Övladım yatır. Ona baxıb pis oluram. Ağlayıram. Məncə, pulu olmayan, evi olmayan, kasıb insanlad valideyn olmasın, övladlarına nəsə verə bilməyəcək, ona yaxşı gün ağlaya bilməyəcəksə, onu bu dünyaya gətirib bədbəxt etməsin. Elə özümə də aiddir. Qızımın bəxti gətirib ki, böyük ailənin içində, atasının yanındadır. Mənim yanımda heç bir yaxşı gələcəyi olmazdır. Atasına deyirəm ki, qoy məni unutsun, gələcəyinə baxsın, həyatını yaşasın, məni nümunə olaraq götürməsin, mənə oxşamaq istəməsin, mənim həyatımı yaşamasın. İnsan sınanda da birdəfəlik sınıb çilik-çilik olmur ki, canı qurtarsın, hər dəfə ruhu inciməsin, canı ağrımasın.
Həyatdakı mübarizəmi bitirirəm, güclü olmaqdan da imtina edirəm, ağıllı olmaq da insanı xoşbəxt etmir.
Bu həyatda hər şeyi elə pul həll edir. Pulun olsun. Qalan hər şey və hər kəs olacaq.
Özünə münasibətdə səmimi, dürüst və cəsarətli olmaq lazımdır.