlıq edəcək, ya da hər sabahı bir ölüm arzusuyla açılacaq.

    1. Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?

    Səmimi insanları nə qədər sevməsələr də, həmişə səmimi olmağa çalışmışam. Lakin bir çox vaxt səmimi insanların çox hörmətsiz olduqlarını da görmüşəm. Başqaları hər nə qədər səmimiyyəti xoşladıqlarını desələr də, özləri belə olmaq istəmirlər. Belə desək, başqaları həmişə sənin yaxşı insan olmağını istəyirlər, özləri bu yaxşılıqdan, indiki dillə desək, bu maymaqlıqdan faydalanmaq üçün…. Yəni, oxu atıb yayı gizlətməyin mənası yoxdur, gec-tez həqiqətlər özünü ifşa edir. İnsanları incitmək lazım deyil, məsələni birbaşa həll etmək lazımdır.

    1. Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?

    İnsan həyata bir-sıfır məğlubiyyətlə başlayır və insan ölənədək məğlubiyyət rəqəmləri şişə-şişə gedir . Doğulduğun andan sənin üçün nəzərdə tutulmuş nəfəsi xərcləməyə başlayırsan. İnsan yaşayır və ölür – həyat bu qədər sadədir. Bəzən, yaradıcı insanlar haqda deyirlər ki, o, əsərlərində-zadda yaşayır. Yalandır. Əgər mən yaradıcı insanamsa, böyük əsərlər yaratmışamsa, sabah öldükdən sonra bunların taleyini görməyəcəyəmsə, orada adım yaşayıb, ya yaşamayıb – bunun fərqi yoxdur. Əlbəttə, insanlara xidmət etmək lazımdır. Çünki çoxları həyatı başqa cür düşünür. Öləcəklərini bilirlər, amma buna inanmaq istəmirlər. Buna görə də, nə qədər əlində imkan varsa, belə insanlara kömək etmək lazımdır. İnsanları ölümə hazırlaşdırmaq lazımdır, yəni, birdəfəlik itirəcəyi günə… Yəni, itkinin çəkisi həmişə ağır olub.

    1. Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?

    Hələ ki, özümü tam dərk edə bilməmişəm. Yəni, həyat haqda gəldiyim qənaətdə alaçiyəm. Çox güman ki, bir müddətdən sonra bu gün gəldiyim fikirdən imtina edəcəyəm. Buna görə də, özümü çıxış yolu axtardığım labirintin içində dolaşdığımı hiss edirəm. Labirintin həndəsəyə aid olub-olmadığını bilmirəm, amma dolaşıqlardan bilirəm ki, orada gəzişirəm. Axırda ya oradan çıxacağam, ya da yox…

    1. Od, su, torpaq, hava. Bu ünsürlərdən hansına çevrilmək istərdiniz?

    Bu haqda heç vaxt düşünməmişəm. Amma bayaq da dediyim kimi, özümü labirintin içində hiss edirəm. Yəni, hələ ki, havadayam, ayaqlarımın yerə dəyəcəyi günü gözləyirəm. Bu vəziyyətdə də, suya çevrilmək ən yaxşısıdır. Gur axına qarışıb geri qayıtmamaq üçün… Amma bunu istəmirəm, sadəcə bu, indiki halda belədir. Bütün hallarda isə həyata insan kimi davam etmək yaxşıdır. Bəlkə də, su olsaydım insan olmaq istəyərdim. Buna görə də, istədiyim formada yaradıldığımı düşünürəm. Qaldı ki, vəiyyətin necə olacağına, ya yaxşı olacaq, ya da pis. İnsan həmişə hazır olmalıdır.

    1. Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedizrərdiniz?

    Sən də, ittiham etdiklərindən fərqli deyilsən.
    8. Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?

    İnsan tamahkardır. Məqsədinə çatan insane həmişə yola tək davam etmək istəyir. Buna görə də, indiyədək insanların qurduqları müttəfiqliklərin hamısı dağılıb. Elə dini kitabları götürün. Ölmək istəməyən insan özü üçün “o biri dünya”nı yaradıb və həmin kitablar vasitəsilə başqalarını da bunlara inandıra-inandıra bu günə gətirib çatdırıb. Buna görə də, iki insanın yaşadığı dünyada heç bir ortaqlıqdan söhbət gedə bilməz. İnsanın heç öz dilinin dediyi öz beyninə batmır, qaldı ki, başqaları – başqaları bir insan üçün heç vaxt maraqlı olmayıb.

    1. Sizin üçün “Özü bilər” cümləsi müsbət, ya mənfi enerjilidir?

    Baxır, hansı vəziyyətdə deyilib. Məsələn, öz bildiyim işi tutmaq istəyirəmsə, bunu deyirlərsə, bu çox yaxşıdır. Ən azı bununla qarşıdakı əngəlləri qaldıra bilirsən. Bütün hallarda isə, sevdiyin bir işi görmək istəyirsənsə, başqaları sənin yerinə qərar vermək üçün belə deyirlərsə, bu insanı mənfiyə yükləyir. Ümumiyyətlə, kənar insanların xüsusiyyəti elədir ki, sənin həyatını özləri müəyyən etməyə çalışırlar. Sənə nəyin yaraşıb-yaraşmadığın haqda özləri fikir yürüdüb, səni də buna inandırmaq istəyirlər. Yəni, son iki insandan biri Şimal Buzlu okenada, biri Antarktidada yaşasa, biri o birinin ürəyini bulandırmaq üçün çatmasa da, çömçəsini uzadacaq.

    1. Kitab oxumaq üçündür, bəs insan?

    Birinə başqa bir insan tək qalmamaq üçün lazımdır. İnsan qorxaq və eqoistdir, boş qalmış yerini doldurub özünü tamamlamaq üçün həmişə başqalarına ehtiyac hiss edir. Lakin bu məsələni hər insanla da həll etmək mümkün deyil. İnsanların içində yaşamağa nə var ki. Həyatı əzablarıyla yaşamaq xarakter və cəsarət tələb edir. Bütün hallarda isə başqa insanlar o biri insanların tələbatından doğulurlar.

    Aysel Abdullazadə Atəş

    10404092_599381636842779_8629606494100300056_n

    1. El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, «yazı-pozu» əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?
    • Pozulan ədəbiyyatdır.
    1. Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?
    • Nə həyat gündəlikdi, nə gündəlik bir həyat. Həyat bir gündü, o da bu gün.
    1. Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?
    • Yay həmişə əlimdə olur.
    1. Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?
    • İkisi də eyni çəkilidir. Nələrisə qazanmaq üçün nələrdənsə vaz keçmək, itirməyi gözə almaq gərəkir. Bu üzdən tarazılıq qorunur.
    1. Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?
    • Dairə. Sonsuz nöqtələr çoxluğu.
    1. Od, su, torpaq, hava. Bu ünsürdən hansına çevrilmək istərdiniz?
    • Daima su olmuşam — coşub-daşan.
    1. Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz?
    • Dayanma, irəli!
    1. Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?
    • Məncə, məsələ qızılda deyil, ortaqlıqdadı. Ortaqlığı olan hər şeyin sonu mübahisədir.
    1. Sizin üçün «Özü bilər» cümləsi müsbət, ya mənfi enerjilidir?
    • Birmənalı şəkildə müsbət. Kimsənin işinə qarışmağı sevmədiyin üçün nitqimdə çox işlədirəm.
    1. Kitab oxumaq üçündür, bəs insan?
    • Əsas oxunmalı olan elə insandır.

    Kənan Hacı

    25660402_1602144679823031_2510848352347517118_n

    1.El arasında yazıçı, şair, tənqidçi, jurnalist üçün deyirlər ki, «yazı-pozu» əhlindəndir. Söz və fikirlər yazılır, bəs nələr pozulur?

    -Yazılanlar elə pozulanların nəticəsidir. Yazmaqdan çox pozmağı bacarmaq lazımdır.
    2.Bəzi insanlar yaradıcılığa gündəlik tutmaqla başlayırlar. Sizcə, həyat bir gündəlikdi, ya gündəlik bir həyatdır?

    -Mənim həyatım özümdən asılı olmayan səbəblərdən pərakəndə keçib, dağınıq həyat yaşamışam. Bu, mənim yaradıcılığıma da öz mənfi təsirini göstərib. Uzunmüddətli fasilələr məni tez-tez yazı mühitindən uzaq salıb və sonra yazı prosesinə çox çətinliklə adaptasiya olunmuşam. Yaşadığımız həyatın özü elə gündəlikdir, kimisi bunu yazıya köçürür, kimisi köçürmür.

    1. Oxu atanda yay əlinizdə olur, ya gizlədirsiniz?

    -Mənim heç vaxt ox atmaqla aram olmayıb. Bütün mənalarda.

    1. Bəzən qazanılır ki, itirilsin, bəzən itirilir ki, qazanılsın. Qazanmaq, yoxsa itirmək, çəkiləri tərəzidə çəkilərsə, hansının çəkisi ağır gələr?

    -Təəssüf ki, mən tərəzi məsələsində də çox naşı adamam. Onu bilirəm ki, həyatda itirdiklərim qazandıqlarımdan çox olub. Amma qazandıqlarım itirdiklərimi müəyyən mənada kompensasiya edə bilib.

    1. Həyatınızı, fikirlərinizi və hisslərinizi hansı həndəsi fiqura bənzədərdiniz?

    -Paraleloqram fiqura.

    1. Od, su, torpaq, hava. Bu ünsürdən hansına çevrilmək istərdiniz?

    -Mən suya çevrilmək istərdim. Amma hamımız sonda torpağa çevrilirik.

    1. Obrazlarınızın dili ilə özünüzə hansı sözü dedirdərdiniz?
    • Obrazların dili ilə özümü çox tənbeh etmişəm, hətta söymüşəm də. Bu da bir növ, özünütərbiyə vasitəsidir. Bir dəfə hekayələrimdən birində obrazın dilindən belə bir cümlə yazmışdım: “Sən yaşamalısan, başqa variantın yoxdur”. Əslində özümə yazmışdm bunu.
    1. Niyə qızıl ortaqlığı seçmək asan deyil, qızıl bu qədər cəlbedici və bahalıdırsa?

    -Çünki qızıl heç vaxt keyfiyyətini itirmir.

    1. Sizin üçün «Özü bilər» cümləsi müsbət, ya mənfi enerjilidir?

    -Bu cümlə yola verməkdir. Yola verməyin müxtəlif xassələri var, bir var, başından etmək, bir də var, güzəştə getmək. Həm müsbət həm də mənfi tərəfləri var. Baxır bu cümlənin hansı situasiyada deyilməsinə.

    1. Kitab oxumaq üçündür, bəs insan?

    -Yaşamaq üçün.

    %d такие блоггеры, как: