Qeydlərim

Həmişə «iti bıçaq, ülgüc» üstündə gəzmək tipli həyat və yaşam yöntəmim olub, » ya hər şey, ya heç nə» düşüncəsinə sahib olmuşam. «Qızıl ortaqlıq» mənə görə olmamışdır. Bu yanaşmanı riski sevməyənlərə xas bilmişəm. Amma həyat tərcübəm və müşahidələrim bunu iddia etməyə əsas verir ki, mənim kimi riski sevən və riskə gedənlərin həyatında hökmən ehtiyatlı, «qızıl ortaqlıq» baxışını seçən dost, tanışı, doğması olmalıdır. Mənim kimilər həyatın kəndirbazı olur, məşqsiz, hazırlıqsız o kəndirdən yıxılır, zədə alır, yenidən qalxır, yenidən cəhd edir. Həmin insanlar isə onu məşqlərdən keçirir, hazırlayır.

Uşaqlardan çox şey öyrənmək olar. Saf olduğun halda, istəyinə nail olmağı, manipulyasiya etməyi, hər şeyə inciyib barışmağı, ağıllı olub müşahidə etməyi, öyrənib üzərində işləməyi, doğmalara bağlılığı, sevgini ifadə etməyi, qayğıkeşliyi, səbəbsiz sevinc və gülüşü. Böyüyəndə nə qədər cəhətlərimizi itiririk.

Bir insana problemi insanın özü və ya başqa insanlar yaradır. Odur ki, özünüzü və digər insanları çözün və problemsiz, xoşbəxt, hüzurlu həyat yaşayın.

İnsan müxtəlif səbəblərdən müəyyən bir müddətə dost, rəfiqələrindən uzaqlaşıb müşahidə etməyə başlayır. O zaman dərk edir ki, həyatda təkdir. Dərk edir ki, insanları həyatdan silmək asandır. Dərk edir ki, bəziləri özləri silinirlər həyatından.

Övladlarınıza ata/ananı düzgün seçin. Çünki gen amili var, ondan da cəhətlər götürəcək. Çünki uşağa görə bir araya gəlməli olacaqsınız, ayrılsanız. Çünki uşaq günahsızdır, valideyn seçmək şansını biz əlindən alırıq.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход /  Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход /  Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход /  Изменить )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.